top
Emin Mahmudov: Gözləmirdim ki, nə vaxtsa Qurban Qurbanova çata bilərəm Sport24.az
11 iyun 2024, 22:20
- +

Emin Mahmudov: "Gözləmirdim ki, nə vaxtsa Qurban Qurbanova çata bilərəm"

Azərbaycan millisinin kapitanı bu gün Qazaxıstana qarşı keçirilmiş matçdan sonra Avstriyaya ezam olunmuş jurnalistlərə müsahibə verib. 

Sport24.az xəbər verir ki, Mahmudov bunları deyib:

- Oyunumuz hücumda çox yaxşı alındı. Xeyli qol fürsətləri yaratdıq. Təəssüf ki, birinci hissədə bunlardan yararlana bilmədik. Müdafiədə səhvlərimiz çox idi. Rəqibin də bir neçə qol şansı oldu. Biz yaxşı mübarizə apardıq, yaxşı oynadıq. Qələbəyə layiq idik.

- Millidə qol sayında Qurban Qurbanova çatdın. Təəssüratların necədir?

- Çox sevindim. Bütün komanda yoldaşlarıma təşəkkür edirəm. Mənə qol vurmağa kömək edirlər. 27 yaşım olanda heç gözləmirdim ki, nə vaxtsa Qurban Qurbanova çata bilərəm. Çünki, az oynayırdım. Sonradan qollar gəldi. Gələcəkdə daha çox qol vurub milliyə kömək etməyə çalışacağam.

- Qurban Qurbanov səni təbrik etdi?

- Hələ ki, yox. Qurban müəllimlə münasibətim yaxşıdır. Bilmirəm təbrik edəcək, ya yox. Hələ ki, onu keçməmişəm. Amma sevinərəm.

- Bu rekord "Neftçi"dəki performansına təsir edə bilər?

- "Neftçi"də yaxşı komanda qurulsa, tək mən yox, hamı yaxşı oynayar. Ümid edirəm ki, gələn il daha yaxşı olarıq. Bu il klub olaraq hamımız çox bərbad idik. Daha yaxşı olmalıyıq.

- Bu gün hücumda oyununuz daha yaxşı alınırdı. Səncə, nə ilə bağlıdır?

- Albaniya ilə oyunda da şanslarımız çox idi. Sadəcə qol vura bilmirdik. Onların səviyyəsi bizdən, Qazaxıstandan üstündür. Avropa çempionatına gedirlər. Qollar vurmaq lazımdır.

Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 02:08

Lotar Matteus Vinisiusun Daimi Təxribatlarına Toxunub

Futbol
Bu gün, 01:43

Əliyar Ağayev və Cavid Cəlilov "Turan Tovuz" - "Zirə" oyunundakı qərarlarına görə oyunlardan kənarlaşdırılıb

Futbol
Bu gün, 01:26

Kompani: "Real"la oyunda nəticə detallardan asılı olacaq

Futbol
Bu gün, 01:18

"Milan" "Napoli" səfərindən xalsız qayıdır

Futbol
Bu gün, 01:11

Kompani: "Real"la oyunda nəticə detallardan asılıdır

Futbol
Bu gün, 01:07

"Jirona" "Vilyarreal" üzərində minimal hesablı qələbə qazanıb

Futbol
Bu gün, 01:04

Kompani: "Real"la oyunda nəticə detallardan asılıdır

Futbol
Bu gün, 00:49

A Seriyası: "Napoli" "Milan" üzərində qələbə qazandı, "Yuventus" və "Atalanta" da qalib gəldi - YENİLƏNİB

Olimpiada
Bu gün, 00:32

Ümumdünya Antidopinq Agentliyinin keçmiş prezidenti Kreyq Rid vəfat edib

Minifutbol
Bu gün, 00:13

Azərbaycanla oyunlar ərəfəsində Qazaxıstan futzal millisinin heyətində dəyişiklik

Futbol
Dünən, 23:54

Rio Ferdinand Lamin Yamalın futbol sevgisini alovlandırdığını deyir

Futbol
Dünən, 23:39

Kompani: "Real"la oyunda nəticə detallardan asılıdır

Futbol
Dünən, 23:08

"Real Madrid" Kamavinqanı sərfəli təklif gələrsə satmağı düşünür

Boks
Dünən, 22:55

"Böyük İpək Yolu" turnirində Azərbaycan boksçuları finala vəsiqə qazanıb, 10 bürünc medal əldə edilib

Futbol
Dünən, 22:53

Qurban Qurbanov: Komandada düzgün xarakter olmasa, nəticələr də olmaz

Basketbol
Dünən, 22:38

Azərbaycan Basketbol Liqası: Pley-in mərhələsinin oyunları - "Şəki" "Quba"nı, "Naxçıvan" isə "Sərhədçi"ni məğlub edib

Basketbol
Dünən, 22:25

"Naxçıvan" basketbol komandası pley-offa yüksəldi

Boks
Dünən, 22:23

Böyük İpək Yolu turniri: Azərbaycanlı boksçulardan 11-i finalda

Voleybol
Dünən, 22:07

Azərbaycanda voleybol məşqçiləri üçün FIVB-nin iştirakı ilə kurs keçirilib - FOTO

Futbol
Dünən, 22:06

"Yuventus" "Cenoa"nı məğlub edib, "Atalanta" "Leççe"ni darmadağın edib, "Udineze" və "Komo" heç-heçə oynayıb

Futbol
Dünən, 21:56

"Korintians" Dorival Juniorla yollarını ayırdı

Futbol
Dünən, 21:52

Füzuli Məmmədovdan "Qarabağ"a 7:0 hesabı ilə məğlubiyyətdən sonra açıqlama

Futbol
Dünən, 21:39

Qurban Qurbanov Hakimliyin Vəziyyəti və Öz Hakimlik Məktəbimizin Yaradılması Barədə

Futbol
Dünən, 21:37

"Qəbələ"nin keçmiş məşqçisi Toni Adams BBC-nin yalnız bir klubda oynamış ən yaxşı futbolçular siyahısındadır

Oxşar xəbərlər