top
Erik Ramosdan Luis Ortiz transferi ilə bağlı müsahibə: Neftçidə ulduz ola bilər Idman.biz
30 iyun 2025, 15:22
- ↺ +

Erik Ramosdan Luis Ortiz transferi ilə bağlı müsahibə: "Neftçi"də ulduz ola bilər

"Neftçi"nin 5 ilə yaxın formasını geyinmiş Paraqvay millisinin sabiq üzvü Erik Fabian Ramos Sportal.az-a müsahibəsi

- "Neftçi" həmyerlin Luis Ortizlə müqavilə imzaladı. Bu transferi necə şərh edərdin?

- Paraqvaylı futbolçunun "Neftçi"də oynayacağını görmək xoşdur. Buna çox sevinirəm. Ümidvaram ki, hər şey çox yaxşı alınacaq. Ortizlə danışdım. Ona Azərbaycanın ən böyük klubuna getdiyini söylədim.

- Ümumiyyətlə, Paraqvayda bu transfer necə qarşılandı? Ortiz Paraqvay liqasının ulduzudur, yoxsa orta səviyyəli oyunçu sayılır? Onun güclü və zəif tərəfləri hansılardır?

- Sosial şəbəkələrdən gördüyüm qədərilə, Ortizin transferi haqqında çox danışılır. Çünki o, karyerasında irəliləyən, yaxşı turnirlər keçirən oyunçudur. Əvvəlcə "Sol De Amerika" da, sonra "Ameliano"da Luisin çox oyunlarını görmüşəm. Onun oyun tərzini həmişə bəyənmişəm. Bacarıqlı futbolçudur, birəbirdə yaxşıdır. Onun sol ayaqla güclü və dəqiq zərbələri var. Ən zəif tərəfi isə müdafiə planında ola bilər.

- Ortiz "Neftçi"nin yeni ulduzu ola biləcək? Onunla "Neftçi" haqda nə danışdın və hansı məsləhətlərini verdin?

- Düzü, özü ilə çox danışmamışam. Daha çox meneceri Tito Fruto ilə söhbətləşmişik. "Neftçi"nin yeni ulduzu olması üçün hər cür imkana sahibdir. Luis və məşqçiyə, "Neftçi"yə uğurlar arzulayıram. Onlar bu mövsüm çempion olmalıdırlar.

- Səndən sonra "Neftçi"də çıxış edən paraqvaylıların performansını necə dəyərləndirirsən? Səndən daha yaxşı performans göstərə oldu? Digərlərindən fərqli olaraq, "Neftçi"də həm uzun illər oynadın, həm də yaxşı oyununa görə daim diqqət mərkəzində idin....

- Sezar Mezza Kolli də "Neftçi"də yaxşı çıxış etdi. Bu da klub üçün vacib idi. Amma daha çox vacib məsələ Luisin ölkəyə tez bir zamanda adaptasiya olmasıdır. Bu baş verməlidir ki, klub stabil, rəqabətədavamlı olsun. Belədə, nəticələr müsbət ola bilər. Bütün bunlara "Neftçi"də sahib olduğum üçün bəxtim gətirib.

Futbolçunun adaptasiyası çox vacibdir. Azərbaycana gələndə ən böyük şansım o idi ki, komanda Flavinyo və Rodriqinyo kimi oyunçular var idi. Onlar mənim tez bir zamanda uyğunlaşmağıma kömək etdilər. Allah qoysa, Luis də komanda yoldaşlarının köməkliyi ilə adaptasiya dövrünü tez bir zamanda keçəcək.

- "Neftçi"də çıxış edən Ortiz Qustavo Alfaronun diqqətini çəkib Paraqvay millisinə dəvət alması realdır?

- Çox çətindir. Çünki hazırda Paraqvay millisinə çox güclü liqalardan oyunular dəvət edilir. Xulio Ensiso, Dieqo Qoms İngiltərə Premyer Liqasında oynayır. Argentina, Braziliya, İtaliya kimi güclü liqalardan da milliyə oyunçular dəvət olunur.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Dünən, 23:47

Cəlal Hüseynovun komandası Rumıniya Kubokunda 6:0 hesabı ilə qalib gəldi

Futbol
Dünən, 23:38

İtaliya A Seriyasında "Latsio" səfərdə "Sassuolo"nu 6:2 hesabı ilə darmadağın edib

Qarabağ FK
Dünən, 23:25

Qarabağın əvəzedici komandaya göndərilən futbolçu klubdan ayrıldı

Basketbol
Dünən, 23:17

Lazar Spasiç: “Sabah” klubunun beynəlxalq arenada belə görünməsi lazımdır

Futbol
Dünən, 22:59

PSJ "Çelsi"nin 80 milyon avroluq cinah hücumçusu Estevaonu icarəyə götürmək istəyir

Futbol
Dünən, 22:47

Qəbələ 3:0 Qələbəsi: Bekiri 90 dəqiqədə oyuna nəzarət etdik

Futbol
Dünən, 22:44

Çelsi hücumçusu Joao Pedro bir neçə həftə yaralanma səbəbindən meydanlardan kənar qalacaq

Futbol
Dünən, 22:40

Şəfa Baku Arena’da ev oyunlarını yenidən keçirə bilər

Futbol
Dünən, 22:28

Real Madrid Liverpulun yarımmüdafiəçisi Aleksis Mak Allisteri transfer etmək istəyir

Futbol
Dünən, 22:09

Barselona yayda Harri Keyni transfer etmək istəsə də, Bavariya ilə yeni razılaşmaya gedir

Futbol
Dünən, 21:56

Betis İkardi 'La Liga'da Qəbulu Üçün Hərəkətə Keçdi

Futbol
Dünən, 21:49

Fənərbağça İsmail Kartalın təhvilinə dair yeni iddialar

Futbol
Dünən, 21:47

İsmayıl Kartalla ilə Fənərbağça müqavilə bitdi

Futbol
Dünən, 21:38

Flik "Barselona"nın aparıcı futbolçularının Sevilyadan qayıtmaq istəyindən narazıdır

Güləş
Dünən, 21:27

Cəfərov dünya çempionatında finalda 5:8 məğlubiyyətə məruz qaldı

Futbol
Dünən, 21:26

Barselona Xulian Alvares ilə danışıqlara görə 602 avro cərimə alır;

Futbol
Dünən, 21:24

Bavariya baş məşqçisi Vensan Kompaninin sağlamlığı yaxşılaşıb

Basketbol
Dünən, 21:10

Serxio Ramos, Luka Donçiçin 52 xallıq möhtəşəm performansını təqdir etdi - FOTO

Futbol
Dünən, 20:47

London Meri Harri Keynin “Qızıl Top” mükafatını tarixi hadisə adlandırdı

Güləş
Dünən, 20:33

Nihat Məmmədli: Dünya çempionatında gümüş medalla kifayətlənmədim, daha rahat güləşib qalib gələ bilərdim

Futbol
Dünən, 20:07

Pol Skoulz Manchester United üçün ən uyğun baş məşqçi namizədi Antonio Konte olduğunu bildirir

Futbol
Dünən, 19:50

Rəhim Həsənov: Cavid Cəlilovun Penaltı Qərarı Yanlışdır

Futbol
Dünən, 19:45

PSJ: Xviça Kvaratsxeli sağ dizindən uğurla əməliyyat edilib

Cüdo
Dünən, 19:32

Bakıda 20 yaşa qədər cüdoçular arasında şəhər birinciliyi keçirilib

Oxşar xəbərlər