top
Felipe Santos: Azərbaycan hakimləri faciədir, hakimlik pisləşir Idman.biz
23 sentyabr 2025, 14:15
- ↺ +

Felipe Santos: Azərbaycan hakimləri faciədir, hakimlik pisləşir

"Azərbaycanlı hakimlər faciədirlər".

İdman.biz xəbər verir ki, bunu QOL.az müsahibəsində "Araz-Naxçıvan"ın yarımmüdafiəçisi Felipe Santos deyib.

Həmin müsahibəni təqdim edirik:

- Misli Premyer Liqasının 5-ci turunda "Qarabağ"a böyük hesabla uduzdunuz. 0:5 hesablı məğlubiyyəti necə şərh edərdiniz?

- Çətin oyun oldu. Azərbaycanın ən yaxşı klubuna qarşı oynayırdıq. Hamı "Qarabağ"ın keyfiyyətinə bələddir. Lakin mən başqa bir şey barədə danışmaq istəyirəm.

- Buyurun.

- Azərbaycanlı hakimlər faciədirlər. Bizim "Qarabağ"la görüşün hakimi (Əliyar Ağayevi nəzərdə tutur - red.) bir neçə gün əvvəl Çempionlar Liqasının oyununu idarə edib. İndi isə belə edir... "Qarabağ"ın gücünü hamı bilir. Lakin belə hakimlik olmamalıdır.

- Konkret hansı epizodlarla bağlı narazılığınız var?

- O qədərdir ki. Hansını deyəsən... Həm penalti, həm də qırmızı vərəqə çox ağır qərar idi. Ümumiyyətlə, çatışmazlıqlar çoxdur. Halbuki Çempionlar Liqasında oyunları belə idarə etmirlər.

- Sizcə, bu, nədən qaynaqlanır?

- Bilmirəm. Hakimlərlə danışmaq lazımdır. 4 ildir Azərbaycandayam, hər gün hakimlik daha da pis olur, hakimlərin idarəçiliyi ancaq geri gedir. Yenə deyirəm, bunun "Qarabağ"la əlaqəsi yoxdur. Onlar çox yüksək səviyyəli komandadırlar. Lakin Azərbaycan Premyer Liqasının keyfiyyətini qaldırmaq üçün bu hakimləri dəyişmək lazımdır.

- "Qarabağ"dan alınan ağır məğlubiyyət növbəti matçlarda çıxışınızı mənfi təsir etməyəcək?

- Xeyr. Yaxşı komandamız var. Daha çox çalışmalıyıq. Məşqlərdə çatışmazlıqlar üzərində daha çox işləməliyik. Yaxşı mövsüm keçirmək istəyirik.

- "Qarabağ"la matça mərkəz hücumçusu kimi başladınız. Həmin mövqedə oynamaq daha rahatdır, yoxsa cinahda?

- Mən komandaya kömək etmək üçün burdayam. Elmar müəllim məni çox yaxşı tanıyır. Hansı mövqedə məsləhət bilsə, orada da oynayacam. Hücumun mərkəzində də çıxış edə bilirəm. Bu, mənim üçün problem deyil.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 11:40

"Lids" Liverpoolun yarımmüdafiəçisini qış transfer pəncərəsində transfer etməyi planlaşdırır

Futbol
Bu gün, 11:39

Lionel Messinin uşaqlarının təhsil xərcləri açıqlanıb

Gimnastika
Bu gün, 11:09

Gimnastikada finala yaxınlaşan Azərbaycanlı Nikita Simonov: 'Daha güclü olmaq üçün planlarım var'

Minifutbol
Bu gün, 11:05

Azərbaycan futzalının milli komandası Çexiya ilə qarşılaşacaq

Futbol
Bu gün, 11:00

Roman Hüseynov: Vəziyyətin bu səviyyəyə çatmasını istəmirik

Digər
Bu gün, 10:58

Gəncə'də Zəfər Gününü qeyd edərək veloyürüş keçirildi

Futbol
Bu gün, 10:43

Napoli Qavini Barselona'dan transfer etməkdə maraqlıdır

Futbol
Bu gün, 10:40

Anastasios Duvikas, Yunan hücumçusu, Çempionlar Liqasının bombardlilər siyahısında liderdir

Cüdo
Bu gün, 10:32

Bakı şəhərində U-17 cüdo birinciliyi 9-10 noyabr tarixində keçiriləcək

Digər
Bu gün, 10:28

Fərid Qayıbov Monako'da Avropa Şurasının iclasında çıxış etdi

Formula 1
Bu gün, 10:13

Alan Cons, 1980-ci il Formula-1 dünya çempionu, 80 yaşında vəfat etdi

Qarabağ FK
Bu gün, 10:00

“Neftçi” Braziliya hücumçusunu transfer etdi, “Qarabağ” yenidən Portuqaliya klubuna müraciət edir

Futbol
Bu gün, 09:49

Sabah Kapitanı Stas Pokatilov: UEFA Çempionlar Liqasında Ən Çox Qurtarış Edən İkinci Qapıçıdır

Qarabağ FK
Bu gün, 09:45

Riçard Almeyda Azərbaycana qayıtdı: Emosional paylaşımı ilə həsrətini izah etdi

Digər
Bu gün, 09:40

Kanada Rus millətinin gənclər dünyə çempionatına qatılmamasına qərar verdi

Futbol
Bu gün, 09:38

Yeddinci turun son dörd oyunu bu gün

Voleybol
Bu gün, 09:35

DH Volley Azərbaycan komandası CEV Çelenk Kubokunda növbəti oyununa çıxacaq

Basketbol
Bu gün, 09:31

LANDAU Lionsun məğlubiyyəti sonrası Erhan Toker səbəbləri açıqladı

Basketbol
Bu gün, 09:25

Murad Dikmen: Ev oyunlarını qələbə ilə bitirmək əsas məqsəddir

Futbol
Bu gün, 09:20

Devid Bekhem Manchester United'ı almağa çalışan konsorsiumun rəhbəri ola bilər

Voleybol
Bu gün, 09:13

DH Volley Azərbaycan komandası 1/32 finalında Danimarka ilə qarşılaşacaq

Futbol
Bu gün, 09:00

UEFA Avropa Liqası Dördüncü Turda 17 Oyun, Milan, Yuventus və Beşiktaş İştirak Edir

Qarabağ FK
Bu gün, 09:00

"Qarabağ"dan ayrıldı, 3 ildən sonra Kabo-Verde milli komandası tərəfindən dəvət alıb

Futbol
Bu gün, 08:50

UEFA Konfrans Liqası: Üçüncü turda 18 oyun – Trabzonspor, Ayaks, Monako və digərləri

Oxşar xəbərlər