"Sabah" baş məşqçisi Krunoslav Renduliçlə yollarını ayırıb. Xorvat mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. 51 yaşlı məşqçi 2024-cü ilin martından "bayquşlar"a rəhbərlik edirdi.
Meneceri Erkin İbrahimov Sport24.az-a açıqlamasında "Sabah"ın yeni baş məşqçisinin yerli və ya xarici olmasından danışıb:
"Krunoslav Renduliçin istefası gözlənilirdi. "Sabah"da nələrsə düz getmirdi. Uzun müddətli uğursuzluq seriyası var idi. Klub rəhbərliyi daha düzünü bilir. Yerli və ya xarici baş məşqçi olmasının fərqi yoxdur. Bizim işsiz yerli məşqçilər "Sabah"a yardımçı ola bilər. "Bayquşlar"ın ən uğurlu dövrü xarici baş məşqçi Murad Musayevin rəhbərliyi altında olub. Yəqin ki, rəhbərliyin B planı var. Sadəcə olaraq bu nəticələr "Sabah" üçün gözlənilən deyildi".