top
Fariz Nəcəfov: “1-ci liqanın çempionu olmaq üçün də çalışmalıyıq” - MÜSAHİBƏ Sport24.az
05 aprel 2025, 18:03
- ↺ +

Fariz Nəcəfov: “1-ci liqanın çempionu olmaq üçün də çalışmalıyıq” - MÜSAHİBƏ

"Qəbələ"nin prezidenti Fariz Nəcəfovun klubun mətbuat xidmətinə müsahibəsi

 

- Komandamız Premyer Liqaya vəsiqə qazandı. Mövsümün qalan hissəsində "Qəbələ"nin hədəfi nə olacaq?

- Birinci liqada qarşıya qoyulan əsas məqsədə vaxtından əvvəl çatmağımız çox xoş oldu. Bu münasibətlə bütün "Qəbələ" azarkeşlərini, komandamızın üzvlərini, əziyyəti olan,uğurumuza sevinən hər kəsi təbrik edirəm. Amma təbii ki, hələ boşalmaq olmaz. Mövsümün əvvəlində komandanın qarşısına 1-ci liqanın çempionu olmaq vəzifəsi qoyulmuşdu və bunun üçün də çalışmalıyıq.

 

- Amma növbəti mövsüm üçün planları artıq qurmaq olar. Büdcədə nə kimi dəyişikliklər olacaq? Elitaya qayıdış büdcənin daha da artırılmasına səbəb ola bilər?

- Komandamız Premyer Liqada çıxış etdiyi əvvəlki illərdə də kuboku qazanacaq, avrokuboklarda çıxış edəcək büdcəyə malik idi. Bu baxımdan deyə bilərəm ki, növbəti mövsüm də mübariz komanda formalaşdırmaq üçün dövlətin ayırdığı vəsaitdən əlavə lazım olan vəsaiti əldə etməyə çalışacağıq.

 

- Azarkeşləri maraqlandıran məsələlərdən biri də məşqçilər korpusu ilə bağlıdır…

Ötən mövsüm hazırki məşqçilər korpusu ilə müqavilə bağlayanda 1-ci Liqaya düşəcəyimiz halda atacağımız addımları da müzakirə etmişdik. Klub olaraq hər zaman uzun müddətli proyektlərin üzərində işlədiyimiz üçün məşqçilər korpusu ilə də müqavilə müddəti 3 illik nəzərdə tutulmuşdu. Proyektimizin davamı olaraq da növbəti mövsüm Premyer Liqada dəyişiklik etmək fikrimiz yoxdu. Baş məşqçimizdən və köməkçilərindən razıyıq, onlarla işimizə davam edəcəyik.

 

- Komandanın heyətində bu il akademiyanın yetirməsi olan gənc futbolçular çoxluq təşkil edib. Gələn mövsüm Premyer Liqada da gənc futbolçuların xidmətindən daha çox yararlanmağı düşünürsüz?

- İstənilən halda elitaya yüksəldiyimiz üçün heyətdə dəyişikliklər etmək məcburiyyətindəyik. "Qəbələ" futbol klubunun hər zaman əsas prioriteti gənc futbolçuları peşəkar şəkildə, milli komanda səviyyəsinə qədər yetişdirmək olub. Cari mövsüm də komandamızın əksər futbolçuları akademiyamızın yetirməsi olan gənc futbolçular idi. Sevindirici haldır ki, bu il aşağı dəstədə mübarizə aparmağımıza baxmayaraq akademiyamızın yetirməsi olan Şahin Şahniyarov milli komandaya dəvət aldı. Məşqçilərin qarşısına qoyulan vəzifələrdən biri də akademiyamızın yetirmələrini daha yuxarı səviyyəyə çatdırmaqdır. Bu siyasətimiz Premyerliqada da davam edəcək.

 

- Növbəti mövsüm üçün AFFA-nın verdiyi qərarlardan biri də legioner limitinin ləğvi ilə bağlı oldu. Bu qərar komandanın formalaşmasına necə təsir göstərəcək? Legioner futbolçuların transferi gözlənilir?

