top
Fabio Luis Ramimin Azərbaycan milli komandası və Qarabağ FK haqqında fikirləri Idman.biz
20 sentyabr 2025, 16:32
- ↺ +

Fabio Luis Ramimin Azərbaycan milli komandası və "Qarabağ" FK haqqında fikirləri

"Düşünürəm ki, bu qədər xarici məşqçidən sonra Azərbaycan futbolunu yaxşı bilən yerli mütəxəssisə şans verməyin vaxtı çatıb".

İdman.biz xəbər veirir ki, bunu Azərbaycan yığmasının sabiq yarımmüdafiəçisi Fabio Luis Ramimin futbolinfo.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik:

– Millimiz son 2 oyunda İslandiyaya 0:5 hesabı ilə uduzdu, Ukrayna ilə 1:1 hesablı heç-heçə etdi. Yığmamızın bu matçlardakı nəticələrini necə dəyərləndirirsiniz?

– Açığı, oyunları canlı izləyə bilmədim, amma matçların icmalına baxmışam. Azərbaycan millisinin İslandiyaya qarşı görüşdə çıxışı yaxşı olmayıb. Düşünürəm ki, bu dövrdə Fernandu Santuş ilə hər şey çox çətin oldu, futbolçular onun ideyalarını tam başa düşmədilər və bu da vəziyyəti daha da çətinləşdirdi. Ukrayna ilə oyunöncəsi baş məşqçinin dəyişməsi yeni ruh gətirdi. Yeni baş məşqçi komandaya motivasiya verməyi bacardı və nəticə də daha yaxşı oldu. Ukrayna millisi səviyyəli komandadır, onlarla heç-heçə yaxşı nəticədir.

– Siz Azərbaycan yığmasında oynadığınız dönəmdə İslandiya ilə 1:1 hesablı heç-heçə etmişdiniz və qolu da cərimə zərbəsindən məhz siz vurmuşdunuz. Həmin vaxtla müqayisədə İslandiya yığması bizi 5:0 hesabı ilə məğlub edəcək qədər güclənib? Yoxsa Azərbaycan yığması daha da zəifləyib?

– Düşünürəm ki, hər ikisi baş verib: İslandiya yığması son illərdə inkişaf edib, Azərbaycan millisi isə xeyli geriləyib.

– Fernandu Santuşun Azərbaycan yığmasındakı fəaliyyətinin bu qədər uğursuz alınacağını gözləyirdiniz?

– Hər dəfə Azərbaycan millisinə yeni mütəxəssis gələndə onun qələbələr qazanacağına ümid edirəm. Təəssüf ki, cənab Santuşun ideyaları komandaya uyğun gəlmədi və nəticələr gözləniləndən çox aşağı oldu.

– Ukrayna ilə oyuna yığmamızı Ayxan Abbasov çıxartdı və nəticə uğurlu oldu. Razısınız ki, Azərbaycan millisinə yerli məşqçi rəhbərlik etməlidir? Bu vəzifəyə ən yaxşı namizəd kimi hesab edirsiniz?

– Düşünürəm ki, bu qədər xarici məşqçidən sonra Azərbaycan futbolunu yaxşı bilən yerli mütəxəssisə şans verməyin vaxtı çatıb. Tərlan Əhmədovun adını qeyd edərdim. Elə Ayxan Abbasov özü də namizədlərim sırasındadır, onun rəhbərliyi altında Azərbaycan yığması Ukraynaya qarşı çox yaxşı çıxış etdi. Digər namizədim Elmar Baxşıyev isə "Araz-Naxçıvan"da böyük işlər görür.

– "Qarabağ"ın Çempionlar Liqasının əsas mərhələsinə qələbə ilə başlaması xəbərini necə qarşıladınız? "Benfika" ilə görüşdə təmsilçimizdən qalibiyyət gözləyirdiniz?

– Bu qələbə mənim üçün xoş və sevindirici bir sürpriz oldu. "Qarabağ" möhtəşəm oyun sərgilədi və böyük qalibiyyətə imza atdı.

– Sizcə, "Qarabağ" ÇL-in Liqa mərhələsində neçə xal toplaya biləcək?

