Norveç millisinin hücumçusu Erlinq Haaland 2026-ci il dünya çempionatının Avropa seçmə qrup mərhələsinin 6-cı turunun Moldova millisi ilə qarşılaşmasında (11:1) penta-trik edərək adını tarixə yazıb.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, o, bu əsrdə dünya çempionatının seçmə mərhələsində beş qol vuran ilk oyunçu olub.
FİFA-nın mətbuat xidmətinin məlumatına görə, bu, həm də 1977-ci ildən bəri belə qarşılaşmalarda ilk beş qollu pentatlondur. 48 il əvvəl Avstriya-Malta oyununda Hans Krankl 5 qol vurub.
Bu oyundan sonra I qrupunun turnir cədvəlinə 15 xalla Norveç başçılıq edir. Norveç oktyabrın 11-də növbəti seçmə oyununda İsraili qəbul edəcək.