top
Emrah Çelikkellə Razqraddan Zaqrebədək, transferlərdən qorunan heyətədək Sport24.az
17 avqust 2024, 12:00
- +

Emrah Çelikkellə Razqraddan Zaqrebədək, transferlərdən qorunan heyətədək

Xeyli müddətdi kölgəyə çəkilib. Arxa fonda dayansa da, işinin başındadı. "Qarabağ"ın Çempionlar Liqasının əsas mərhələsinin astanasında olduğu bir vaxtda, klubun direktoru Emrah Çelikellə müsahibəyə zərurət duyduq. Sport24.az-a danışan təcrübəli funksioner bir sıra maraqlı məqamlara toxundu.

- "Qarabağ" növbəti tarixi uğurun astanasındadı. "Süvarilər" bu vaxta qədər hələ ki bir dəfə ÇL-in qrupuna düşməyi bacarıb. Həm arxada qoyduğunuz 4 oyun, həm də qrupa düşmək şanslarınız barədə fikirləriniz maraqlıdı...
- Əlbəttə ki, hamımız çox şadıq, sevinirik. Amma bizim şadyanalığımız cəmi 1 gün çəkir. Ardınca yeni rəqibi analiz edir, növbəti oyunun planlarını qurursan. Hazırkı səviyyəyə gəlmək üçün çox böyük əmək, əziyyət sərf etmişik. Təbii ki, bu işdə əsas memar Qurban Qurbanovdu. Baş məşqçimizin tökdüyü tər, klub rəhbərliyimizin fədakarlığını unutmur, daim xatırlayırıq. ÇL-ın pley-offuna qədər gəlməyimiz də özlüyündə böyük uğurdu. Buna rəğmən məqsədimiz başqadı. Əsas məehələyə düşməyi hədəfləyirik. "Dinamo" (Zaqreb) ilə də meydanda sona qədər döyüşən "Qarabağ" görəcəyik.

- "Linkoln"u asanlıqla keçdiz. "Ludoqorets"ə isə doğma meydanda məğlub olduz. Cavab görüşünün gedişində də tabloda 1:2 hesabını görəndə mərhələdən kənarda qalmaq ehtimalı ilə bağlı qorxu keçirdizmi?
- Bilirsiz, oyunu stadiondan canlı izləmək və reallıqları daha əyani görmək başqa hissdi. Futbolçularımızın meydanda necə can qoyub, döyüşdüklərinin şahidi olursan. Prezidentimiz Tahir bəy bizi heç vaxt tək buraxmayıb, bu dəfə də istisna olmadı. Klub rəhbərliyimizdən tutmuş ən sıravi  sıravi işçiyə kimi hamının "Qarabağ"a sonsuz inamı var. Odur ki, tabloda 1:2 olmasına rəğmən məğlub olacağımız kimi düşüncələrə içimdə yer vermirdim. Daim bir səs deyirdi ki, Razqradda məğlub olmayacağıq. Onu deyə bilməzdim ki, buna əlavə vaxt və ya penaltilər seriyasında nail olacağıq. Qısası məğlubiyyətdən başqa bütün gedişatlar gözüm önündə canlanırdı. Ən əsası bizim komandanın "sükanı arxası"nda Qurban Qurbanov dayanır. O, isə hər uğursuzluqdan sonra nələr edəcəyini və futbolçuları zəfərə kökləməyi bacarır.

- Adətən biz başqa ölkələrin nəticələrini "yaxşılaşdırmışıq". Fransaya 10:0, Polşaya 8:0, Serbiyaya 6:1 məğlub olmuşuq. Amma "Qarabağ" Bolqarıstan təmsilçisini darmadağın edərək Azərbaycan futbolunda yeni rekorda, "Ludoqrets" üçün isə antirekorda imza atdı. İçinizdə bu cür göstəriciylə tarixə düşmək hissi də vardımı?
- Səmimi deyim ki, belə bir düşüncə içimdən keçməyib (gülür).

