Azərbaycan milli komandası üçün Millətlər Liqasının 5-ci turunda Estoniya yığmasına qarşı keçirəcəyi oyun həlledici ola bilər.
İdman.biz xəbər verir ki, Fernandu Santuşun rəhbərlik etdiyi kollektiv məğlub olarsa, komandamız D Divizionuna yuvarlanacaq.
Hazırda yığmamız C Divizionunda sonuncu pillədəki komandalar arasında ən pis göstəriciyə malikdir.
AFFA isə millimizin oyunçularına qələbə sayəsində, əsas heyət üzvünə 10 min manat bonus verəcək.
Azərbaycan - Estoniya oyunu sabah Qəbələ şəhər stadionunda keçiriləcək və görüşə saat 18:00-da start veriləcək (Sportal.az).
İdman.biz