top
Ervin Koffi: Biz qol vuranda onun reaksiyasını görmək çox maraqlıdır Sport24.az
25 mart 2025, 11:40
- ↺ +

Ervin Koffi: "Biz qol vuranda onun reaksiyasını görmək çox maraqlıdır"

"Neftçi" mənim üçün böyük klub və böyük komandadır". Sport24.az xəbər verir ki, bunu "Neftçi"nin müdafiəçisi Ervin Koffi klubun televiziyasına müsahibəsində deyib.

 

O, "Neftçi"yə gəlişindən və komandadakı atmosferdən danışıb: "Azarkeşlərin hər oyunumuzu necə izlədiyini görürsünüz. Buna görə çox məmnunam. "Neftçi"nin dünyada böyük bir klub olduğunu bilirdim, buna görə də, məni transfer etmək istədiklərini öyrənəndə dərhal "bəli" dedim. Bizim çox yaxşı azərbaycanlı futbolçularımız da var. Əvvəllər onların bu qədər yaxşı olduğunu bilmirdim. Üstəlik, təlim-məşq mərkəzi yenilənib və hər şey möhtəşəmdir".

 

Fransalı legioner baş məşqçiləri Samir Abasovun işinə də qiymət verib: "Əla baş məşqçimiz var. Bilirəm ki, Samir Abasov bir neçə il əvvəl "Neftçi" ilə çempionluq qazanıb. Komandaya qoşulduğu gündən dərhal öz futbol fəlsəfəsini tətbiq etməyə başladı. Biz topa sahib olmaq və topu saxlamaq üzərində çoxlu məşqlər edirik. O, komandaya qoşulandan sonra daha yaxşı nəticələr əldə etməyə başladıq. Buna görə də, hamımız xoşbəxtik və addım-addım inkişaf edirik. Çünki hər gün onunla məşq edirik. O, futbolla yaşayan bir insandır. Biz qol vuranda onun reaksiyasını görmək çox maraqlıdır".

 

Misli Premyer Liqasının 22-ci turunda "Neftçi"nin "Zirə" üzərində qazandığı 2:1 hesablı qələbə matçında 90+3-cü dəqiqədə qol vuran futbolçu möhtəşəm hislər yaşadığını bildirib: "Zirə" üzərində səfər qələbəsi qazanmaq və son dəqiqədə qol vurmaq çox fantastik idi. Hər oyunda belə bir qol vura bilsəm, bunu mütləq edərdim. Hamımız birlikdə atılıb-düşürdük. Sonra paltardəyişmə otağına qayıtdıq. Hər şey çox möhtəşəm idi. Motivasiyamız yüksəkdir, yalan deməyəcəm, məqsədimiz Azərbaycan kubokunda finala çıxmaq və qalib olmaqdır. Hədəfimiz kubokdur və bizi qarşıda "Sabah"la iki matç gözləyir. Buna görə də meydanda əlimizdən gələni etməliyik. Çünki bu bizim məqsədimizdir".

 

Ervin Koffi "Neftçi" azarkeşlərindən də danışıb: "Açığı, bəzən beynimdə deyirəm ki, onlar çılğındırlar. Məsələn, "Kəpəz"lə oynayanda qar yağırdı. Ancaq onların yarısı köynəksiz idi. Onlar əsl azarkeşdirlər. "Neftçi"ni, həmçinin futbolçuları çox sevirlər, biz də onları sevirik. Həm məğlub olanda, həm də qalib gələndə onların bizim üçün hər şeylərini verdiyini görmək məni sevindirir. Azarkeşlərimiz hər zaman bizimlədir və bu məni çox xoşbəxt edir".

