Futbol üzrə Ermənistan millisi baş məşqçisi Aleksandr Petrakov ilə yollarını ayırıb. Sport24.az xəbər verir ki, bu barədə Ermənistan Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, komanda ötən gün evdə UEFA Millətlər Liqası matçında Şimali Makedoniyaya uduzub - 0:2. Petrakov 2023-cü ilin yanvarından millidə çalışır. Ermənistan C Liqasının 4-cü qrupunda 4 xalla ikinci pillədə qərarlaşıb.