- Bu gün futbolsevərlərimizi "Qarabağ" - "Dinamo" (Zaqreb) cütünün taleyi maraqlandırır. İki cür düşünənlər var. Bəzilərinə görə Xorvatiya təmsilçisini son dərəcə ciddi rəqib, digərlərinə görə isə əvvəlki formasından uzaq komanda kimi xarakterizə edilir. Bəs siz necə düşünürsüz?
- Rəqibin kimliyindən asılı olmayaraq hər bir komandanı ciddi analiz edir və futbolçuları oyuna hazır edirik. Bizim yetəri qədər zəngin avrokubok təcrübəmiz var. Özümüzdən qat-qat güclü və zəngin büdcəli rəqibləri sıradan çıxarmışıq. Təbii ki, arxayınlığa yol vermir, rəqiblərə hörmətimizi də göstəririk.
Odur ki, istənilən kluba qarşı sona qədər mübarizə aparıb uğura köklənəcəyik.

- Səfər qolu ləğv olunub. Sizə görə "Dinamo"yla ilk qarşıdurmanı evdə yoxsa səfər oyanılması vacibdi?
- Həmişə cavab oyunlarının evimizdə olmasının tərəfdarı olmuşam. Bu bizim təcrübəmizdə çox vaxt bizə zəfər qazandırıb. Ümid edirəm ki, xorvatlarla da uğur bizim tərəfimizdə olacaq.

- Heyətinizə daha bir qapıçı cəlb etdiz. Başqa mövqelərə də transfer gözlənilirmi?
- Skautlarımız ilboyu futbolçuları izləyir. Məşqçilər heyətimizə onları təklif edir. Transferi də konkret müddət üçün yox, həm yay fasili, həm qış bazarlığı, həm də gələn mövsüm üçün planlaşdırırıq. Azad agent olan futbolçuları isə hər gün cəlb edə bilərik. Yəni, transfer fəalliyyətimiz daim aktualdı. Amma yaxın günlərdə yeni transferlər gözlənilmir.

- Adətən uğurlu mövsüm keçirdikdən sonra daha böyük klublar futbolçularınıza elçi düşür və onları "rənglərinə qatır". Amma bu dəfə heyətin özəyini qoruya bildiz. Bu nəyin sayəsində reallaşdı?
- Bunun ilk şərti "Qarabağ"a, onun baş məşqçisinə olan inamdı. Burda çox gözəl ailə mühiti yaradılıb. Bir məsələni də deyim ki, bizdən gedən əksər oyunçuları yenidən komandaya qayıtmaq üçün can atıb. Çempionluğumuzu rəsmləşdirdikdən sonra ən azı 3-4 aparıcı oyunçumuzun gedəcəyi gözlənilirdi. Onlara ciddi maraq və böyük miqdarda pul təklifləri də vardı. Sadəcə, biz bir qədər tez davranaraq həmin oyunçuları saxlamağa müyəssər olduq. Amma yenə də deyirəm, maddiyyatla yanaşı futbolçularda bizə olan inam, hörmət, ehtiram da rol oynadı.

- Futbol ictimaiyyətimiz "Qarabağ"dakı azərbaycanlı futbolçuları başqa liqalada getməsində maraqlıdı. Yaxın gələcəkdə hər hansı futbolçumuzun xarici klublara keçidi mümkündümü?
- Biz də çox istəyirik ki, yerli futbolçularımız xarici klubların diqqətlərini cəlb etsin. Azərbaycan çempionatına skautların axışmasından məmnunluq duyarıq. Amma reallıq odur ki, bu gün böyük ölçüdə elitamıza maraq yoxdu. Bir məsələni də xüsusi vurğulayım. Biz uzun illərdi stabil olaraq avrokuboklarda oynayırıq. Bu göstərici futbolçularımızın performansına da ciddi təsir edir. Lakin onlar xaricə gedib, ehtiyatda oturaraq formasını itirəcəksə bu inkişaf yox, tənəzzül olur. Odur ki, ancaq özünü doğrulda biləcək və maksimum şans qazanan futbolçularımızın gedişində maraqlıyıq.


