Estoniya milli komandası UEFA Millətlər Liqası qrup mərhələsinin 5-ci turu çərçivəsində sabah Qəbələdə Azərbaycanın qonağı olacaq. Sport24.az xəbər verir ki, Estoniya millisinin müdafiəçisi Maksim Paskoçi matçdan öncə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Oyundan gözləntiləriniz nədir?
- Bura qələbə qazanmaq üçün gəlmişik. Komanda olaraq oyuna hazırıq. Ümid edirəm ki, sabah istədiyimiz nəticəni əldə edəcəyik.
- Qələbədə oynamağın futbolçulara hansısa təsiri olacaq?
- Bizə lazım olan sadəcə futbol meydançası və topdur. Bunun bizə təsir edəcəyini düşünmürəm.
- Azərbaycan millisindən hansısa oyunçunu tanıyırsız?
- Mən üzərimə düşəni etmişəm, rəqibin hücumçularını təhlil etmişəm. Bundan daha önəmli olan komanda olaraq düzgün müdafiə olunmağımızdır.