"Neftçi"nin futbolçusu Falaye Sako zədələnib.
"Report" xəbər verir ki, cinah müdafiəçisi "Şamaxı"ya qarşı keçirdikləri Misli Premyer Liqasının XXII turunun oyununda sıradan çıxıb.
Onu 29-cu dəqiqədə Andrey Ştoqrin əvəzləyib.
Qeyd edək ki, hazırda görüşdə hesab açılmayıb.