Əlbəttə, müasir futbolu legionersiz təsəvvür etmək çətindir. Bu baxımdan imkanlarımız daxilində daha potensiallı və uzun müddət xidmətlərindən yararlana biləcəyimiz futbolçuların transferi də qaçılmazdır. Yenə də bu istiqamətdə fəaliyyətimiz davam edəcək və keyfiyyətli əcnəbiləri cəlb etməyə çalışacağıq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Tennis
Bu gün, 17:19

Rafael Nadal "Real Madrid"in direktorlar şurasına daxil olacaq

Tennis
Bu gün, 17:06

22 qat Böyük Dəbilqə qalibi Rafael Nadal "Real"ın İdarə Heyətinə təqdim olunacaq;

Futbol
Bu gün, 17:00

Elmar Baxşıyev: Sabahın Norveçdəki 'Viking'e qarşı oyunu üçün şəraitə tez uyğunlaşması vacibdir

Futbol
Bu gün, 16:49

Liverpool məşqçisi Andoni İraola Fenerbahçe qarşısında inamı məhv etməyi tələb etdi

Futbol
Bu gün, 16:40

Liverpool, Valverde üçün 100 milyon avroluq təklif hazırlayır

Futbol
Bu gün, 16:39

Rodri, Barselona futbolçusu, Atletiko qarşı oyunu buraxacaq

Futbol
Bu gün, 16:22

Rodri, Atletiko qarşısında yaralanma səbəbindən oyunu buraxa bilər

Futbol
Bu gün, 16:20

Barcelona itkisindən sonra Rodri yaralanıb – Atletico qarşı oyunu buraxacaq

Futbol
Bu gün, 16:17

Mingəçevir futbolçuları maaş ödənməməsi səbəbindən boykot etdilər, matç oynamadı

Voleybol
Bu gün, 16:10

Ceyran İmanova: “Turan” komandasının əsas hədəfi qrup mərhələsinə vəsiqə qazanmaqdır

Futbol
Bu gün, 16:05

Paulu Fonseka 'Lion'dan ayrılıb 'Sportinq'e transfer oldu

Futbol
Bu gün, 16:00

“Sabah”ın çempionluq play-offa yüksəlmə ehtimalı 6,8%

Futbol
Bu gün, 15:58

FIFA U-15 dünya çempionatında Azərbaycanlı hakimlərə yüksək qiymətləndirmə verildi

Futbol
Bu gün, 15:50

Bruno Fernandeş: "Roma" üzərindəki qələbədən sonra Maykl Karrikin postunu xilas etmək məcburiyyətində deyildik

Digər
Bu gün, 15:35

Aysel Əhmədli Sofiyada WSF Şotokan karate Avropa çempionatının K10 kateqoriyasında qızıl medal qazandı

Futbol
Bu gün, 15:28

Yamal 20 yaşından əvvəl Çempionlar Liqasında ən çox qol vuran futbolçu oldu

Qarabağ FK
Bu gün, 15:22

Nazim Süleymanov: Sabahın Çempionlar Liqası çıxışını dəyərləndirir və gələcək perspektivlərini paylaşır

Futbol
Bu gün, 15:11

Toral Bayramov: "Sabah" komandasının Norveçin "Viking"ini məğlub edəcəyinə inanıram;

Güləş
Bu gün, 14:52

Dünya Güləş Birliyi 2027-ci ildən başlayaraq qazandığı hər görüşə görə xal verən yeni reytinq sistemini tətbiq edir

Futbol
Bu gün, 14:47

İmişli U-19 komandası 6 legioner futbolçu ilə gücləndirildi;

Futbol
Bu gün, 14:40

Kivu: "İnter"in "Feyenoord"a qarşı qələbəsi uğurlu oldu, növbəti matçlara köklənirik

Futbol
Bu gün, 14:37

Feйenoord azarkeşləri İnter qarşısında fişəng ataraq stadionun damına ziyan yetirib

Futbol
Bu gün, 14:29

Rəhim Həsənov: Kəpəz-İmişli matçında baş hakimin səhv qərarı

Futbol
Bu gün, 14:16

Elmar Baxşıyev: "Sabah" komandası Norveçdə "Viking"lə qarşılaşmada maneələri dəf etsə, uğurlu nəticə əldə edə bilər

Oxşar xəbərlər