19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində ikinci oyununu keçirib.
İdman.biz xəbər verir ki, B Liqasının 5-ci qrupunda yer alan yığmamız Estoniya ilə qarşılaşıb.
İlk turda İsveçrədən 8 cavabsız qol buraxan millimiz bu dəfə də meydandan xalsız ayrılıb. Həbib Ağayevin yetirmələri bu matçda da darmadağına üzülüblər – 0:3.
Qeyd edək ki, qrupun digər görüşündə Kipr və İsveçrə qarşılaşıb. Sonuncular 3:0 hesabı ilə qalib gəliblər.
Avropa çempionatının seçmə mərhələsi
B liqası, 5-ci qrup
II tur, 29 noyabr
13:00. Estoniya (U-19) - Azərbaycan (U-19) – 3:0
Baş hakim: Ifeoma Kulmala (Finlandiya)
Qollar: Annamari Tamm, 11, Anjelika Yotkina, 63, Eqle-Elis Kurq
"Kouklia Community" stadionu
1 | İsveçrə | 2 | 2 | 0 | 0 | 11-0 | 6 |
2 | Estoniya | 2 | 2 | 0 | 0 | 6-0 | 6 |
3 | Kipr | 2 | 0 | 0 | 2 | 0-6 | 0 |
4 | Azərbaycan | 2 | 0 | 0 | 2 | 0-11 | 0 |
İdman.biz