Erlinq Holann Norveç millisinin Yeni Zelandiya ilə keçirəcəyi yoldaşlıq matçında iştirak etməyəcək.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, hücumçu xüsusilə sıx oyun qrafiki ilə əlaqədar yığmada istirahət verilən futbolçular sırasında yer alıb.
"Mançester Siti"nin futbolçusu oktyabrın 11-də DÇ-2026-nın seçmə mərhələsində İsrail millisinə qarşı matçda (5:0) het-trikə imza atmışdı.
Qeyd edək ki, Norveç və Yeni Zelandiya komandaları arasında matç oktyabrın 14-də Osloda keçiriləcək.