Erik ten Haq Niderlandın "Ayaks" klubunda baş məşqçi postuna əsas namizəddir.
"Report" "Goal.com" nəşrinə istinadən xəbər verir ki, 55 yaşlı mütəxəssis Amsterdam təmsilçisində Con Heytinqanı əvəzləyə bilər.
Erik ten Haq hazırda işsizdir. O, son olaraq Almaniyanın "Bayer 04" komandasında qısa müddət çalışıb.
Qeyd edək kİ, niderlandlı mütəxəssis 2017-2022-ci illər aralığında "Ayaks"ın baş məşqçisi olub. Komanda onun rəhbərliyi altında üç dəfə ölkə çempionatında qızıl medallara sahib çıxıb.
Erik ten Haq Ayaks klubu baş məşqçisi əsas namizəd