"Barselona"nın futbolçusu Ansu Fati qış fasiləsində klubu tərk edə bilər. Sport24.az xəbər verir ki, "Fənərbağça" və "Sevilya" 22 yaşlı hücumçunun xidmətində maraqlıdır.
Bu barədə İspaniya mətbuatı məlumat yayıb. Klublar Fatini icarəyə götürmək istəyir.
Ansu bu mövsüm 7 oyunda meydana çıxıb. O, hazırda zədəlidir və dekabra qədər yaşıl meydanlardan uzaq qalacaq.