"Real Madrid"in braziliyalı hücumçusu Endrik yanvar transfer pəncərəsində komandadan ayrılmaq ehtimalı ilə bağlı fikirlərini bölüşüb.
İdman.Biz xəbər verir ki, futbolçu gələcəyi ilə bağlı qərarın hələ bəlli olmadığını bildirib.
"Cəmi 20 yaşım var. Hadisələrin necə inkişaf edəcəyini görəcəyik. Mən sadəcə oynamaq, xoşbəxt olmaq və komanda yoldaşlarıma kömək etmək istəyirəm.
Yanvarda nə baş verəcəyini bilmirəm. Hər şey Allahın əlindədir. Sadəcə karyeram üçün ən yaxşısının olmasını istəyirəm. Nə baş verməlidirsə, o da olacaq. Mən təmkinimi qoruyacaq və əlimdən gələni etməyə davam edəcəyəm.
Madrid möhtəşəm şəhərdir, amma karyeramı inkişaf etdirmək üçün hər zaman əlimdən gələni edəcəyəm", – deyə Endrik bildirib.