top
Entoni Elanqa: Qarabağla matçda baş məşqçimiz üçün oynamağa davam edəcəyik, çünki o, bizim üçün çox iş görüb Idman.biz
18 fevral 2026, 14:12
- ↺ +

Entoni Elanqa: "Qarabağ"la matçda baş məşqçimiz üçün oynamağa davam edəcəyik, çünki o, bizim üçün çox iş görüb

"Nyukasl"ın hücumçusu Entoni Elanqa Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində bu gün Bakıda "Qarabağ"a qarşı keçiriləcək ilk oyundan əvvəl İngiltərə klubunun azarkeş amilinə toxunub.

İdman.Biz xəbər verir ki, bu mövsüm "sağsağanlar"ın heyətinə qoşulan isveçli forvard komandanın tərəfdarlarına heyranlığını ifadə edib. Təxminən 2000 azarkeş klubu dəstəkləmək üçün Azərbaycana 5000 millik səyahətə çıxıb.

"Bu, inanılmazdır. Bura gəldiyim ilk gündən bunu deyirəm. "Nyukasl" azarkeşləri dünyada ən yaxşısıdırlar. Onlar bizi görünməmiş şəkildə dəstəkləyirlər. Bunun bir hissəsi olmaq unikaldır. Onların mənim adımı səsləndirməsini eşitmək möhtəşəmdir, hər dəfə tüklərim biz-biz olur. Meydana hər dəfə çıxanda əlimdən gələnin ən yaxşısını etməyə çalışıram", - deyə Elanqa bildirib.

Hücumçu həmçinin kluba keçdikdən sonra baş məşqçi Eddi Haun ona göstərdiyi etimaddan danışıb:

"Hər şeydən əvvəl, biz son matçlarda məşqçimiz üçün oynamışıq. O, bizə böyük inam verdi və hər birimizə kömək etdi. Bilirik ki, ideal deyildik. Çox yaxşı oynadığımız matçlar olub, lakin hər şey sabitlikdən asılıdır. Əgər bunu qoruya bilsək, əminəm ki, nəticələr gələcək. Son iki səfər görüşündə qalib gəlmişik. Hələlik sürət yığırıq. Əgər bu ruhda davam etsək, hər şey yaxşı olacaq. Ona görə də "Qarabağ"la matçlarda da məşqçi üçün oynamağa davam etmək vacibdir, çünki o, bizim üçün çox iş görüb. İndi hər şey bizdən asılıdır. Son oyunlarda etdiklərimizi davam etdirməli və futbolun öz sözünü deməsinə imkan verməliyik.

Hau mənə bütün aspektlərdə kömək etdi. Lakin mən hələ yolun başlanğıcındayam. Can atdığım səviyyəyə çatdığımı deyə bilmərəm. Hazırda futbola, sabitliyə və oyundan-oyuna tərəqqi etməyə köklənmişəm. Səbirli olmağa, işimə sadiq qalmağa və danışdığımız oyunu nümayiş etdirməyə çalışacağam".

Qeyd edək ki, 55 milyon funt-sterlinq dəyəri olan vinger üçün "Nyukasl"dakı karyerasının başlanğıcı asan olmayıb. Klub futbolçunu bir ildən çox idi ki, izləyirdi və "Nottinqem Forest"in heyətində Elanqa özünü Premyer Liqanın stabil oyunçusu kimi sübut etmişdi. İngiltərə çempionatındakı 17 məhsuldar fəaliyyəti "sağsağanlar"ı inandırdı ki, məhz o, hücumun sağ cinahındakı problemi həll edə bilər. Lakin isveçli futbolçu "Sent-Ceyms Park"da hələlik əvvəlki səviyyəsinə çıxa bilməyib.

Buna baxmayaraq, azarkeşlər son həftələrdə onun oyununda irəliləyiş hiss ediblər - xüsusən də Liqa Kubokunda "Mançester Siti"yə vurduğu qoldan sonra.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 13:00

Şəfa kapitanı: 2:2 matçda hakimlərdən 5 xal itirdi, haqsızlıq edilib

Güləş
Bu gün, 12:50

Dünya Güləş Birliyinin Dakar yarışlarında Azərbaycanlı güləşçilər qızıl medal qazanıb

Futbol
Bu gün, 12:30

Şirvan – Marafon qarşılaşması II Liqada

Futbol
Bu gün, 12:30

Kozo Taşima FIFA prezidenti olmaq üçün namizədlik açıb, İnfantinoya rəqib olacaq

Basketbol
Bu gün, 12:15

Polina Şukina Azərbaycan Milli Basketbol Komandasından “Basketball Without Borders” proqramına qatılacaq

Futbol
Bu gün, 12:15

Biləsuvar 7:1 qələbə ilə AFFA Region Liqasının yeni mövsümünü başladı

Futbol
Bu gün, 12:01

Höness Musiala'nın əvvəlki səviyyəsinə qayıtması şübhəlidir

Futbol
Bu gün, 12:00

Sultanov: Müdafiə səhvləri məşqçilərin öhdəliyindədir

Futbol
Bu gün, 11:46

Azərbaycan İkinci Liqasında 10-cu turun 9 noyabrda üç qarşılaşma

Şahmat
Bu gün, 11:31

Vüqar Rəsulov II Beynəlxalq Prezident Kubokunda 60 min dollarlıq mükafat fondu ilə yarışacaq

Voleybol
Bu gün, 11:04

Maritsa Tovuzda Turanla cavab oyunu üçün yollandı

Qarabağ FK
Bu gün, 11:00

XI turun yekunu: Qarabağda sürpriz məğlubiyyət, Neftçi liderlikdə, Sabah və Turan Tovuz bərabərliklə zirvəyə yaxınlaşıb

Futbol
Bu gün, 10:57

Şəhidin anası Qubada Vətən Naminə futbol klubunu təsis etdi

Qarabağ FK
Bu gün, 10:30

Şamaxı 200-dən artıq heç-heçəni qeyd edib – Azərbaycan çempionatının 3‑cü komandası

Futbol
Bu gün, 10:20

Manchester United 73‑illik antirekordu təkrarladı

Futbol
Bu gün, 10:11

Messi'nin Florida həyat tərzi: Fort Lauderdale'də 10,75M dollarlıq villa və ailə həyatı

Futbol
Bu gün, 10:06

40 yaşlı Vozinya Çili çempionatında həlledici seyvi ilə qalib gəldi

Qarabağ FK
Bu gün, 10:00

“Neftçi – Kəpəz” matçı turun ən çox izlənən qarşılaşması oldu

Digər
Bu gün, 09:46

İkiqat Olimpiya çempionu evindəki yanğın nəticəsində yanıq xəsarətləri aldı

Futbol
Bu gün, 09:40

Ronald Arauxo hələ gələcəyinə qərar vermədi

Futbol
Bu gün, 09:33

Mançester Yunayted, 2027 yay transferi üçün Murilloni araşdırır

Futbol
Bu gün, 09:33

Şamaxı futbolçusu Uğur Cahangirov müdafiə problemlərini vurğuladı

Minifutbol
Bu gün, 09:20

İspaniya "Futsal Finalissima" turnirində Braziliyanı 3:0 məğlub edərək qalib gəldi

Futbol
Bu gün, 09:00

Pyer Saj bu mövsümdə Premyer Liqada istefaya göndərilən ilk baş məşqçi ola bilər

Oxşar xəbərlər