 

Qeyd edək ki, Azərbaycan kubokunda finalçılar aprelin 23-də bəlli olacaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Gimnastika
Bu gün, 20:41

Tofiq Əliyev: Dünya çempionatının təyin mərhələsində liderlik etdik, ardıcıllıqla üçüncü dünya çempionluğu hədəfimizdir

Futbol
Bu gün, 20:29

Qəbələ-2 3-7 məğlubiyyətə düşdü

Futbol
Bu gün, 20:23

Tenerifeli hücumçu İesus de Migele ölümündən sonra vəziyyəti ilə bağlı açıqlama verən qapıçı İesus Ovono

Qarabağ FK
Bu gün, 20:01

İsveçin Höteborq şəhərində Zəfər Gününə həsr olunan şahmat turnirinin qalibləri açıqlanıb - FOTO

Digər
Bu gün, 20:00

Nazir: Azərbaycan qlobal idman yarışlarına ev sahibliyi edərək dünya idman mərkəzi kimi tanındı

Digər
Bu gün, 20:00

Fənərbaxçanın əvvəlki prezidenti Səddəddin Sarana bəraət verilib

Futbol
Bu gün, 19:38

"Şamaxı"nın futbolçusu Abdul Raşid Mumini Benin millisinə çağırılıb;

Futbol
Bu gün, 19:34

Kolumbiyalı qapıçı David Ospina 38 yaşında karyerasını başa vurdu

Futbol
Bu gün, 19:30

Manchester United'ın yarımmüdafiəçisi Kobbi Meynu PSJ-nin hədəfində

Digər
Bu gün, 19:20

New York marafonunda gənc qız finişə bir neçə kilometr qalmış öldü

Futbol
Bu gün, 19:10

“Mingəçevir” futbolçusu Həsrət Mürsəlov: “Maaş almırıq, pulsuz oynamaq istəmirik” - İDMAN.BİZ-ə açıqlama

Digər
Bu gün, 19:09

Azərbaycan yığma komandasının baş məşqçisi Orxan Mustafayev: Yanğın və xilasetmə idmanı üzrə dünya çempionatı idmançılarımız üçün böyük təcrübədir;

Futbol
Bu gün, 19:00

İtalyaın "Milan" klubunun gənc hücumçusu Franchesko Kamarda üçün "Montsa" və "Piza" klubboarı təklif göndərib

Minifutbol
Bu gün, 19:00

Lənkəranda Çexiya yığmasını qəbul edən futzal millimizin məşqçisi: "Tribunadan böyük dəstək alacağımızdan ümidlili"

Futbol
Bu gün, 18:53

"Lion" klubunun baş məşqçisi Paulo Fonseka ilə yollarını ayırdı

Futbol
Bu gün, 18:52

Xarici ekspertlər “Sabah” və “Vikinq” arasındakı çempionlar liqası mübarizəsi üçün proqnozlar veriblər

Futbol
Bu gün, 18:37

Cey-Cey Qabriel “Real Madrid”ə keçidə yaxındır: Gənc hücumçu “Mançester Yunayted”in bütün səylərinə baxmayaraq, La Liqa klubunu seçdi

Tennis
Bu gün, 18:30

İspan çempion Rafael Nadal Realın Direktorlar Şurasına təyin ediləcək

Futbol
Bu gün, 18:24

PSJ 8 dəqiqədə 4 qol vurar, Çempionlar Liqasında tarix yazdı

Futbol
Bu gün, 18:23

Yunay Emeri: "Barselona"ya 0:3 hesabı ilə məğlubiyyətimizi şərh etdi: "Hesab 0:2 olanda belə ümidimi itirməmişdim"

Futbol
Bu gün, 18:09

"Sabah"ın prezidenti Maqsud Adıgözəlov Çempionlar Liqası gəlirlərinin investisiya fonduna yönləndirilməsini açıqladı

Qarabağ FK
Bu gün, 18:05

U-19 "Qarabağ" "Dinamo"ya (Zaqreb) cavab oyununda 0:7 hesabı ilə uduzdu

Futbol
Bu gün, 18:00

Sabah'ın prezidenti: 'Çempionlar Liqasına vəsiqə qazanılsa da strateji dəyişmədik'

Minifutbol
Bu gün, 17:54

Vitali Borisov: Yerli futzalçılar üçün zamana ehtiyac var

Oxşar xəbərlər