Türkiyənin tanınmış futbol simalarından olan, "Fənərbağça" klubunun sabiq prezidenti Əziz Yıldırım yol hərəkəti zamanı qarşısına çıxan bələdiyyə nəqliyyat vasitəsinin sürücüsü ilə gərginlik yaşayıb.
İdman.Biz xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə Yıldırım əks istiqamətdən gələn sürücüyə, "bax, geri getməsən, bütün İstanbulu buraya yığaram. Belə tərbiyəsizlik olar", - deyə etiraz edib.
Mübahisə zamanı sürücünün, "burada geri manevr etdim, məcbur qaldım" sözlərinə qarşılıq Yıldırımın reaksiyası sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Hadisə ilə bağlı rəsmi açıqlama verilməyib