Fələstinli futbolçu Həmdi Lubbad Qəzza zolağında öldürülüb. Sport24.az xarici KİV-ə istinadən xəbər verir ki, idmançı mənzilində olarkən İsrailin atəşinin qurbanı olub.
Futbolçu ilə yanaşı, həyat yoldaşı və dörd qızı da dünyasını dəyişib.
Qeyd edək ki, Lubbad "Əl-Yarmuk" klubunda oynayıb, daha əvvəl isə "İttihad Deyr Əl-Balah"da çıxış edib.