top
Emil Süleymanov: Portuqaliya ilə ilk hissədə sübut etdik ki, heç bir rəqibdən qorxmuruq Idman.biz
09 sentyabr 2025, 15:56
- ↺ +

Emil Süleymanov: Portuqaliya ilə ilk hissədə sübut etdik ki, heç bir rəqibdən qorxmuruq

Azərbaycanın U-21 yığmasının aparıcı oyunçularından olan Emil Süleymanovun Sportal.az saytına müsahibəsi

- Portuqaliya ilə görüşdə komanda 0:5 hesabı ilə uduzdu. Halbuki, yığmamız fasiləyə 0:0 hesablı bərabərliklə yollanmışdı. Fasilədən sonra nə dəyişdi?

- Çox yaxşı qurulmuş rəqibə qarşı oynayırdıq. Bu yöndə də hazırlaşmışdıq. Bilirdik ki, çətin olacaq. Bunun üçün hər şeyi etməyə hazır idik. İlk yarıda kompakt və çox yaxşı oyun oynadıq. Heç-heçə də etdik. Lakin ikinci hissə başlayan kimi, cüzi səhvdən qol buraxdıq. İstəyərdik ki, ikinci hissəyə də normal başlayıb, oyunu daha yaxşı oynayaq və qalib gələk. Ən pis halda isə heç-heçə edək. Amma əlimizdən gələni etsək də, uduzduq.

- Düşünmək olar ki, birinci hissədəki 0:0 hesabından sonra özünəinam gəlmişdi və daha rahat, daha sərbəst, bir az da hücumameyilli oynamaq istədiniz deyə, bu da əks təsirini göstərdi?

- Belə deməzdim. Biz rəqiblə ilk yarıda 0:0 oynadıq. İlk hissədə Portuqaliya yığması ilə müqayisədə, daha çox real qol şanslarımız var idi. Amma biz 48-ci dəqiqədə qol buraxdıq. Belə oyunlarda ilk qol böyük rol oynayır. Çalışdıq ki, cavab qolunu vuraq. Alınmadı. Ardıcıl qollar buraxdıq. Sonda da uduzduq.

- Portuqaliya ilə görüşdə yaxşı performans göstərdin. Bu cür matçları skautlar da izləyirdi. Səncə, xarici klubların diqqətini çəkə bildin?

- Meydana çıxan hər bir futbolçunun ilk məqsədi qələbə olmalıdır. Öz oyunuma gəldikdə, bu, məşqçilərə aid məsələdir. Təəssüf ki, qalib gələ bilmədik. Mən yaxşı oynayım, amma qalib gələ bilməyək...Bu, çox da önəm daşımır. İstəyərdik ki, Bolqarıstanla matçda qalib gələrək azarkeşlərimizi, xalqımızı sevindirək.

- Bolqarıstanla görüş haqda nə düşünürsən? Onları evdə uda biləcəksiz?

- Əlbəttə. Bu oyuna üç xal üçün çıxacağıq. Hər oyuna tam ciddi hazırlaşırıq. Bolqarıstana Bakıda qalib gəlməyə çalışacağıq. Heç kimin buna şübhəsi olmasın.

- Portuqaliya və Bolqarıstanla yanaşı, rəqiblərimiz Çexiya, Şotlandiya, Cəbəllütariqdir. Bu qrupda nəyə ümid edirsiz, şans var?

- Portuqaliyaya qarşı ilk hissədə göstərdiyimiz oyunla sübut etdik ki, heç bir rəqibdən çəkinmirik, qorxmuruq. Hər bir rəqiblə başabaş oynaya bilərik. Qrupdan çox xal yığaraq, uğurlu nəticəyə ümid edəcəyik. Təbii ki, çətinliklər, qələbələr və məğlubiyyətlər də olacaq.

- Təəssüf ki, Premyer Liqada oynayan U-21 yığması üzvü azdır. Bunun da təsiri var?

- Portuqaliya millisinə baxsaq, start heyətindəki 8-9 oyunçu öz liqalarında start heyətində və stabil oynayır. Bizdə də 3-4 oyunçu var ki, şans verilir, 30 dəqiqə, 45 dəqiqə və ya bəzən start heyətində oynayır. Hər halda 90 dəqiqə ilə 15-20 dəqiqə eyni deyil. Bunu bəhanə də gətirmək olmaz. Çünki biz milli komandada oynayırıq.

- Yığmadakı diqqətçəkən performansınla klubunda daimi oynamağına səbəb ola bilər?

- Əlimdən gələni edirəm ki, komandama xeyir verim.

- Hədəflərin arasında Avropaya yollanmaq var?

- Təbii ki. Avropada oynamaq hədəflərimdən biridir.

- Bildiyim qədərilə, hərbi xidmətə görə 1,6 ay futbol oynamamısan. Futbolsuz keçən dövrü necə xatırlayırsan və özündə necə güc tapdın ki, karyeranı bərpa etdin?

