"Fənərbağça" futbolçusu Bartuğ Elmazı icarəyə verəcək. Sport24.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
İstanbul klubu oyunçunun icarəsi üçün "Sivasspor"la razılaşıb.
Bartuğ qış fasiləsində Super Liqa təmsilçisinə keçəcək.
Elmaz bu mövsüm 3 oyunda meydana çıxıb.