top
Ezekiel Morqan: İmişlidə təsadüfi deyilik və bunu sübut edəcəyik Idman.biz
27 avqust 2025, 12:18
- ↺ +

Ezekiel Morqan: "İmişli"də təsadüfi deyilik və bunu sübut edəcəyik

"İmişli"nin futbolçusu Ezekiel Morqanın futbolinfo.az saytına müsahibəsi

– Son matçda çempionluğa iddialı "Neftçi" ilə heç-heçə etdiniz. Bunu gözləyirdiz?

– Düzünü desək, çempionatın əsas favoritlərindən biri olan "Neftçi"yə qarşı oyunun gərgin keçəcəyini bilirdik. Bu səbəbdən oyuna ciddi və məqsədyönlü şəkildə hazırlaşmışdıq. Bu oyun həm əzmkarlığımızın, həm də özümüzə olan inamın göstəricisi oldu. Qarşıdakı matçlar üçün bizə əlavə güvən və motivasiya qazandırdı.

– Ümumiyyətlə, "İmişli" Premyer Liqaya – gözlənilənlərin əksinə – yaxşı mübarizə ilə başlayıb. Komandanın əsas motivasiyası nədir?

– Premyer Liqaya kifayət qədər döyüşkən və özünəinamlı bir start verdik. Əsas motivasiyamız isə "İmişli"ni təmsil etməyin verdiyi qürurdan qaynaqlanır. Biz burada təsadüfi deyilik və bunu sübut etmək istəyirik. Yeni formalaşmış komanda olaraq bizə qarşı müəyyən şübhələrin olması normaldır, amma bu şübhələr əksinə, bizi daha da gücləndirir. Məqsədimiz yalnız liqada qalmaq deyil, həm də layiqli mövqe uğrunda mübarizə aparmaqdır.

– Liqada konkret olaraq qarşınıza hansısa hədəf qoyulub, yoxsa sadəcə burada qalmaq barədə düşünürsünüz?

– Mənim məqsədim sadəcə liqada qalmaq deyil, daha böyük hədəflərim var. Bu mövsüm məqsədim həm qol vurmaq, həm də məhsuldar ötürmələrlə komandama liqada möhkəmlənməkdə kömək etməkdir.

– Növbəti turda daha bir iddialı komanda "Sabah"la qarşılaşacaqsız. Bu rəqibdən də xal almaq mümkün olacaq?

– "Sabah"la qarşılaşmanın asan olmayacağını bilirik. Rəqib güclü və təcrübəli komandadır. Amma biz meydanda öz potensialımızı göstərmək üçün əlimizdən gələni edəcəyik.

– Azərbaycan çempionatı ilk iki turdan sonra sənə necə təsir bağışladı?

– "İmişli"nin oyunçusu kimi Premyer Liqanın ilk iki turu mənim üçün dəyərli təcrübə oldu. Liqanın 12 komandaya genişlənməsi rəqabəti artırıb və bu dinamikanı meydanda aydın şəkildə hiss etmək olur. Bu səviyyədə oynamaq həm fərdi inkişaf, həm də komanda baxımından önəmli bir fürsətdir.

– "İmişli"nin doğma meydanda oynamaması komandaya təsir edir? Dolu tribunalar önündə daha fərqli şeylər mümkündür?

– Hazırda ev oyunlarımızı İmişlidən kənarda keçirməyimiz, əlbəttə, fərqli bir təcrübədir. Doğma azarkeşlərin qarşısında oynamaq hər bir futbolçu üçün xüsusi motivasiyadır və biz onların dəstəyini hər zaman hiss edirik. Hazırda əlimizdən gələnin ən yaxşısını etməyə çalışırıq.

– Azərbaycan Premyer Liqasında digər komandalar haqqında məlumatların necədir və hansı komanda sizə çox güclü görünür?

