top
Ənənə, məğlubiyyətsizlik və ilklər - TƏHLİL İdman.biz
06 avqust 2024, 12:11
- ↺ +

Ənənə, məğlubiyyətsizlik və ilklər - TƏHLİL

Bu gün Çempionlar Liqasında III təsnifat mərhələsinə start veriləcək.

İdman.biz xəbər verir ki, Azərbaycan çempionu "Qarabağ" "Lüdoqorets"i qəbul edəcək.

Bu, komandalarımızın Bolqarıstan klubları ilə 3-cü duelidir. Nə qədər qəribə səslənsə də, "Qarabağ" ilk dəfə bu ölkədən olan rəqiblə görüşəcək. Avrokuboklarda ən çox oyun keçirən təmsilçimiz kifayət qədər matça çıxsa da, bolqarlarla yolları kəsişməyib. Elə Azərbaycan klublarının 30 ildə cəmi 2 dueli baş tutub. Sonuncu belə qarşılaşmadan isə 15 il vaxt keçir.

Bolqarıstan klubları ilə oyunlar Azərbaycan komandaları üçün ilklərlə əlamətdar olub. Avrokuboklardakı ilk qələbəmizi qazanan "Neftçi" Bakıda "Lokomotiv"i üstələyib.

Həmin matç Tofiq Bəhramov adına Respublika stadionundakı ilk avrokubok qarşılaşması kimi də tarixə düşüb. Onadək təmsilçilərimiz Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda rəqiblərini qonaq edib.

Daha bir ilk 2009-cu ildə yaşanıb. "Levski" səddini keçə bilməyən "Bakı" avrokuboklar tarixinə pley-offa vəsiqə əldə edən ilk Azərbaycan klubu olub. Çempionlar Liqasındakı uğursuzluq "zolaqlılar"ı Avropa Liqasının pley-offuna aparıb.

Həm "Neftçi", həm "Bakı" evdə uduzmayıb. Bolqarıstan komandaları ilə Bakıdakı məğlubiyyətsizlik səfərdə yaxşı yekunlaşmayıb. Hər iki təmsilçimiz rəqib meydanında quru hesabla uduzaraq mübarizəni dayandırıb.

Daha bir məqam ilk oyunların yeri ilə bağlıdır. Az qala ənənə halını alıb ki, bolqarıstanlılarla ilk matç Bakıda, cavab görüşü səfərdə keçirilir. Bu ənənəni "Qarabağ"la "Lüdoqorets"də davam etdirəcək.

Azərbaycan klubları Bolqarıstan təmsilçilərinə qarşı
1996/97, UEFA kuboku
I təsnifat mərhələsi
"Neftçi" – "Lokomotiv" (Sofiya) – 2:1, 0:6
2009/10, Çempionlar Liqası
III təsnifat mərhələsi
"Bakı" – "Levski" – 0:0, 0:2

Qeyd edək ki, "Qarabağ" – "Lüdoqorets" oyunu saat 20:00-da başlayacaq.

Vüqar Xeyrullayev
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 09:08

Athletic'in 17 yaşlı futbolçusu Kristian İmqa'ya 15 Çempionlar Liqası klubu maraq göstərir

Futbol
Bu gün, 09:06

AFFA-nın Kifayət Mustafayeva UEFA-nın qadınlar Çempionlar Liqasının IV turu nümayəndəsi təyin edildi

Voleybol
Bu gün, 09:00

Xilasedici komandası CEV Çempionlar Liqasında cavab oyununa çıxır

Futbol
Bu gün, 09:00

Markus Türam Interin yeni təklif etdiyi müqavilə uzatmasını rədd etdi

Futbol
Bu gün, 08:40

Qalatasaray, Ştutqartın 40 milyon avroluq oyunçusu Bilal El Xannusuna maraq göstərir

Futbol
Bu gün, 08:20

Frankfurt Alman klubu Arno Kalimuendo üçün Nottingem Forest-dan transferi nəzərdən keçirir

Futbol
Bu gün, 08:12

“Arsenal” qış transfer pəncərəsində dörd oyunçunu nəzərdən keçirir

Futbol
Bu gün, 08:00

Cek Rudoni qışda Coventri-dən ayrılmaq üzrədir

Basketbol
Bu gün, 07:46

"Trabzonspor" basketbol komandası "Sabah" məğlubiyyəti üzündən baş məşqçi Selçuk Ernakı işdən çıxardı;

Futbol
Bu gün, 07:21

Rio Nqumoa “Çelsi”dən ayrılma səbəbini və Liverpoola keçidini izah etdi

Futbol
Bu gün, 06:13

Maktominey: Dünya çempionatının ilk oyununa iki gün qalmış ürək müdaxiləsi üçün xəstəxanada oldu

Futbol
Bu gün, 04:08

Merson, Alonsonun Estevaonu oyununa çıxarmamasını tənqid etdi

Futbol
Bu gün, 03:11

Fermin Lopes Barcelona klubunda özünü kifayət qədər dəyərləndirilmədiyini bildirir

Futbol
Bu gün, 02:13

Barcelona və CBF arasında Rafinyanın zədələnməsinin qarşısını almaq üçün oyun vaxtını tənzimləmək razılaşması

Futbol
Bu gün, 01:51

Yamalın Azərbaycan üçün hədiyyəsi Qazaxıstanla qarışdırıldı

Futbol
Bu gün, 01:15

Mark Kukurelya: Arda Güler meydanda oynadığı zaman komanda dəyişir

Futbol
Bu gün, 00:56

Romano Floriani 2031-ci ilə qədər Latsio klubu ilə müqavilə uzadı

Olimpiada
Bu gün, 00:37

Bu gün Azərbaycan idmançılarımız Dakar-2026-da boks və taekvondo üzrə yarımfinala çıxacaq

Futbol
Bu gün, 00:21

Kubarsi Flik ilə dil maneəsi barədə danışır: "Səsinin tonundan hər şey aydın olur"

Futbol
Bu gün, 00:02

Spalletti, Anqissanı Yuventus'a Transfer Etmeyi Hədəfləyir

Gimnastika
Dünən, 23:54

Azərbaycan Milli Komandası Dünya Çempionasında Medal Qazanıb Vətənə Qayıdı

Futbol
Dünən, 23:36

De la Fuente: Yamalın sağlamlığını önə çəkərək Çexiya oyunundan çıxarmadıq

Futbol
Dünən, 23:21

Tçuameni Fransa Milli Takımı üçün iki oyunu qaçırma riskində

Voleybol
Dünən, 23:01

“Turan” qadın voleybol komandası Maritsa’yı 3:0 məğlub etdi, çempionlar liqasının qrup mərhələsinə yüksəldi – İDMAN.BİZ TOVUZDAN

Oxşar xəbərlər