"Mançester Siti"nin hücumçusu Erlinq Holand UEFA Çempionlar Liqasında vurduğu qolların sayını 62-yə çatdırıb.
İdman.Biz xəbər verir ki, norveçli futbolçu Liqa mərhələsinin dördüncü turunda Almaniyanın "RB Leypsiq" klubuna qarşı səfər matçının 78-ci dəqiqəsində fərqlənib. Onun qolu İngiltərə təmsilçisinə 3:2 hesablı qələbə qazandırıb.
Holand bu göstəriciyə Çempionlar Liqasında keçirdiyi 61 oyunda nail olub. O, turnirin tarixində ən çox qol vuran futbolçular siyahısında yeddinci pillədə qərarlaşıb.
Norveçli hücumçunun növbəti hədəfi 71 qolla siyahıda ondan öndə olan Raulun göstəricisidir.
Holand Çempionlar Liqasının cari mövsümündə dörd oyuna beş qol vurub.
Qeyd edək ki, "Mançester Siti" dörd turdan sonra doqquz xalla turnir cədvəlində yeddinci yeri tutur. İngiltərə klubu növbəti matçını noyabrın 24-də öz meydanında "Napoli"yə qarşı keçirəcək.