İngiltərənin "Mançester Siti" klubunun və Norveç millisinin hücumçusu Erlinq Holann Osloda yerləşdikləri otelin yaxınlığında zədələnib.
"Report" "Goal"a istinadən xəbər verir ki, yığma üzvləri avtobusdan çıxıb otelə doğru gedərkən, qəfil açılan qapı hücumçunun üzünə çırpılıb.
E.Holann sosial şəbəkələrdə şəklini paylaşaraq "üç tikiş" yazıb. O, daha sonra paylaşımını silib.
Qeyd edək ki, Norveç millisi DÇ-2026-nın seçmə mərhələsində sentyabrın 9-da evdə Moldova millisi ilə qarşılaşacaq.
DÇ-2026 Norveç millisi Erlinq Holann dünya çempionatı