top
Faiq Hacıyev: Milli formaya layiq olduğumu hər kəsə göstərməliyəm - MÜSAHİBƏ Idman.biz
13 iyun 2025, 12:56
- ↺ +

Faiq Hacıyev: "Milli formaya layiq olduğumu hər kəsə göstərməliyəm" - MÜSAHİBƏ

"Turan Tovuz"un müdafiəçisi Faiq Hacıyevin Futbolinfo.az saytına müsahibəsi

– 2024/2025 mövsümünü "Turan Tovuz" üçün necə dəyərləndirirsiniz? Avrokuboklardan kənarda qalmağınız sizə necə təsir etdi?

– Mövsümü ümumilikdə yaxşı dəyərləndirərdim. Düzdür, daha yaxşı nəticəyə imza ata bilərdik. Gələcək mövsüm üçün böyük təcrübə topladıq. Əlbəttə ki, avrokuboklarda iştirak etmək istəyirdik. Alınmadı, artıq irəliyə baxmalıyıq. Gələcək üçün planlar qurub daha güclü "Turan Tovuz"u hər kəsə göstərməliyik.

– "Turan Tovuz"un avrokuboklara vəsiqə qazanması üçün nə çatışmadı? Komanda nəyə görə istəyinə çatmadı?

– Mövsümə yaxşı başlamışdıq. Deyərdim ki, ən böyük problem qışdan sonra stabilliyi qoruya bilməməyimiz oldu.

– Klub rəhbərliyi 9 futbolçu – İvan Konovalov, Alexandro Serrano, Kauan Martins de Paula, Eltun Turabov, Kristian da Silva, İsmayıl Zülfüqarlı, Araş Qadiri, Anton Kraçkovski və Sadiq Quliyevlə yolları ayırdı. Bu oyunçulardan kimlərin gedişinə daha çox üzüldünüz?

– Bəzi futbolçularla 3 il, bəziləri ilə 1 il və daha az müddətdə bir yerdə olsaq da, ailə ortamı var idi. Bu mənada, adam hər birinin gedişinə üzülür. Amma bu, futboldur və futbolda belə şeylərə hazır olmalısan. Bizimlə yolları ayrılan hər bir futbolçuya uğurlar arzu edirəm.

– Başa çatan mövsümdə ən çox üzüldüyünüz oyun hansı oldu?

– Sırf hansısa oyunu deməzdim. Xal itirdiyimiz bütün matçlarda üzüldüm. Çünki hər xal itkisi səni irəliləməyə qoymur.

– Növbəti mövsümdə "Turan Tovuz"dan gözləntiniz nədir? Sizcə, bu mövsüm bacarmadığınızı yeni sezonda reallaşdıra biləcəksiniz?

– Gözləntiləri hər zaman yüksək tutmağı sevirəm. Növbəti mövsümə də böyük hədəflərlə başlamağa, yüksək yerlər uğrunda mübarizə aparmağa çalışacağıq.

– "Turan Tovuz"un əsas heyət üzvlərindən biri olaraq, millinin son toplanışına dəvət gözləyirdiniz? Yığmaya çağırılmamaq, heyətdən kənarda qalmaq sizə necə təsir etdi və bunun səbəbini nədə görürsünüz?

– Əlbəttə ki, milli formanı geyinmək mənim də arzularımdan biridir. İnşallah, bir gün buna nail olaram. Daha çox çalışaraq o formaya layiq olduğumu hər kəsə göstərməliyəm.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 04:27

Arda Turan “İnter”ə məğlubiyyətdən sonra: “Daha yaxşı nəticəyə layiq idik”

Futbol
Bu gün, 03:17

Rio Ferdinand Manchester United-in Çempionlar Liqası performansını lotereya kimi tənqid etdi

Basketbol
Bu gün, 02:34

“Neftçi”nin basketbol baş məşqçisi: “30 dəqiqə pis oynadıq, amma yalnız beş xal fərqi ilə məğlub olduq”

Futbol
Bu gün, 02:09

“Sabah” UEFA Çempionlar Liqasında pley‑off zonasından kənarda

Futbol
Bu gün, 01:48

Bernardo Silva Real Madrid forması ilə Çempionlar Liqasının ilk qolunu vurar və rekord qırdı

Futbol
Bu gün, 01:29

Harri Keyn Çempionlar Liqasında ardıcıl 10 oyunda qol vuraraq Ronaldun rekorduna yaxınlaşdı

Digər
Bu gün, 01:12

Fabreqas: “Bəzi futbolçularımız üçün bu, Çempionlar Liqasında cəmi üçüncü matç idi”

Futbol
Bu gün, 01:10

Real Madrid 4:1 Leipzig, Manchester United 1:4

Digər
Bu gün, 00:51

ABŞ səfirliyi Azərbaycan sumoçusunun tarixi dünya çempionluğu qələbəsini təbrik etdi

Digər
Bu gün, 00:31

Noyer Messi ilə eyni pilləyə yüksəldi - Çempionlar Liqasında tarixi göstərici

Futbol
Bu gün, 00:14

La Liqada “Levante” “Atletik”i 3:1 hesabı ilə məğlub etdi

Futbol
Bu gün, 00:05

Fransadakı iğtişaşlar səbəbindən PSJ - "Lion" matcının təxirə salınması nəzərdən keçirilir

Futbol
Dünən, 23:54

Şəki klubunda baş məşqçi Elvin Hacızadənin vəzifəsindən ayrılması

Futbol
Dünən, 23:44

Yunus Akgün Osimhenin Çempionlar Liqası rekordunu qırdı

Futbol
Dünən, 23:30

Fernandeş məğlubiyyətdən sonra taktiki qərarı qiymətləndirdi

Futbol
Dünən, 23:16

Mançester Yunayted Çempionlar Liqasında ilk iki dəqiqədə qol buraxan ilk İngiltərə klubu oldu

Futbol
Dünən, 22:55

Infantino: Bakıdakı U-15 Dünya Çempionatı və FIFA Festivalı Tarixi Mesajdır

Futbol
Dünən, 22:25

Juventus argentinalı müdafiəçi Nikolas Talyafikonu transfer etmək istəyir

Futbol
Dünən, 22:21

Şimali Koreyanın U-17 qadın millisinin hücumçusu dünya çempionatında 10 illik qol rekordunu qırdı

Digər
Dünən, 22:09

“Barselona” “PSJ”dən UEFA-ya şikayət etdi: mişarlı və “qətliam” yazılı pankart qalmaqal yaratdı

Digər
Dünən, 22:01

Plyuşenko Azərbaycana köçməklə bağlı qərarını açıqladı

Digər
Dünən, 21:56

"Fənərbaxça"da ciddi itkilər

Futbol
Dünən, 21:54

Betisin yarımmüdafiəçisi Fakundo Bernal iki dəfə başla zərbə vurduğu üçün dörd oyunluq diskvalifikasiya edildi

Digər
Dünən, 21:46

Ronaldudan Kvaratsxeliyaya dəstək mesajı

Oxşar xəbərlər