top
Fair Play Oyunu keçirildi Sport24.az
28 may 2025, 16:54
- ↺ +

"Fair Play Oyunu" keçirildi

26 may tarixində ASK Arenada "Fair Play Matçı" baş tutub.

 

Sport24.az matçda peşəkar, veteran, həvəskar, qadın və əlil futbolçular və hakimlərdən ibarət qarışıq komandalar iştirak edib.

 

Bu oyunun məqsədi "Futbol hamı üçün" və "Futbolda ədalətli oyun" mesajlarını vermək olub.

 

Bu matç həmçinin Azərbaycan futbol tarixinin unudulmaz siması, dünya şöhrətli hakim Tofiq Bəhramovun 100 illiyi və bu il dünyada ilk dəfə qeyd edilən "Beynəlxalq Ədalətli Oyun Günü"nə həsr edilib. 

 

Tədbir "Azərbaycan Futbol Hakimləri" İctimai Birliyinin təşkilatçılığı, Böyük Britaniyanın Azərbaycandakı səfirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və "Neftçi" peşəkar futbol klubunun dəstəyi və tərəfdaşlığı ilə keçirilib. 

 

Matçdan öncə tədbirin açılış hissəsində Birləşmiş Krallığın ölkəmizdəki səfiri Fergus Auld, "Azərbaycan Futbol Hakimləri" İctimai Birliyinin sədri Gülağa Cabarov, Regional Futbol Federasiyasının prezidenti İskəndər Cavadov və digərləri açılış nitqləri ilə çıxış edib və tədbirin əhəmiyyətini vurğulayıblar. Səfir ana dilimizdə çıxış edərək idmanın vacibliyini qeyd edib: "Fair Play" matçı çox gözəl bir təşəbbüsdür. Bu matç bizə futbol və idmanın hər kəs üçün olduğunu göstərir. Hər kəs bir meydanda oynayır. Bu, futbolun insanları necə birləşdirdiyini əyani şəkildə nümayiş etdirir. Bu oyun həm də çox xüsusi bir şəxsə — Azərbaycan futbolunun siması Tofiq Bəhramova həsr olunur."

 

Daha sonra maraqlı futbol matçına start verilib. Britaniyanın səfiri, Britaniya Səfirliyinin əməkdaşları, "Baku Juniors" qadınlar klubu, futbol veteranları, amputant futbolçuların milli yığma komandası və hakimlər bir araya gələrək ədalətli oyunun ruhunu qeyd edib və maraqlı futbol matçı keçiriblər. Tədbirdən sonra "Neftçi" klubunun amputant futbolçular üçün hədiyyələri təqdim edilib. 

 

Qeyd edək ki, bu tədbir "Azərbaycan Futbol Hakimləri" İctimai Birliyinin 2025-ci ildə həyata keçirdiyi "Tofiq Bəhramov – 100" Ədalətli Oyun İrsi" layihəsi çərçivəsində təşkil olunub.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 05:37

"Sportinq" futbol klubunun baş məşqçisinin vəzifəsindən çıxarılması azarkeşlərin ağ bayraqlı etirazı nəticəsində

Futbol
Bu gün, 03:21

İstanbulda “Fənərbağça” azarkeş lideri Cem Gölbaşına qarşı silahlı hücum planı aşkar edildi, beş nəfər həbs edildi

Formula 1
Bu gün, 02:33

Ferstappen qalib gəldi, Antonelli isə dünya çempionluğunu qazandı

Futbol
Bu gün, 01:35

Valdas Dambrauskas “Sabah” komandasını tərk edib “Fənərbağça” klubuna baş məşqçi ola bilər

Cüdo
Bu gün, 01:18

İbrahim Talıbov, Dakarda Azərbaycan üçün ilk qızıl medal qazandı

Futbol
Bu gün, 01:06

Unay Emeri, Barselona qarşısında oynamağından əvvəl Aston Villa futbolçularına xəbərdarlıq etdi

Futbol
Bu gün, 00:51

Jose Mourinho Real Madrid‑in 3‑0 qələbəsindən sonra açıqlama verdi

Digər
Bu gün, 00:31

Konor McGregor son döyüşünü planlayır, karyerasını bitirəcək

Formula 1
Bu gün, 00:18

FIA, Antonelli'nin Meksika Grand Prix'sində çempionluk kubokunu təqdim etmə xahişini rədd etdi

Tennis
Bu gün, 00:06

Karlos Alkaras Vyanada ATP 500 turnirini qazandı, karyerasının 28-ci titulunu əldə etdi

Futbol
Dünən, 23:32

“Qızıl top” mükafatının nəticələrini əvvəlcədən təxmin edənlər 200 min dollar qazandı

Cüdo
Dünən, 23:26

Dakar 2026-da Azərbaycan judoçusu İbrahim Talıbovun ilk qızıl medalı

Futbol
Dünən, 22:57

Zamiq Əliyev Qələbəni Qorudu

Cüdo
Dünən, 22:53

Cüdo millisinin baş məşqçisi: Olimpiya çempionu yetişdirmək mənim üçün böyük uğurdur

Futbol
Dünən, 22:31

Arsenal, Liverpul'u səfərdə 1-0 məğlub edərək Premyer Liqada liderliyini möhkəmləndirdi

Futbol
Dünən, 22:27

Malişeva 0:0-dan sonra birincilik mövqeyini qoruyur

Futbol
Dünən, 21:59

Eldar Tağızadə “Bistritsa”nın “Krşko”ya qarşı qələbəsində qapısını möhürlədi

Futbol
Dünən, 21:57

Premyer Liqada "Kəpəz" "İmişli"ni 1:0 hesabı ilə məğlub etdi - Videoicmal

Qarabağ FK
Dünən, 21:50

Azərbaycan Premyer Liqasının ilk üçdəbir hissəsində əsas beş iddiasının statusu: "Neftçi" liderliyə yüksəlsə də, "Sabah" temp və balansla öndədir

Futbol
Dünən, 21:35

Juventusun səkkiz futbolçusu Napoli ilə qarşılaşmadan məhrum olacaq

Güləş
Dünən, 21:27

Ali Tsokayev dünyəvi çempionatda bürünc medal qazandı

Futbol
Dünən, 21:05

İnter futbolçuları Pavar, Kons, Stounz, Martines və Luis Enrique-ne zədəsindən sağalma tarixi açıqlanıb

Güləş
Dünən, 20:58

İslam Bazarqanov dünya çempionatında medalsız qalır

Futbol
Dünən, 20:48

Zamiq Əliyevin komandası "Eqnatiya" səfərdə "Tiranayı" 2:1 hesabı ilə məğlub edib

Oxşar xəbərlər