CEYHUN ƏLİYEV

Qarabağ FK

Son xəbərlər

Boks
Bu gün, 05:10

Krouford boks karyerasını bitirməkdən danışdı

Futbol
Bu gün, 04:12

Ronaldu penaltidən əvvəl "Bismillah" deyibmi?

Futbol
Bu gün, 03:14

"Opta" superkompüteri "Mançester Siti"-"Liverpul" matçının nəticəsini proqnozlaşdırıb

Futbol
Bu gün, 02:09

Qurban Qurbanov "Sabah"la oyundan sonra: "Bu cür rəqibə qarşı oynamaq xoşdur"

Minifutbol
Bu gün, 01:57

Orxan Məmmədov: “Zirə”nin çempionluğu minifutbolun inkişafının göstəricisidir

Futbol
Bu gün, 01:56

"Qarabağ" - "Sabah" oyununun videoicmalı (2:2) - Sport24.az

Minifutbol
Bu gün, 01:39

"Zirə"nin hədəfi Çempionlar Liqasının qalibi olmaqdır

Futbol
Bu gün, 01:20

"Rayo Valyekano" "Elçe" üzərində minimal hesablı qələbə qazanıb

Cüdo
Bu gün, 01:19

Gəncədə Yeniyetmələrin Cüdo üzrə Avropa Kubokunun Püşkatma Mərasimi Keçirilib

Futbol
Bu gün, 01:01

PSJ "Tuluza"nı məğlub edib: Liqa 1-də 28-ci tur nəticəsi

Voleybol
Bu gün, 00:55

"Milli Aviasiya Akademiyası" və "Gəncə" Azərbaycan Yüksək Liqasının yarımfinalında

Basketbol
Bu gün, 00:45

"Naxçıvan" "Sərhədçi"ni məğlub etdi

Futbol
Bu gün, 00:42

Ronaldunun dublu "Əl-Nəsr"ə "Əl-Nəcmə" üzərində qələbə qazandırıb

Futbol
Bu gün, 00:23

Misli Premyer Liqasının 26-cı turunun hakimləri müəyyənləşib

Futbol
Bu gün, 00:20

Misli Premyer Liqası: 26-cı turun hakimlərinin təyinatı açıqlandı

Futbol
Bu gün, 00:05

"Qarabağ" 2025/26 mövsümündə "Sabah" üzərində hələ qələbə qazanmayıb

Futbol
Dünən, 23:59

"Qarabağ" – "Sabah" oyununda son 10 mövsümün azarkeş rekordu qeydə alındı

Futbol
Dünən, 23:48

"Qarabağ" - "Sabah" oyunundan sonra Qurban Qurbanovun mətbuat konfransı: Azarkeşlər zövq alsın, uduzsaq da, olar

Futbol
Dünən, 23:47

FIFA-nın saytı: Azərbaycan futbolunda müsbət dəyişikliklər və real irəliləyişlər müşahidə olunur

Digər
Dünən, 23:30

Azərbaycan nümayəndə heyəti Türkiyədə mütəxəssis mübadiləsi proqramında iştirak edib - FOTO

Futbol
Dünən, 23:29

"Qarabağ" – "Sabah" matçı Premyer Liqada ev sahibi komanda üçün tamaşaçı rekordunu yenilədi

Futbol
Dünən, 23:24

"Qalatasaray" "Trabzonspor" səfərinə bir neçə əsas oyunçusuz yollanacaq

Digər
Dünən, 23:24

İstanbul Aydın Universitetinin professoru Bakıda "İdmanda və hərbdə texnologiyalar" mövzusunda təlim keçib

Futbol
Dünən, 23:20

Misli Premyer Liqasının XXVI turunun hakimləri açıqlanıb

Oxşar xəbərlər