top
Emin Cəfərov aşağı liqalarda rəqabətin artacağını gözləyir Idman.biz
23 yanvar 2026, 17:50
- ↺ +

Emin Cəfərov aşağı liqalarda rəqabətin artacağını gözləyir

AFFA aşağı liqalarda rəqabətli və maraqlı oyunların sayının artacağını gözləyir.

İdman.Biz xəbər verir ki, bu barədə qurumda Yarışların Təşkili Departamentinin rəhbəri Emin Cəfərov milli assosiasiyanın mətbuat xidmətinə müsahibəsində deyib.

O, aşağı yaş qrupu üzrə liqalarda ediləcək dəyişiklikləri dəyərləndirib və gələcək planlardan bəhs edib.

"2025/2026 mövsümü başlamazdan əvvəl də belə görüşlər təşkil edilib və liqalardakı ümumi vəziyyət müzakirə olunub. Hələ o vaxt belə toplanışların yenidən keçiriləcəyi, müzakirələrin davamlı xarater alacağı və fikir mübadilələrinin aparılacağı bildirilib. Ötən ay yenidən komandalara dəvətlər göndərildi və müxtəlif tarixlərdə AFFA-nın inzibati binasında həm Premyer Liqada iştirak edən klubların, həm akademiyaların, həm digər fərdi komandaların, həm də mərkəzləşdirilmiş regionlarda iştirak edən komandaların nümayəndələrinin onlayn iştirakı ilə görüşlər keçirildi. Məqsəd liqaların formatlarında edilmiş dəyişikliklərin müzakirəsi, təsiri və əlavə təkliflər idi".

E. Cəfərov tətbiq edilmiş dəyişikliklərin nədən ibarət olduğunu açıqlayıb:

"Format dəyişikliklərində əsas məqsəd rəqabətli oyunların sayını artırmaq, böyükhesablı məğlubiyyətlərin qarşısını almaq və liqaların daha maraqlı təşkil olunması idi. Görüşlərdə aldığımız rəylərə əsasən, liqalarda rəqabətli oyunların sayı xeyli artdı və iştirakçı komandalar tərəfindən müsbət qarşılandı. Xüsusən də, Millətlər Liqası konseptində təşkil olunan U-15 Liqasının formatı böyük maraqla qarşılandı. Dəyişikliklərə görə, U-16, U-17 və Gənclər Liqasında ilkin mərhələ bitdikdən sonra nəticələrə əsasən A və B qruplarına bölünəcək komandalar müəyyənləşəcək. Bununla rəqabətli və maraqlı oyunların sayının artacağını gözləyirik".

O, yeni məsələlərin də müzakirə olunduğunu diqqətə çatdırıb:

"Əlbəttə ki, yeni məsələlər müzakirə olundu. Belə görüşlərin təşkil olunmasında əsas məqsədlərdən biri də budur. Bildiyiniz kimi, AFFA U-8, AFFA U-9, AFFA U-10, AFFA U-11 və AFFA U-12 liqalarında nəticələr qeydə alınmır, turnir cədvəli tərtib edilmir. Həmin yaş qruplarının oyunlarında tez-tez böyükhesablı nəticələrlə rastlaşırıq. Oyunçuların futbola olan həvəsinin azalmaması və oyun balansının təmin edilməsi məqsədilə bu mövzu ətrafında geniş müzakirələr aparıldı və yekunda bu nüansı aradan qaldıra biləcək qərar qəbul edildi. Yeni qərara əsasən, hər hansı komanda oyun ərzində 3 top fərqi ilə geridə olarsa, bu zaman əsas heyətə 1 nəfər oyunçusunu əlavə edə bilər. Hesab arasındakı fərq 6 qol olarsa, məğlub durumda olan komanda əsas heyətə daha 1 oyunçu əlavə edə bilər. Hesab arasındakı fərq 4 qola enən zaman meydanda olan əlavə 2 oyunçudan 1-i meydanı tərk etməlidir. Fərq 2 qola enəndə isə meydandakı digər əlavə oyunçu meydanı tərk edəcək. Meydana daxil olacaq və ya meydanı tərk edəcək oyunçunu məşqçi müəyyənləşdirəcək. Hesab fərqinə görə meydana əlavə olaraq daxil olacaq oyunçuların sayı maksimum 2 nəfər olmalıdır".