– İlk iki turdan sonra Premyer Liqada rəqabətin səviyyəsini açıq şəkildə hiss etmək mümkündür. Liqanın 12 komandaya genişlənməsi həm təcrübəli favoritlərin, həm də bizim kimi iddialı yeni komandaların mübarizəsini bir araya gətirib. Bu balanslı və rəngarəng rəqabət mübarizəni daha maraqlı və dinamik edir.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Qarabağ FK
Bu gün, 14:28

Tovuz toyunda qonaqlar ekranda “Qarabağ” - “Turan Tovuz” matçını izləyib - VİDEO

Futbol
Bu gün, 14:19

Bursaspor futbolçusu Toral Bayramov qeyri-adi avtoqol vurdu

Cüdo
Bu gün, 14:06

Azərbaycan ilk dəfə eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatına ev sahibliyi edəcək

Futbol
Bu gün, 14:00

Rahid Əmirquliyev: “12 xalla kifayət etmirik, liderdən 6 xal geriyik”

Futbol
Bu gün, 13:48

Cenk Sümer: "Hədəfimiz mövsümün sonunda çempion olmaqdır"

Futbol
Bu gün, 13:30

Niko Pas Mourinyoya zəng edərək "Real"a yalnız ehtiyat üzvü kimi qayıtmaq istəmədiyini bildirib

Qarabağ FK
Bu gün, 13:28

“Şəfa”‑“Araz‑Naxçıvan” sonuncu yerdən qurtulmağa çalışacaq, “Zirə”‑“Qəbələ” isə “Qarabağa” yaxınlaşmaq üçün mübarizə aparır? - İDMAN.BİZ‑in İCMALI

Voleybol
Bu gün, 13:08

Mateus Arauxo: "Azərbaycan çempionatı hər il inkişaf edir və daha maraqlı olub"

Gimnastika
Bu gün, 13:06

Azərbaycan gimnastı Tofiq Əliyev tumblinq üzrə dünya çempionatında gümüş medal qazanıb

Futbol
Bu gün, 12:50

İspaniya 2030-cu il Dünya Çempionatının finalı Mərkirdə keçirilərsə turnirdən imtina edəcək

Futbol
Bu gün, 12:48

Latsio Neapolda Çətin Sınaqla, Inter Komo ilə Mübarizədə

Basketbol
Bu gün, 12:35

Sabah basketbol klubu oyunçusu Mayk Ertel ilə müqaviləni bağlamış

Futbol
Bu gün, 12:30

FİFA prezidenti İnfantino yenidən seçilmək üçün Dünya çempionatının formatını dəyişdirmə planlarından vaz keçə bilər

Futbol
Bu gün, 12:28

Fransa Liqa 1-in 10-cu turu: PSJ-nin liderliyi, "Havr"dakı məşqçi krizi və zirvə komandalarının qarşıları

Futbol
Bu gün, 12:08

İraola: Futbolçular yıxılmağı məsləhət edir, hakimlər qaydanı qeydə alır

Futbol
Bu gün, 12:00

Bəxtiyar Musayev: Ayxan Abbasovun gəncləri milliyə dəvət etməsini alqışlayır

Futbol
Bu gün, 11:59

Prezident İlham Əliyev Xankəndi Şəhər Stadionunun yenidənqurulmuş açılışında iştirak edib

Voleybol
Bu gün, 11:48

Misirli voleybolçu Mariam Metvalli: Azərbaycanlılarla oxşarlıq var, burada evim kimi hiss edirəm

Futbol
Bu gün, 11:30

PSJ‑nin 12 nailiyyəti və 7 komanda rekordu Guinness Rekordlar Kitabına daxil edildi

Basketbol
Bu gün, 11:02

NTD basketbol klubu Hüseyn Məmmədovu mövsüm sonuna qədər müqavilə ilə transfer etdi

Qarabağ FK
Bu gün, 11:00

Musa Qurbanlı "Qarabağ"ın son 4 oyundakı xal itkisi: "Bu, daha çox məşqçilərimizin təhlil etməli olduğu məsələdir"

Cüdo
Bu gün, 10:48

Marneulidə azərbaycanlı yeniyetmə idmançılar Zəfər Gününə həsr olunmuş qarışıq döyüş növləri turnirinə hazırlaşırlar

Gimnastika
Bu gün, 10:38

Selcan Mahsudova dünya çempionatında fərdi proqramın finalına vəsiqə qazanıb

Futbol
Bu gün, 10:30

DAZN-da Qadınlar Super Liqası iki oyunu canlı yayımlanacaq

Oxşar xəbərlər