"Oyuna yaxşı başladıq. İlk hissədən də qalib ayrılmışdıq". Bunu Sport24.az-a açıqlamasında "Turan Tovuz"un futbolçusu Faiq Hacıyev deyib.
25 yaşlı müdafiəçi "Sabah"a səfərdə 1:2 hesabı ilə uduzduqları Misli Premyer Liqasının XXII turun oyun ilə bağlı fikirlərini bölüşüb:
"Belə matçlarda daha diqqətli və səbirli olmaq lazımdır. İkinci hissədə bizdə bunlar çatmadı".
F.Hacıyev görüşdəki hakim qərarları haqqında çox danışmaq istəməyib. "Bu barədə çox fikir bildirməyi xoşlamıram. Klubumuz lazım olan şəkildə paylaşım edib".
O, son olaraq XXIII turda üz-üzə gələcəkləri "Araz-Naxçıvan"la görüşə də toxunub: "Hər qarşılaşmada olduğu kimi bu dəfə də meydana üç xal üçün çıxacağıq. Çətin olacaq. Bu matça da yaxşı hazırlaşmalıyıq".