top
Ertem Şenerin İTV-yə müraciəti ilə bağlı yayılan xəbərlər yalandır - AÇIQLAMA Idman.biz
01 dekabr 2025, 12:55
- ↺ +

Ertem Şenerin İTV-yə müraciəti ilə bağlı yayılan xəbərlər yalandır - AÇIQLAMA

"Türkiyənin məşhur idman şərhçisi Ertem Şenerin "Qarabağ"ın oyununu şərh etməsi ilə bağlı İctimai Televiziyaya (İTV) hər hansı müraciət olunması barədə məlumatlar həqiqəti əks etdirmir".

İdman.Biz xəbər verir ki, bu sözlər SPORT TV kanalının tanınmış şərhçinin Azərbaycana səfəri ilə bağlı açıqlamasında yer alıb.

Kanalın açıqlamasında bildirilib ki, son günlər Türkiyənin məşhur idman şərhçisi Ertem Şenerin Azərbaycana səfəri ilə bağlı mətbuatda əsassız məlumatlar yayılıb.

"Qardaş ölkədə böyük nüfuza malik olan Ertem Şener bizim futbol azarkeşləri tərəfindən də xüsusi rəğbətlə qarşılanır. Onun həm şərhləri, həm də son dövrlərdə "Qarabağ" və Azərbaycanla bağlı müzakirələrdə göstərdiyi səmimi yanaşma və duyğusallıq azarkeşlərimizin diqqətini cəlb edir.

Ertem Şenerin Azərbaycanda geniş izləyici kütləsinə malik olması nəzərə alınaraq, SPORT TV kanalı "Qarabağ"- "Çelsi" oyunu ərəfəsində onu Bakıya dəvət edib. Səfər çərçivəsində o, CBC Sport-un təşəbbüsü ilə "Qarabağ"ın oyununda şərhçi kimi də çıxış edib.

Ertem Şenerə olan böyük maraq və səfərlə bağlı müsbət reaksiyalar fonunda SPORT TV onunla razılıq əldə edərək Avrokubok oyunlarını mövsümün sonuna qədər mütəmadi olaraq onun şərhi ilə təqdim etməyi planlaşdırır. Yəni, bu, tamamilə SPORT TV-nin biznes və yaradıcı layihəsidir.

Gələk Ertem Şenerin İTV-yə müraciət məsələsinə. Belə bir müraciət olmadığı üçün İTV tərəfindən guya mənfi cavab verilməsi ilə bağlı yayılan xəbərlər də tamamilə yanlışdır. Bu mövzuda nə SPORT TV, nə də Ertem Şener tərəfindən İTV-yə müraciət olunmayıb. Bir müddət əvvəldən şərhçinin məhz hansı oyunları televiziyamızda şərh edəcəyi ilə bağlı məlumatlar paylaşılırdı.

Bəzi sosial şəbəkə səhifələrinin heç bir lüzum olmadığı halda belə bir ajotaj yaratamağa cəhd etməsi və İTV-nin adını hallanması təəssüf doğrurur.

Bir daha bildiririk ki, Ertem Şener mövsümün sonunadək Avrokubok qarşılaşmalarını TVNET platformasına aid olan SPORT TV kanalında şərh edəcək", - deyə açıqlamada qeyd edilib.

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 04:15

Napoli 20 milyon avroluq müdafiəçi üçün marağını yenidən qaldırdı

Futbol
Bu gün, 03:07

Bakı U-15 Dünya Çempionatında 13 min porsiya yemək və 950 oyun: FIFA rekord pərdəarxasını açıqladı

Digər
Bu gün, 02:33

“Liverpul” və “Mançester Siti” penaltilərlə qalib gəldi, “Bornmut”, “Kristal Palas” və “Sanderlend” 1/4 finala vəsiqə qazandılar - VİDEO

Digər
Bu gün, 02:27

İngiltərə Liqa Kuboku: "Liverpul" 1/8 finalda "Çelsi"ni məğlub edib;

Futbol
Bu gün, 01:59

Bavariya və Bayer Almaniya Kubokunda Qələbə Qazanır

Digər
Bu gün, 01:28

Qonsalu Ramuş PSJ-dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Digər
Bu gün, 01:09

“Milan”ın məğlubiyyətindən sonra A Seriyasında yalnız üç yenilməz komanda qaldı

Qarabağ FK
Bu gün, 00:51

Rəşad Sadiqov: “Təhsil və sıx oyun proqramı futbolçularımızı yorur, bəzi hallarda dərsdən dərhal sonra məşqə gəlirlər”

Digər
Bu gün, 00:41

“Espanyol”un yeni baş məşqçisi müəyyənləşdi

Qarabağ FK
Bu gün, 00:23

“Qarabağ” Zaqreb “Dinamo”sunun futbolçuları üçün ziyafət təşkil etdi

Gimnastika
Bu gün, 00:09

Bakıda akrobatika və aerobika gimnastikası üzrə ölkə çempionatları başa çatdı

Futbol
Dünən, 23:47

Manchester Uniteddə ciddi itki – Benjamin Şeşkonun uzun müddətə geri qayıtmaması

Futbol
Dünən, 23:32

A Seriyası: Bologna Milanı 4:2 məğlub etdi, Inter Venezia’yı 2:0 avtoqollarla qazandı

Digər
Dünən, 23:19

FIFA dünya çempionatından rekord gəlir əldə edib - 3,8 milyard funt sterlinq

Digər
Dünən, 23:05

“Barselona”nın sabiq futbolçusu etiraf etdi: “Depressiyaya düşmüşdüm”

Digər
Dünən, 22:31

Roy Kin “Mançester Yunayted”ə Sulşerin köməkçisi kimi qayıda bilərmiş

Digər
Dünən, 22:25

“Bu futbolçulara inanmaq lazımdır” - Famil Xəlilov

Futbol
Dünən, 22:16

PSJ, Bayer Leverkusen futbolçusu İbrahim Mazanı transfer etmək istəyir

Futbol
Dünən, 22:14

Azər Məmmədov: Gəncə azarkeşləri və gənc futbolçularla Baku Sportinq qarşısında qalib gəldik

Digər
Dünən, 21:56

Azərbaycan karateçiləri dünya kubokunda bir gümüş və iki bürünc medal qazanıb

Futbol
Dünən, 21:47

Harri Keynin həyat yoldaşı, 2026 Qızıl Top qazanmasını təbrik etdi

Digər
Dünən, 21:34

Bəxtiyar Soltanov: "Bu oyun gələcəkdə bizə çox şey verəcək"

Digər
Dünən, 21:26

Azər Məmmədov: “Daha çox gənc futbolçuya şans vermək istəyirdik”

Digər
Dünən, 21:01

FIFA nümayəndələri Bakıda fiziki tərbiyə müəllimləri üçün seminar keçiriblər - FOTO

Oxşar xəbərlər