top
Emrah Çelikel Çempionlar Liqası matçları və transferlər barədə danışıb Sport24.az
28 avqust 2025, 01:58
- ↺ +

Emrah Çelikel Çempionlar Liqası matçları və transferlər barədə danışıb

"Çox gərgin, maraqlı oyun izlədik. Ümumi nəticədə qələbə qazanmağımız və ikinci dəfə Çempionlar Liqasının əsas mərhələsində iştirak etməyimiz hamımızı sevindirir". Sport24.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş direktoru Emrah Çelikel Ağdam klubunun UEFA Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanmasını şərh edərkən deyib.

 

Pley-off mərhələsində "Ferensvaroş"a qarşı keçirilən cavab matçından sonra jurnalistlərin suallarını cavablandıran E.Çelikel klub prezidenti Tahir Gözelin 90 dəqiqə boyu komanda ilə maraqlandığını bildirib: "Elə bilin ki, Tahir bəy buradadır. Hər dəqiqə onunla telefon əlaqəsi saxlayırdıq. Çox vacib işgüzar səfərlə bağlı ölkə xaricindədir. Amma hər an komanda ilə maraqlanırdı".

 

"Hər kəsin Avropada sevdiyi bir klub var. Sizin belə bir klubunuz varmı və həmin komandanı ÇL-in Liqa mərhələsində rəqib kimi görmək istərdiniz?" sualını Ağdam klubunun rəsmisi belə cavablandırıb: "Sevdiyim klub "Qarabağ"dır və o da Liqa mərhələsindədir".

 

"Qarabağ"ın əsas heyəti ilə ilə yanaşı, U-19 komandası ÇL-in əsas mərhələsində mübarizə aparacaq. E.Çelikel artıq həmin komanda ilə bağlı planların hazır olduğunu söyləyib: "Bu oyunun nəticəsini gözləyirdik. Artıq sabahdan işlərimizi sürətləndirəcəyik",

 

O, "Qarabağ"ın Liqa mərhələsindəki oyunlarını "Tofiq Bəhramov"da, yoxsa Bakı Olimpiya Stadionunda keçirəcəyinə belə aydınlıq gətirib: "Hələlik bu məsələ qeyri-müəyyəndir. Lakin çox güman ki, Tofiq Bəhramov adına Respublika stadionunda oynayacağıq".

 

"Qarabağ"ın baş direktoru sonda yeni transferlə bağlı işlərin nə yerdə olduğunu açıqlayıb: "Transfer çalışmalarımız hər zaman davam edir. Bu gün də həmçinin".

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 14:00

Rahid Əmirquliyev: “12 xalla kifayət etmirik, liderdən 6 xal geriyik”

Futbol
Bu gün, 13:48

Cenk Sümer: "Hədəfimiz mövsümün sonunda çempion olmaqdır"

Futbol
Bu gün, 13:30

Niko Pas Mourinyoya zəng edərək "Real"a yalnız ehtiyat üzvü kimi qayıtmaq istəmədiyini bildirib

Qarabağ FK
Bu gün, 13:28

“Şəfa”‑“Araz‑Naxçıvan” sonuncu yerdən qurtulmağa çalışacaq, “Zirə”‑“Qəbələ” isə “Qarabağa” yaxınlaşmaq üçün mübarizə aparır? - İDMAN.BİZ‑in İCMALI

Voleybol
Bu gün, 13:08

Mateus Arauxo: "Azərbaycan çempionatı hər il inkişaf edir və daha maraqlı olub"

Gimnastika
Bu gün, 13:06

Azərbaycan gimnastı Tofiq Əliyev tumblinq üzrə dünya çempionatında gümüş medal qazanıb

Futbol
Bu gün, 12:50

İspaniya 2030-cu il Dünya Çempionatının finalı Mərkirdə keçirilərsə turnirdən imtina edəcək

Futbol
Bu gün, 12:48

Latsio Neapolda Çətin Sınaqla, Inter Komo ilə Mübarizədə

Basketbol
Bu gün, 12:35

Sabah basketbol klubu oyunçusu Mayk Ertel ilə müqaviləni bağlamış

Futbol
Bu gün, 12:30

FİFA prezidenti İnfantino yenidən seçilmək üçün Dünya çempionatının formatını dəyişdirmə planlarından vaz keçə bilər

Futbol
Bu gün, 12:28

Fransa Liqa 1-in 10-cu turu: PSJ-nin liderliyi, "Havr"dakı məşqçi krizi və zirvə komandalarının qarşıları

Futbol
Bu gün, 12:08

İraola: Futbolçular yıxılmağı məsləhət edir, hakimlər qaydanı qeydə alır

Futbol
Bu gün, 12:00

Bəxtiyar Musayev: Ayxan Abbasovun gəncləri milliyə dəvət etməsini alqışlayır

Futbol
Bu gün, 11:59

Prezident İlham Əliyev Xankəndi Şəhər Stadionunun yenidənqurulmuş açılışında iştirak edib

Voleybol
Bu gün, 11:48

Misirli voleybolçu Mariam Metvalli: Azərbaycanlılarla oxşarlıq var, burada evim kimi hiss edirəm

Futbol
Bu gün, 11:30

PSJ‑nin 12 nailiyyəti və 7 komanda rekordu Guinness Rekordlar Kitabına daxil edildi

Basketbol
Bu gün, 11:02

NTD basketbol klubu Hüseyn Məmmədovu mövsüm sonuna qədər müqavilə ilə transfer etdi

Qarabağ FK
Bu gün, 11:00

Musa Qurbanlı "Qarabağ"ın son 4 oyundakı xal itkisi: "Bu, daha çox məşqçilərimizin təhlil etməli olduğu məsələdir"

Cüdo
Bu gün, 10:48

Marneulidə azərbaycanlı yeniyetmə idmançılar Zəfər Gününə həsr olunmuş qarışıq döyüş növləri turnirinə hazırlaşırlar

Gimnastika
Bu gün, 10:38

Selcan Mahsudova dünya çempionatında fərdi proqramın finalına vəsiqə qazanıb

Futbol
Bu gün, 10:30

DAZN-da Qadınlar Super Liqası iki oyunu canlı yayımlanacaq

Futbol
Bu gün, 10:30

Bundesliqada məğlub olmayan iki lider və rekord yarışı

Qarabağ FK
Bu gün, 10:23

Zirə – Qəbələ: 7 noyabr 18:30, Premyer Liqası 11. tur

Futbol
Bu gün, 10:15

Amed, Galatasarayın taxtını qorumağa çalışır, Manchester City təzyiq altında

Oxşar xəbərlər