– "Benfika"ya qarşı bu möhtəşəm oyundan sonra insanın gözləntisi artır. Adamda bu fikir yaranır ki, çoxlu xal toplaya bilərlər. "Qarabağ"ın Liqa mərhələsində ən azı 12 xal yığacağına əminəm.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
12 oktyabr 2026, 11:51

“Sabah” və “Slaviya” qarşılaşması üçün 51 minə yaxın bilet satılıb – KLUBDAN İDMAN.BİZ-ə açıqlama

Futbol
12 oktyabr 2026, 11:07

Harri Keyn “Bavariya” ilə 2030-cu ilin yayınadək müqaviləsini uzada bilər

Qarabağ FK
12 oktyabr 2026, 10:00

VII tur: 12 qol, Sumqayıtın möhtəşəm qalibiyyəti və turnirin digər əsas nəticələri

Futbol
12 oktyabr 2026, 09:44

“Real Madrid”ın hücumçusu Vinicius Junior sevgilisindən ayrıldı

Futbol
12 oktyabr 2026, 06:47

Spalletti: “Yuventus” qələbəni öz təşəbbüsü ilə əldə etməlidir

Futbol
12 oktyabr 2026, 04:40

“Aston Villa” Endricki icarəyə götürməyi planlaşdırır

Futbol
12 oktyabr 2026, 01:30

Nihat Kahveci, Türkiyə milli komandasının yeni baş məşqçisi olaraq Fatih Tekkeyi təklif etdi

Futbol
11 oktyabr 2026, 23:58

Ramil Şeydayev Soçi–Ufa matçında qalibiyyətdə iştirak etdi

Futbol
11 oktyabr 2026, 22:55

Arda Turan Türkiyə milli komandası üzrə məşqçilik təklifini rədd etdi

Futbol
11 oktyabr 2026, 22:55

Turan Tovuz, Şəfaya 0:1 qalib gəldi - Video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 22:30

Əvəzedicilər Liqası: “Qarabağ‑2” və “Sumqayıt‑2” qalib gəldi

Qarabağ FK
11 oktyabr 2026, 22:25

İmişli – Qarabağ (0:2) matçının video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 21:49

Qurban Qurbanov: “Qələbəmiz önəmlidir, amma hələ də komandamızda bəzi çatışmazlıqlar mövcuddur”

Futbol
11 oktyabr 2026, 21:26

Manchester City 3-0 Liverpool, Crystal Palace 3-1 Nottingham Forest – nəticələr + video

Qarabağ FK
11 oktyabr 2026, 17:36

Kamilo Duran “Seltik”in 2:0 qələbəsində qol vurdu – VİDEO

Qarabağ FK
11 oktyabr 2026, 13:24

Avstriyalı hakim Sebastian Qishamerin doğum günündə “Sabah” – “Slaviya” oyununu idarə edəcək

Futbol
11 oktyabr 2026, 11:20

“Sabah” müdafiəçisi Puxaç Levandovskiyi görkəmli natiq hesab etmir

Qarabağ FK
11 oktyabr 2026, 10:37

Duran, “Qarabağ”dan “Seltik”ə keçidinin Kolumbiya millisində dəvətə əsas faktor olduğunu bildirib

Futbol
11 oktyabr 2026, 10:19

Şəfa və Turan Tovuz Misli Premyer Liqasının 7-ci turunda ilk dəfə qarşılaşacaq

Qarabağ FK
11 oktyabr 2026, 09:31

“İmişli” “Qarabağa” qarşı: İlk qolmu, dördüncü məğlubiyyətmi?

Futbol
11 oktyabr 2026, 09:19

Messi Inter Miami-də 934-cü qolunu vurdu, 1000-ə 66 top qaldı

Cüdo
11 oktyabr 2026, 01:49

Rəşad Nəbiyev dünya çempionatında rekord 7 medal qazanmış cüdoçularımızı təbrik etdi

Futbol
11 oktyabr 2026, 01:04

Real Madrid Vilyarrealı 1-0 məğlub etdi, Vinicius qırmızı kart gördü; Barcelona 3-0 Xetafe

Futbol
11 oktyabr 2026, 00:12

Filipe Kandido: 4-1 qələbə ilə Qəbələyə tam haqq etdik

Oxşar xəbərlər