- Bəli, 1,6 ay hərbi xidmətdə olmuşam. 1,6 ay futbol oynamamaq, topsuz qalmaq çox çətin period idi. Hər bir futbolçu üçün belədir. Hətta ayaq qırılanda geri qayıtmaq 7-8 ay çəkir. Təsəvvür edin 1,6 ay oldu, çox uzun müddətdir. Hər bir insanın psixologiyası öz əlindədir. Mənə motivasiya verən ailəm, futbola olan sevgim, bağlılığım idi. Futbolsuz qala bilmirdim. Mən də hərbi xidməti başa vurduqdan sonra daha çox çalışdım ki, artırım. Məşqçilərimin köməkliyi ilə bunu reallaşdırdım. Əsgərlikdən sonra "Qəbələ"yə qayıtdım. Əsas komandada oynadıqdan sonra I Liqaya düşdük. Ondan sonra da Kaxaber Sxadazenin rəhbərliyi altında orada oynadım. Sonra Ayxan Abbasovun dəvəti ilə "Şamaxı"ya eçdim. Komanda üçün də çalışıram.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Cüdo
Bu gün, 13:20

Vüsal Qələndərzadə dünya çempionatının 1/32 finalında ipponla qalib gəldi

Olimpiada
Bu gün, 12:44

Azərbaycan Paralimpik atəşmeneciliyi millisi Rusiya komandası ilə birgə təlim keçir

Cüdo
Bu gün, 11:44

Beşqat Olimpiya çempionu Nadya Komaneçi, Bakıdakı cüdo dünya çempionatı iştirakçılarına videomüraciət etdi

Futbol
Bu gün, 11:40

“Neftçi”nin yarımmüdafiəçisinin Messi ilə vida matçında çıxışı

Futbol
Bu gün, 11:17

Tomas Tuxel İngiltərə milli komandası tarixində 20 qalibiyyət rekordu qırdı

Futbol
Bu gün, 10:46

Messinin Argentina milli komandası vida matçında bütün qollar onun keçmiş forma nömrələri ilə gəldi

Futbol
Bu gün, 09:45

Neftçi futbolçusu Messi üçün hədiyyə təqdim etdi, vida matçında ona qarşı qayda pozuntusu etdi

Futbol
Bu gün, 07:04

İngiltərə millisi Çexiyanı 3-0 məğlub etdi: “Yenə əla oyun nümayiş etdirdik”

Futbol
Bu gün, 06:16

Lionel Messi 71-ci dəqiqədə penaltı qol və iki məhsuldar ötürməylə yadda qaldı

Futbol
Bu gün, 04:16

Harri Keyn 125-ci oyunla Piter Şiltonun rekordunu eyni etdi

Futbol
Bu gün, 01:05

UEFA Millətlər Liqasının IV turunda İspaniya və İngiltərə qalib gəldi

Futbol
Dünən, 23:14

De Jonk diz zədəsindən sonra Barcelona ilə ümumi məşqlərə qatıldı

Basketbol
Dünən, 22:21

Neftçi basketbol komandası FIBA Avropa Kubokunda ilk oyununu 58:78 hesabı ilə Yunanıstanın Mikonosuna məğlub etdi;

Futbol
Dünən, 21:26

Litva qapıçısı: Azərbaycan qolu sonrası müdafiəyə keçdi və bizə çətinlik yaratdı

Futbol
Dünən, 19:50

U-21 Azərbaycan millisi Cəbəllütariqi 3-0 məğlub etdi

Futbol
Dünən, 18:13

AFFA Şahdağ Qusar klubu idman direktoruna cərimə verdi

Futbol
Dünən, 17:23

Murad Axundov AFFAdan ayrılma qərarının səbəblərini açıqladı

Futbol
Dünən, 16:40

Liverpool Michael Kayode’yi 50‑55 milyon funtla transfer üçün hədəfləyir

Futbol
Dünən, 14:44

Litvalı baş məşqçi Edqaras Yankauskas Azərbaycan millisi ilə oyundan sonra vəzifəsindən istefa verdi;

Futbol
Dünən, 12:38

Maykl Olise Fransa millisində 1958-ci ildən bəri ən yaxşı qol‑ötürmə göstəricisinə imza atdı;

Cüdo
Dünən, 11:38

Rəşid Məmmədəliyev və Hidayət Heydərovun 1/16 final rəqibləri məlum olub

Voleybol
Dünən, 11:04

U-20 qadın voleybol komandası İzmirdə təlim keçəcək

Futbol
Dünən, 10:35

U-20 milli futbol komandamız Yaponiyaya qarşı çıxacaq

Futbol
Dünən, 10:13

U-21 Azərbaycan millisi bu gün Bank Respublika Arenada Cəbəllütariqla qarşılaşacaq

Oxşar xəbərlər