"İnanıram ki, biz baş məşqçinin taktikasını yerinə yetirib istədiymiz nəticəni ala bilərik".
Bu sözləri İslandiya ilə oyun öncəsi millimizin oyunçusu Emin Mahmudov deyib.
O, həmçinin milli komandada qol sayında Qurban Qurbanova məxsus rekordun qırılması barədə suala da cavab verib.
"O rekordu qırmaq barədə çox düşünmürəm. Çünki bu sual həmişə mənə verilir. Daha çox komandaya necə daha çox xeyir verə biləcəyimi düşünürəm. Çünki çoxdandır qələbə qazanmırıq və istəyirik ki, yaxşı nəticə ilə başlayaq", - Mahmudov deyib.