top
Erik Fabian: Abubakar Neftçi üçün ümid ola bilər, Ortizə inam vermək lazımdır Idman.biz
28 oktyabr 2025, 12:37
- +

Erik Fabian: Abubakar "Neftçi" üçün ümid ola bilər, Ortizə inam vermək lazımdır

"Neftçi"nin yeni transferi təqdimata ehtiyacı olmayan futbolçudur".

Bunu "Neftçi"nin sabiq futbolçusu Erik Fabian Ramos sportal.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik:

- "Neftçi"nin bu mövsümkü çıxışını yəqin izləyirsən. Komanda kənardan necə görünür?

- Bəli, "Neftçi"ni hər zaman olduğu kimi yenə də izləyirəm. Mənim üçün doğma klubdur. Turnir cədvəlindəki mövqeyi ürəyimcə deyil, amma mövsüm yeni başlayıb. Görək də, necə olacaq.

- Bəs, Vensan Abubakarın tranferini necə qarşıladın?

- "Neftçi"nin yeni transferi təqdimata ehtiyacı olmayan futbolçudur. Abubakarın zəngin və gözəl karyerası var. Bilirəm ki, debüt görüşündə də artıq qolunu vurub. Abubakar "Neftçi"nin bu durumdan çıxması üçün ümidi ola bilər.

- Həmyerlin olan Ortizin performansını necə dəyərləndirirsən?

- Mənə görə Ortiz start heyətinin futbolçusu olmalıdır. O, çox maraqlı oyunçudur. Ortizə lazım olan inamı verməlisən. Mütləq şəkildə onun səviyyəsi daha yüksəkələcək. Hər oyun epizodunda daha yaxşı bacarığını göstərir.

- "Qəbələ" ilə matçda Abubakara asist etdi. Sanki tez bir zamanda bir-birini yaxşı başa düşməyə başlayıblar...

- Maraqlı bir duet olardı, Ortizlə Abubakar. Bəli, oyunu izləyirdim, Abubakara yaxşı asist etdi. Dediyim kimi, ona inam verməlisən, şans yaratmalısan. Ümid edirəm ki, bu qələbədən sonra "Neftçi" ardıcıl oyunlarda qalib gəlməyə, ilk yerlər uğrunda mübarizə aparmağa başlayacaq. Çünki zamanı da yetişib.

- Emil Mpenza transfer edildi və "Neftçi" çempion oldu. Keysuke Hondanın gəlişi də komandaya çempionluq gətirdi. İndi isə Vensan Abubakar komandaya cəlb edilib. "Neftçi"nin yenidən çempionluğunu gözləmək olar? Sanki tanınmış futbolçuların transferi komandaya çempionluq gətirir. Təsadüfdür, yoxsa tanınmış futbolçuların çempionluqda payı daha çoxdur?

- Mənim üçün bu, sadəcə təsadüfdür. Amma təcrübəli oyunçular gəlib "Neftçi" ilə çempion olurlarsa, çox xoş qarşılanır. A sinifində olan tanınmış futbolçuya sahib olmaq da, çox vacibdir. Üstəlik, komandanın qol vuran oyunçusu varsa, hər şey daha asandır.

- Yəni, "Neftçi"nin Abubakar transferindən sonra daha güclü olacağını düşünürsən....

- Bəli. Bunu ilk oyunda da gördük. "Qəbələ" ilə oyuna sonradan daxil oldu və lazım olanı etdi. Fikrimcə, Abubakar "Neftçi"nin ehtiyacı olduğu forvarddır. Daha da yaxşı olacaq.

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 00:36

"Traktor" Asiya Çempionlar Liqasının Elit mərhələsində 0:1 məğlubiyyətlə başladı

Basketbol
Dünən, 23:54

Erhan Toker: “Matçdan razı qaldıq, amma nəticədən narazıyıq”

Futbol
Dünən, 23:06

Valdas Dambrauskas: Çempionlar Liqasından sonra komandamızın tam köklənməsi çətindir

Futbol
Dünən, 22:05

Azərbaycan U19 qadın milli komandası Moldova ilə 2-2 bərabərlikdə nəticələndi

Güləş
Dünən, 21:38

Azərbaycan çimərlik güləşi millisi Dünya Seriyası finalına hazırlaşır

Basketbol
Dünən, 21:26

LANDAU Lions, Latviya çempionu VEF Rīga qarşısında məğlub oldu

Futbol
Dünən, 19:55

“Neftçi” klubunun Elvin Camalovla müqaviləsi qarşılıqlı razılıqla xitam verildi

Qarabağ FK
Dünən, 19:40

“Qarabağ”ın futbolçusu Marko Yankoviç Monteneqro millisinə dəvət alıb, Ermənistanla oyunlarda çıxış edəcək

Minifutbol
Dünən, 19:28

Araz‑Naxçıvanın Futzal Çempionlar Liqası matçları Polşanın Qlivitse şəhərindəki PreZero Arena’da keçiriləcək

Minifutbol
Dünən, 17:43

Araz‑Naxçıvan futzal klubu transfer siyasətini dəyişir

Qarabağ FK
Dünən, 17:19

“Qarabağ”ın sabiq futbolçusu Yassin Benzia “Turan Tovuz”a keçməyib

Futbol
Dünən, 16:28

“Neftçi” Emil Səfərovla “2+1” illik müqaviləni uzatdı - FOTO

Basketbol
Dünən, 14:31

“Sabah” basketbol klubu Avropa Kubokunun qalibi Tacuan Eyci-ni transfer etdi

Futbol
Dünən, 06:15

Barselona məşqçisi Hans‑Dieter Flick: “İkinci yarıda çətinliklərlə qarşılaşdıq”

Futbol
Dünən, 05:46

“Xetafe”nin müdafiəçisi Mohika Lamin Yamal ilə duellaları tərifləyir

Futbol
Dünən, 05:13

Zidane, Fransa millisi üçün ilk heyət siyahısını açıqlamaq ərəfəsində “Formula‑1” İspaniya Qran‑prisinə qatıldı

Futbol
Dünən, 00:26

“Şəfa” kipi Nicat Mehbalıyev: Millidən dəvət almaq ən böyük arzumdur

Futbol
13 sentyabr 2026, 23:33

Şəfa ilə Sabah arasında keçirilən matçın girişləri pulsuz olacaq

Futbol
13 sentyabr 2026, 23:13

Toral Bayramovun oyununa baxmayaraq Bursaspor qələbəni qaçırdı

Futbol
13 sentyabr 2026, 22:43

La Liqa: Xetafe ilə Deportivo arasında 1:1 nəticə, Obameyanq qollarını vurdu; Barcelona Levante’ni 4:2 məğlub etdi

Futbol
13 sentyabr 2026, 22:20

Renat Dadaşov Bukovina ilə Zorya qarşısında debüt etdi, komanda son dəqiqələrdə məğlubiyyətdən xilas oldu

Futbol
13 sentyabr 2026, 21:29

Premyer Liqa: “Manchester City”dən derbi qələbəsi, “Brayton”dan 5-0 qalibiyyət – yenilənib + video

Qarabağ FK
13 sentyabr 2026, 21:17

Qarabağ və Zira 1:1 hesablı heç‑heçə – Qurban Qurbanov: “Hər iki komanda bir xal qazanmağa layiq idi”

Futbol
13 sentyabr 2026, 18:27

Araz‑Naxçıvan və Turan Tovuz arasında 2:2 hesabı ilə bərabərlik

Oxşar xəbərlər