top
Fənərbağça azarkeşlərinin hərəkəti klub üçün təhlükə yaratdı: UEFA cəzası gündəmdə Idman.biz
27 fevral 2026, 11:15
- ↺ +

"Fənərbağça" azarkeşlərinin hərəkəti klub üçün təhlükə yaratdı: UEFA cəzası gündəmdə

UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyununda "Fənərbağça" İngiltərədə "Nottingem Forest"in qonağı olub. Mübarizənin elə ilk dəqiqəsində "sarı-lacivərdlilər"in yer aldığı tribunadan sahəya məşəl atılması səbəbindən qarşılaşma qısa müddətə dayanıb.

İdman.Biz xəbər verir ki, matçın hakimi "Fənərbağça"nın kapitanı İsmayıl Yüksəklə görüşərək azarkeşlərin sakitləşdirilməsini istəyib. İsmayılın tribunaya gedərək xəbərdarlıq etməsindən sonra oyun yenidən başlayıb və vəziyyət nəzarət altına alınıb.

Yaşanan hadisədən sonra UEFA-nın daha əvvəl verdiyi cəza yenidən gündəmə gəlib. Avropa Liqasının dördüncü turunda "Viktoriya Plzen"lə səfər oyununda baş verən insidentlərə görə UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsi "Fənərbağça"nı irqçi davranışlar, obyektlərə zərər vurma, məşəl yandırma və sahaya yad cisimlərin atılması səbəbindən ümumilikdə 78 min avro (156 min AZN) məbləğində cərimələmişdi.

Qurum həmçinin növbəti səfər oyunu üçün azarkeşlərə bilet satışına qadağa qərarı çıxarmış, lakin bu sanksiyanı iki illik sınaq müddəti ərzində təxirə salmışdı. "Nottingem Forest" səfərində yaşanan son hadisələrdən sonra həmin təxirə salınmış cəzanın qüvvəyə minib-minməyəcəyi böyük maraq doğurur.

Stadiona məşəllər atılan zaman "Nottingem Forest" azarkeşləri də sakit dayanmayaraq "Qalatasaray"ın adını çəkib "Fənərbağça" klubuna qarşı təhqiramiz şüarlar səsləndiriblər.

Qeyd edək ki, "Fənərbağça" cavab oyununda 2:1 hesabı ilə qalib gəlsə də, ilk matçdakı 0:3 hesablı məğlubiyyət səbəbindən turnirlə vidalaşıb.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 13:51

AFFA-nın milli futbolçuları üçün danışılmış oyunlarla mübarizə təlimi keçirildi

Futbol
Bu gün, 13:42

18 yaşlı Rus futbolçu Azərbaycan U-21-ə qoşuldu

Futbol
Bu gün, 13:40

David Silva 40 yaşında yenidən sahədə, ən yaxşı oyunçu seçildi

Digər
Bu gün, 13:35

Binə Atçılıq Mərkəzində "Zəfər Kuboku" uğrunda yorğa at yarışları keçirildi

Futbol
Bu gün, 13:24

Ferran Torresun Barselona klubuna geri dönmə ehtimalları gündəmdə

Futbol
Bu gün, 13:13

Bavariya■ Nın İdman Direktoru Keynin İngiltərə millisinə çağırılmasının faydalı olacağını bildirib

Futbol
Bu gün, 13:11

Can Naibov, Rusiya klubunun futbolçusu, Azərbaycan U-21 milli komandasının düşərgəsinə qoşuldu

Futbol
Bu gün, 13:04

Mançester Siti Premier Liqada 122 ildən sonra ilk dəfə 7 qələbədən sonra ardıcıl 3 məğlubiyyət alıb

Digər
Bu gün, 12:49

Prezident İlham Əliyev Xankəndidən Zəfər Günü münasibətilə xalqa müraciət edib

Qarabağ FK
Bu gün, 12:45

"Flamenqo"nun 2025-ci ilin çempionu Juninyo "Pumas"dakı uğurlu performansı ilə mövqeyini möhkəmləndirib

Futbol
Bu gün, 12:40

Qalatasarayın portuqaliyalı vingeri Rafael Leao əzələ zədəsi səbəbindən Portuqaliya millisinin qarşısını verə bilməyəcək

Formula 1
Bu gün, 12:33

Ferrari içində gərginlik yüksəlir: Hamilton və Leclerc arasında anlaşmazlıq

Digər
Bu gün, 12:25

Conni Uoker 3-cü raundda Valdo Kortes-Akostanı nokautla məğlub etdi

Şahmat
Bu gün, 12:15

Şahmatçımız Nicat Abasov Almaniyadakı Bavariya Açıq Çempionatında ilk məğlubiyyətini aldı

Digər
Bu gün, 12:00

Milli futsal komandası Latviyaya qarşı DÇ-2028 əsas mərhələsində

Futbol
Bu gün, 11:54

Fiorentina azarkeşləri Juventusdan keçən futbolçular üçün “donqardan xilas olmaq” ritualı təşkil edir

Futbol
Bu gün, 11:32

Zəfər Günü: Vətən Müharibəsi İştirakçısı Araz Balayevlə Futbolun Moral Gücü

Futbol
Bu gün, 11:30

Napoli klubunun prezidenti baş məşqçisini mətbuat konfransından çəkdi

Cüdo
Bu gün, 11:29

Bakı şəhərində 483 cüdoçu iştirak edəcək yarış noyabrın 8-də yekunlaşacaq

Futbol
Bu gün, 11:14

Braziliyada 36 yaşlı futbolçu Bismark Vinisius silahlı hücuma məruz qalıb və öldürüldü

Qarabağ FK
Bu gün, 11:00

Turan Tovuz: 10,000 manatlı mükafat, tələskənlik və gələcək uğur üçün dərs

Basketbol
Bu gün, 10:58

Lebron Ceymsin evində şübhəli şəxs oğlu kimi təqdim oldu

Digər
Bu gün, 10:49

Bakıda Zəfər Kuboku çərçivəsində 14 kateqoriyalı yorğa yarışları keçirildi

Güləş
Bu gün, 10:40

İki qızıl medalla Azərbaycan üzgüçüləri Macarıstan Kubokunda qələbə qazandı

Oxşar xəbərlər