"Eyupspor" "Mançester Yunayted"in müdafiəçisi Tayrel Malasiyanı icarəyə götürməyi planlaşdırır. Sport24.az xəbər verir ki, bu barədə jurnalist Aleks Kruk sosial şəbəkə hesabında məlumat yayıb.
Mənbənin sözlərinə görə, hər iki klub Türkiyədə transfer pəncərəsi bağlanana qədər (12 sentyabr) transferi başa çatdırmaq istəyir. Lakin 26 yaşlı niderlandlı özü Türkiyəyə köçmək istəmir. Eyni zamanda, Malasiya "Mançester Yunayted"in baş məşqçisi Ruben Amorimin 2025/26 mövsümü üçün planlarına daxil edilməyib.
Qeyd edək ki, Malasiya 2025-ci ilin fevralından PSV-də icarə əsasında çıxış edir. Müdafiəçinin İngiltərə klubu ilə müqaviləsi 2026-cı ilin yayında başa çatır. "Transfermarkt" portalı oyunçunun transfer dəyərini 8 milyon avro qiymətləndirir