"Mançester Siti"nin norveçli hücumçusu Erlinq Haaland avtomobilini millinin avtobusuna çırparaq qəza keçirib.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, sentyabrın 4-də Norveçin Finlandiya ilə yoldaşlıq görüşündə 1:0 hesabı ilə qalib gəldiyi oyunda yeganə qolu vuran Haalandın qəzadan sonra çənəsinə tikiş qoyulub.
Haaland sosial media paylaşımında üç tikişi göstərib. Bu şəklini görənlər onu tanıya bilməyiblər.