top
Felipe Santos: Arisə qarşı əla oyunlar göstərəcəyik Idman.biz
14 iyul 2025, 16:18
- ↺ +

Felipe Santos: "Aris"ə qarşı əla oyunlar göstərəcəyik

"Araz-Naxçıvan"ın braziliyalı yarımmüdafiəçisi Felipe Santosun futbolinfo.az saytına müsahibəsi

- "Araz-Naxçıvan"la yeni müqavilə barədə danışığınız nə yerdə qaldı? Narazılığınız maddi məsələ ilə bağlıdır?

- Yeni mövsümü də "Araz-Naxçıvan"da keçirəcəyəm. Mən peşəkaram və verdiyim sözə sadiq bir insanam.
Hazırlıq prosesi necə gedir? Komandanız indiki məqamda neçə faiz hazırdır və tam hazır vəziyyətə gəlməyiniz üçün nə qədər zamana ehtiyacınız var?
Konfrans Liqasındakı oyunlarımıza hazırlaşırıq. Komandanın hazırlıq səviyyəsi gündən-günə daha da yaxşılaşır. Hər gün irəliyə doğru addım atırıq. Özümüzü əla hiss edirik, yeni oyunçularla da münasibətlər qaydasındadır. Bir sözlə, hər şey plana uyğun davam edir.

- Heyətdə dəyişikliklər baş verib, komandadan gedənlər və yeni gələnlər var. Bu dəyişikliklər "Araz-Naxçıvan"a necə təsir edəcək? Yeni transferlərin səviyyəsi ürəyinizcədir?

- Yeni gələnlər əla futbolçulardır. Əminəm ki, onların komandamıza çox xeyri dəyəcək. Keçən mövsümdəkindən daha güclü "Araz-Naxçıvan" görəcəksiniz.

- "Araz-Naxçıvan"ın Konfrans Liqasında "Aris"lə keçirəcəyi oyunlardakı şansını necə dəyərləndirirsiniz? Avrokubokda debüt etmək, təcrübəsizlik komandanıza problem yarada bilərmi?

- Bu, klubun Avropada ilk çıxışıdır. Lakin komandamızda olan əksər futbolçular artıq avrokuboklarda oynamış şəxslərdir. İnanıram ki, "Aris"ə qarşı əla oyunlar göstərəcəyik, növbəti mərhələyə vəsiqə qazanmağa çalışacağıq. Hesab edirəm ki, avrokuboklara yanaşma tərzimiz hamını yaxşı mənada təəccübləndirdi.

- "Araz-Naxçıvan" hansı komponentlərin hesabına favorit sayılan "Aris"i mübarizədən kənarlaşdıra bilər?

- Futbol 11 nəfərin 11 nəfərə qarşı oyunudur. Bizim həlledici, aparıcı futbolçularımız var. Meydana tam olaraq oyuna fokuslanmış və hazır vəziyyətdə, özünəinam hissi ilə daxil olsaq, mərhələni adlayacağımıza əminəm.

- Azərbaycanlı azarkeşlər növbəti mövsümdə sonadək "Qarabağ"la çempionluq mübarizəsi apara biləcək komanda görmək istəyirlər. "Araz-Naxçıvan" bu missiyanı üzərinə götürməyə hazırdır?

- Keçən mövsüm "Araz-Naxçıvan" digər komandalar üçün çox çətinliklər yaratdı. İnanıram ki, yeni sezonda daha yaxşı çıxış edəcəyik. Digər komanda və ya komandalar favorit sayıla bilərlər, amma biz hər oyunda əlimizdən gələni edəcəyik ki, keçən mövsümdən daha yaxşı nəticəyə imza ataq.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 01:48

“Çelsi”də futbolçunun zədəsi barədə məlumat sızması müzakirə edilir

Futbol
Bu gün, 01:25

Leonel Xayme rəqibinə kömək edərək ağladı, komanda yoldaşları və azarkeşlər tərəfindən tənqid edildi

Futbol
Bu gün, 01:04

Roma yıldızının yaralanmasından müsbət xəbər

Futbol
Bu gün, 00:49

Real Madrid və Barselona futbolçuları üçün El-Klasiko xüsusi butslar hazırlanıb

Digər
Bu gün, 00:32

Baku Flames Batumi'de Batumi Sharks'a 13-4 üstünlük qazandı

Futbol
Bu gün, 00:18

Fiorentina müdafiəçisi Dodo-nun gələcək transferi barədə açıqlama

Qarabağ FK
Bu gün, 00:05

Canni İnfantino və Arsenal məşqçisi Arsen Venger ‘Sabah – Qarabağ’ matçı izləyiblər

Futbol
Dünən, 23:52

“Qalatasaray”ın yeni transferləri “Fənərbağça” derbisində debutə hazırlaşır

Qarabağ FK
Dünən, 23:30

"Qarabağ" Sabaha qonaq gələrək çempionu müəyyən edəcək: Həsi Fotolar

Futbol
Dünən, 23:30

Real Madrid TV “El-klasiko” öncəsi La Liqa hakimlərini təəssübkeşliklə ittiham edib

Tennis
Dünən, 23:24

Çində Ninqbo WTA 500-də Yelena Rıbakina Şampiyonluğunu Qoruyub

Güləş
Dünən, 23:05

Eldəniz Əzizli: Beşinci Dünya Çempionu Olarkən Himni Səslənəndə Gözümdən Yağış Çəkdi

Futbol
Dünən, 23:05

Qari Nevill Manchester United-un uğursuz performansına tənqid etdi

Futbol
Dünən, 22:51

Qavi: Mourinyo və Flikin oyun yanaşmalarını bəyəndiyini açıqladı

Qarabağ FK
Dünən, 22:50

Qurban Qurbanov: “Maraqlı oyun, temp sonadək yüksək səviyyədə idi”

Futbol
Dünən, 22:28

Renat Dadaşovun komandası 0-0 ilə başa çatdı

Futbol
Dünən, 22:13

Toral Bayramovun Bursaspor komandası 4:2 qalib gəldi

Futbol
Dünən, 21:59

İmişli, Şamaxını 2:1 hesabına məğlub etdi - Video icmalı

Qarabağ FK
Dünən, 21:59

Kadi Borges: “Sabah” komandası son bir ildə gördüyüm ən yaxşı komandalar arasındadır

Güləş
Dünən, 21:35

Sənan Süleymanov 15 illik gözləntini bitirdi: Azərbaycan olimpiya çəkisində qızıl medal qazanır

Futbol
Dünən, 21:10

Azər Bağırov: "İmişli"yə məğlubiyyətdə penalti qərarı təssüf doğurduq, amma dərin təhlil etməkdən çəkinirik

Qarabağ FK
Dünən, 21:01

Dambrauskas: Çempionluq mübarizəsi ötən mövsümdən daha ağır olacaq

Qarabağ FK
Dünən, 20:59

Dambrauskas: 0:0 nəticəni ədalətli hesab edir, futbolçuları Avropa transferlərinə sevinclidir

Cüdo
Dünən, 20:55

Gənc cüdoçularımız Düşəbədə keçirilən Qran-pri turnirində 5 medal qazandı

Oxşar xəbərlər