AFFA rəsmisi mövsümün gedişində də bir sıra qərarlar verilə biləcəyini vurğulayıb:

"Çoxsaylı müraciətləri nəzərə alaraq, qız komandaları olmayan regionlarda U-8, U-9 və U-10 liqlarında 1 qız futbolçunun oğlanlarla birgə oynamasına icazə verildi. Bu təcrübənin bir çox ölkələrdə tətbiqi, həmçinin qeyd olunan yaş qruplarında fiziki olaraq güclərin, demək olar ki, bərabər olduğunu nəzərə alaraq, belə dəyişiklik tətbiq olunub. Əlavə olaraq bildirmək istərdim ki, Azərbaycan futbolu üçün kifayət qədər işlər görmüş tanınımış mütəxəssis Bəxtiyar Musayev AFFA-da seleksiya məşqçisi kimi fəaliyyətə başlayıb. Bəxtiyar müəllimlə regionlarda baş tutan aşağı yaş qrupu liqalarının oyunları haqqında geniş fikir mübadiləsi aparmışıq. O, hətta ötən ilin son turunda Biləsuvarda təşkil olunan oyunlarda iştirak edib. Belə səfərlərin qarşıdakı həftələrdə də mütəmadi olaraq təşkili nəzərdə tutulub. Məşqçinin bütün regionlara səfəri, seleksiya məqsədilə istedadlı oyunçuların aşkarlanması və bununla bağlı rəhbərliyə hesabat təqdim edilməsi kimi addımlar mövsüm gedişində həyata keçiriləcək".

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 01:28

İspaniya mətbuatı Braziliya milli komandasını ‘Barselona’ stilinə bənzətdi

Güləş
Dünən, 23:40

Azərbaycan çimərlik güləşində iki qızıl üç bürünc medal qazandı, tarixdə ilk dəfə dünya çempionu oldu

Futbol
Dünən, 23:23

Qəbələ ilə Karvan-Yevlax arasında qolsuz bərabərlik

Futbol
Dünən, 21:24

Jalə Məhsimova “Neftçi”də davam edəcək

Futbol
Dünən, 19:57

İmişli, Araz‑Naxçıvanı 1:3 hesabı ilə məğlub etdi

Futbol
Dünən, 19:30

Ayxan Abbasov: Litva qarşısında 1:1 oyunla futbolçular milli formanın dəyərini sübut etdilər

Futbol
Dünən, 16:28

Azərbaycan U‑21 millisinin Şotlandiya ilə qarşılaşması üçün norveçli hakimlər təyin olundu

Basketbol
Dünən, 10:47

NTD iki gənc U‑20 oyunçusunun müqaviləsini bir il uzatdı, 10 oyunçu komandadan ayrıldı

Futbol
Dünən, 10:00

“Kəpəz” uzun müddət zədələnən Məqsəd İsayevlə yollarını ayırdı

Şahmat
Dünən, 09:00

Azərbaycan şahmat milli komandası bu gün Səmərqənddə sonuncu oyunlarını keçirəcək;

Futbol
Dünən, 06:27

Dursun Özbek: “Qalatasaray” transferlərindən 50 milyon avro gəlir əldə edib

Voleybol
Dünən, 05:18

Polşa kişi voleybol milli komandası finalda Fransanı məğlub edərək Avropa çempionu oldu

Futbol
Dünən, 03:24

Manchester City futbolçusu Rayan Ayt‑Nuri, Əlcəzair milli komandadan çıxarıldı: məşqçinin göstərişinə əməl etmədi

Futbol
Dünən, 01:43

Kəpəz PFK son 5 mövsümdə ən uğurlu startını cari çempionatda qeyd etdi

Futbol
Dünən, 01:39

Qordon: Keyn penaltini vursaydı, İngiltərə qalib gələ bilərdi

Futbol
Dünən, 01:18

İspaniya millisi İngiltərəni məğlub edərək 39 matçlıq məğlubiyyətsizlik seriyasına imza atdı

Futbol
Dünən, 00:05

Culian Uord “Liverpul”da yeni idman direktoru oldu

Futbol
26 sentyabr 2026, 23:10

Edqaras Yankauskas: Azərbaycan millisi güclü, texnikalı və sürətli oyun tərzinə malikdir

Minifutbol
26 sentyabr 2026, 22:48

“Buxar Sumqayıt” EMF Avropa Kubokunda Aldak 422-ə 2:4 məğlub oldu

Futbol
26 sentyabr 2026, 22:23

Şimal futbol klubu sınaq matçında 3:0 qələbə qazandı

Basketbol
26 sentyabr 2026, 19:26

Sumqayıt basketbol klubu ABŞlı oyunçusu Cordan Vatsonla müqavilə imzaladı

Futbol
26 sentyabr 2026, 19:13

“Manchester City”nin sahibləri maliyyə pozuntuları üzrə istefa çağırışları ilə üzləşə bilər

Futbol
26 sentyabr 2026, 18:59

Real Madrid, Mbappé’nin diz zədəsi üçün ən pis ssenaridən narahatdır

Futbol
26 sentyabr 2026, 16:49

Mahir Emreli: Millidə qələbə vacib deyil, əsas odur ki, yaxşı oyun göstərək

Oxşar xəbərlər