Fransanın PSJ klubunun mərakeşli futbolçusu Əşrəf Hakimi UEFA Çempionlar Liqasında həmyerlilərinin uğurunu təkrarlayıb.
"Report"un məlumatına görə, 27 yaşlı cinah müdafiəçisi buna "Monako"ya qalib gəldikləri pley-off mərhələsinin ilk oyununda fərqlənməklə nail olub.
Oyunçu qitənin bir nömrəli klub turnirində qollarının sayını 10-a çatdırıb.
Onun həmyerliləri Yussef En-Nesiri və Hakim Ziyeş də eyni sayda fərqləniblər.
Qeyd edək ki, PSJ səfərdə "Monako"nu 3:2 hesabı ilə üstələyib.