Türkiyə milli komandasının sabiq baş məşqçisi Fatih Terim COP29 beynəlxalq konfransı çərçivəsində "Qarabağ" Futbol Klubun təşkil etdiyi tədbirdə çıxışı zamanı "Zirə"nin baş məşqçisi Rəşad Sadıqovu salamlayıb.
İdman.biz Qol.az-a istinadən xəbər verir ki, Terim Rəşadın Türkiyədə futbolçu kimi çıxış etdiyini, hazırda isə onun həmkarı olduğunu xatırladıb. Sadıqovu salamlayan Terim bu zaman ona "Sadıq" deyə xitab edib.
R.Sadıqov isə özünün İnstaqram səhifəsində onunla bağlı Terimin çıxışının videosunu paylaşıb. Bu zaman o, "İmperator" sözlərini qeyd edib. Terimin "Sadıq" sözləri haqda isə yazıb: "Türkiyədə məşqçilər və futbolçular məni çox vaxt Sadıq deyə çağırırdı".
İdman.biz