"Qarabağ" futbol klubu Azərbaycanın simvoludur.
"Report"un məlumatına görə, bunu Azərbaycanın qadın voleybolçulardan ibarət millisinin baş məşqçisi Faiq Qarayev deyib.
O, Məşqçilərin I Forumunda fikirlərini bölüşüb:
"Bəlkə də baş məşqçi azərbaycanlı olmasaydı, komandanı bu qədər sevməzdik. Son 40 ildə Azərbaycan bayrağı altında saysız-hesabsız oyunlara çıxmışıq. Məşqçilik şərəfli işdir".