top
Əvəzedici komandaya göndərilən legioner: “Cavadovla danışmışam və…” İdman.biz
21 noyabr 2024, 14:16
- ↺ +

Əvəzedici komandaya göndərilən legioner: “Cavadovla danışmışam və…”

"Sumqayıt" Premyer Liqada 13 turdan sonra 13 xalla 7-ci sırada qərarlaşıb.

İdman.biz xəbər verir ki, "kimyaçılar"ın legioneri Kristian Velinovski "FutbolPress"ə açıqlamasında nəticələri dəyərləndirib: "Komandanın yaxşı oynadığını düşünürəm. Düzdür, turnir cədvəlində bir az aşağıdayıq, amma yuxarılara qalxmaq potensialımız var və bunun olacağına inanıram. Yeni baş məşqçi gəlib və böyük dəyişiklik olmasa da, komandada canlanma var".

Ötən il Azərbaycan Kubokunda "Lerik"lə matçda ayağı sınan və uzunmüddət yaşıl meydanlardan uzaq qalan cinah oyunçusu indi "Sumqayıt"ın əvəzedici komandası ilə oyuna çıxır. Futbolçu "dubllar"la oynamasını belə izah edib: "Mənim işim futbol oynamaqdır. Əvəzedici komandada fiziki gücümü bərpa etməyə çalışıram. Düşünürəm ki, burdakı matçların mənə faydası olub".

Velinovski komandanın çalışdırıcısı Vaqif Cavadovla klubdakı taleyi haqda danışdığını bildirib: "Oynamaq istəyirəm və bununçün çalışıram. Cavadovla danışmışam və indi detalları söyləmək istəmirəm. Gələcəkdə necə olacağını görəcəyik".

Velinovski bu mövsüm Premyer Liqada 2 oyunda şans qazanıb.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 05:13

Nigeriyanın 17‑yaş qızlar futbol komandası ilk dəfə dünya çempionu oldu

Futbol
Bu gün, 04:12

Tenerife klubunun ölən futbolçusunun biryaşlı qızına 18 yaşına qədər maddi dəstək

Futbol
Bu gün, 03:02

Tottenham hakim səhvinə görə rəsmi şikayət verəcək

Futbol
Bu gün, 02:20

Real Madrid səfərdə Valencia'yı 3-0 məğlub edib;

Futbol
Bu gün, 02:00

PSJ Ilya Zabarny qolu ilə 1:0 qalib gəldi və liderliyini qorudu

Formula 1
Bu gün, 01:59

Lando Norris Braziliya Qran-prisinin sıralanma turunu birinci yerə tutdu

Güləş
Bu gün, 01:47

Dünya çempionu Sənan Süleymanov evləndi - VİDEO

Qarabağ FK
Bu gün, 01:29

“Qarabağ”dan ayrılan Abbas Hüseynov “Meat Food” mağazasının sahibi oldu

Futbol
Bu gün, 01:11

Rüfət Dadaşovun son dəqiqə qoluyla Dinamo 1-0 qalib gəldi

Güləş
Bu gün, 00:56

Nihad Süleymanlı gümüş medal qazandığını, finalda bir anlıq səhv etdiyini açıqladı

Futbol
Bu gün, 00:40

“Mançester Yunayted” Premyer Liqada aşağı zona sürükləndi

Güləş
Bu gün, 00:33

Neftçi İdman Klubu Zəfər Gününə həsr etdiyi güləş turnirində 60‑dan çox gənc idmançı yarışdı

Qarabağ FK
Bu gün, 00:01

8 Noyabr – Azərbaycanın Zəfər Günü: Şuşa azadiyyəsi və 44 günlük Vətən müharibəsinin qələbəsi

Futbol
Dünən, 23:40

Zirə 2:1 ilə Qəbələ'yi məğlub etdi – Video

Cüdo
Dünən, 23:29

Bakıda 215 cüdoçu yarışdı: ilk günün qalibləri müəyyənləşdi

Futbol
Dünən, 23:24

Transavia 7C oturacaqlarını Ronaldun adı ilə dəyişdirdi, ləğv etmədi

Futbol
Dünən, 23:09

“Atletiko”da Ademola Lukman üçün təlim kampı

Futbol
Dünən, 23:06

Rüfat Abdullazadə ilə Ironi Kiryat‑Smona Hapoel Haifayı 2‑0 məğlub etdi

Digər
Dünən, 22:54

Dünya Atletikası 2026-ci İlin Ədalətli Oyun Mükafatının Finalçılarını Açıqladı

Futbol
Dünən, 22:39

Rüfət Abdullazadə ilə Kiryat Şmona 2:0 Hapoel Hayfaya qalib gəldi

Qarabağ FK
Dünən, 22:32

“Kəpəz” rəhbərliyi Vətən müharibəsi veteranları ilə Zəfər Günündə görüşüb

Futbol
Dünən, 22:29

Harri Keyn Bundesliqada ilk doqquz matçda 8 assistlə rekord qırdı

Futbol
Dünən, 22:06

"Arsenal" 10-cu turda Hallı 1:0 məğlub etdi, 27 xal topladı – tarixində ikinci dəfə

Futbol
Dünən, 21:44

Rəşad Sadıqov: "Qəbələ" üzərindəki 2:1-lik qələbəni taktiki dəyişikliklərlə əldə etdik

Oxşar xəbərlər