top
“Ev”dəki bütün qapıları açan qonaq - TƏHLİL İdman.biz
24 iyul 2024, 10:21
- ↺ +

“Ev”dəki bütün qapıları açan qonaq - TƏHLİL

Çempionlar Liqasının 2024/25 mövsümünə "Linkoln" üzərində səfər qələbəsi ilə başlayan "Qarabağ" uğurlu seriyasını davam etdirib.

İdman.biz xəbər verir ki, Ağdam klubu rəqib meydanında keçirdiyi oyunlardan qolsuz ayrılmır.

Qurban Qurbanovun yetirmələrinin bu seriyası artıq yubiley həddə - 10-a çatıb. "Qarabağ" Azərbaycan futbolu tarixində ardıcıl 10 səfər görüşündə avrokubok qolu vuran yeganə komandadır.

Qurbanovun yetirmələri sonuncu dəfə 2022/23 mövsümündə Konfrans Liqasının pley-offunda rəqib meydanında fərqlənməyib. Təmsilçimiz Belçikada "Gent"i məyus edə bilməyib.

Həmin qarşılaşmadan sonra "Qarabağ" evində qonaq olduğu istənilən rəqibin "qapısını açıb", hətta "sındırıb". 378 gün əvvəl Cəbəllütariqdə başlayan bu seriya elə eyni rəqiblə - "Linkoln"la görüşdə də 10-a çatıb.

Bu müddətdə Çempionlar Liqasında 3, Avropa Liqasında 7 görüşə çıxan Qurbanovun komandası oynadığı bütün ölkələrdə - hətta Almaniya və Portuqaliyada da "qapının açar"ını tapa bilib. Bu, sadəcə məşhur "sim-sim qapını aç" ifadəsi ilə deyil, komandanın baxımlı və gözəl hücum futbolu ilə mümkün olub.

Bu 10 matçdan yalnız ikisində təmsilçimiz 1 qolla kifayətlənib. Digərlərində ən azı 2 dəfə fərqlənən ağdamlılar seriya müddətində 20 səfər topuna sevinib.

Azərbaycan çempionu artıq 11-ci səfəri düşünə bilər. Bu, "Lüdoqorets"lə Minsk "Dinamo"su arasında cütün güclüsünə qarşı olacaq. Böyük ehtimalla "Qarabağ" Bolqarıstan "qapıları"nı açmağa gedəcək. Məşqçilər korpusunda bolqarıstanlı çalışdırıcılar olan çempionumuz üçün "Lüdoqorets" də, "Dinamo"da münasib rəqib sayılır.

Konfrans Liqası
23.02.2023. "Gent" (Belçika) – 0:1
Çempionlar Liqası
11.07.2023. "Linkoln" (Cəbəllütariq) – 2:1
26.07.2023. "Rakuv" (Polşa) - 2:3
Avropa Liqası
17.08.2023. HİK (Finlandiya) - 2:1
24.08.2023. "Olimpiya" (Sloveniya) - 2:0
05.10.2023. "Hakken" (İsveç) – 1:0
26.10.2023. "Bayer" (Almaniya) – 1:5
30.11.2023. "Molde" (Norveç) – 2:2
15.02.2024. "Braqa" (Portuqaliya) – 4:2
14.03.2024. "Bayer" (Almaniya) – 2:3
Çempionlar Liqası
23.07.2024. "Linkoln" (Cəbəllütariq) – 2:0

Vüqar Xeyrullayev
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 10:55

Röyal Nəcəfov “Xankəndi” komandasının baş məşqçisi təyin olundu

Voleybol
Bu gün, 10:43

Azərbaycanın qızlar voleybol milli komandası Gökhan Edmana təyin edildi

Futbol
Bu gün, 08:19

Harry Kane’in Qızıl Topu qazanma ehtimalı 58% ilə artıb

Futbol
Bu gün, 07:34

Jezuş, Ronaldonun oyun vaxtına dair razılaşmanı pozdu

Futbol
Bu gün, 05:18

Totti 2006-cı il Dünya Çempionatındakı rolunu və karyerasına təsirini izah etdi

Futbol
Bu gün, 02:15

Fransa millisinin baş məşqçisi Zidan, Olisenin qələbə qolunu “qol vuracağını düşündüm” deyə açıqladı

Futbol
Bu gün, 01:52

Mançini Türkiyəyə qarşı 4:1 qələbəni və Fransa ilə görüşü şərh etdi

Qarabağ FK
Dünən, 23:55

Marko Yankoviçin çıxış etdiyi Monteneqro millisi Ermənistanı 3:2 məğlub etdi

Futbol
Dünən, 23:25

Etan Mbappeni UEFA Çempionlar Liqasında 3 oyunla diskvalifikasiya etdi

Voleybol
Dünən, 22:56

Asiyat Abuyevanın Murov Az Terminal klubuna transferi

Futbol
Dünən, 22:37

PSJ, Alexandro Balde'yi kirayə götürüb, sonradan almayı planlayır

Futbol
Dünən, 22:23

Vinçenso Montella İtaliya qarşısında topa daha çox nəzarət etməyi planlaşdırır

Futbol
Dünən, 18:13

Mirbağır İsayev: “Litva ilə oyunumuz qələbəyə layiq idi”

Basketbol
Dünən, 17:40

“Sumqayıt” basketbol komandası Hüseyn Əsgərli ilə bir illik müqavilə imzaladı

Futbol
Dünən, 16:15

Azərbaycan U-17 qızlar futbol komandası Avropa çempionatının seçmə mərhələsində 0:16 ilə məğlub oldu

Futbol
Dünən, 15:13

Səhhaf qapıçı Fərhad Vəliyev Litva ilə 1-1 nəticəsini şərh etdi

Futbol
Dünən, 12:27

Qəbələ futbol komandasında iki yeni məşqçi və analitik təyin edildi

Futbol
Dünən, 11:18

“Manchester United” Niko Uilyamsı 95 milyon avro üçün almağa hazırdır

Futbol
Dünən, 11:10

Yurgen Klopp Almaniya millisinin tarixində ən pis startı qeyd etdi;

Futbol
Dünən, 10:04

“Qəbələ”nin baş məşqçisi Yeton Bekirinin gənc futbolçulara şans vermək məqsədi

Futbol
Dünən, 09:49

UEFA, Aliyar Ağayevə Gürcüstan‑Ukrayna oyununu idarə etmək üçün təyinat verdi

Futbol
Dünən, 08:45

UEFA Millətlər Liqası 2026/27 ikinci turunun oyun afişası

Futbol
Dünən, 05:36

Barselonanın gənc futbolçusu Cessi Bisivu Belçika U-21 və Qana millisi arasında seçim etməlidir

Futbol
Dünən, 03:44

Məhəmməd Salahın Misir milli komandadan çıxması ölkədə mübahisələrə səbəb oldu

Oxşar xəbərlər