top
Elxan Səmədov oyunların dəyişdirilməsi halları barədə danışdı Idman.biz
09 iyun 2025, 15:23
- ↺ +

Elxan Səmədov oyunların dəyişdirilməsi halları barədə danışdı

PFL prezidenti Elxan Səmədovun football-plus.az-a müsahibəsi

- Şənbə günü futbol mövsümünə yekun vuruldu. Mövsümün ümumi axarını və nəticələri necə dəyərləndirirsiz?

- Bəli, futbol mövsümünə yekun vuruldu. Biz də azarkeşlərimizə, klublarımıza, media nümayəndələrinə, futbol ictimaiyyətinə bizlə bu gərgin və maraqlı, demək olar ki, futbolla dolu bir mövsümdə birgə olduqlarına görə təşəkkür etmək istəyirik. Ümumilikdə nəticələrə gəlincə, bəli, komandalarımız artıq avrokuboklara vəsiqə qazandı, eyni zamanda, liqalar arasında yerdəyişmələr arxada qaldı.

- PFL bu mövsüm təşkilatçılıq baxımından qarşıya qoyulan məqsədlərə nə dərəcədə nail oldu?

- Əlbəttə, qarşıya qoyulan bütün vəzifələrin öhdəsindən gəldiyimizi və yaxud da hədəflərin hamısına nail olduğumuzu demək doğru çıxmaz. Bəli, qarşıya qoyduğumuz vəzifələrə nail olmaq üçün var qüvvəmizlə çalışmışıq. Amma əlbəttə, hər mövsüm bir təcrübədi, hər mövsüm əlavə motivasiyadı. Qarşıya qoyulan məqsədlər olub. Nail olduqlarımız var, eyni zamanda, daha uzunməsafəli, geniş planlarımız var və çalışırıq ki, bunları həyata keçirməklə Azərbaycan futbolu üçün faydalı olaq. Əlbəttə, bu işdə AFFA ilə də sıx əlaqədəyik. Çalışırıq ki, ümumillikdə Azərbaycan futbolunun inkişafı üçün əlimizdən gələn nə varsa, onu da ortaya qoyaq.

- Mövsüm boyunca təşkilatçılıq baxımından hansı əsas problemlərlə qarşılaşdız?

- Əvvəldə qeyd etdiyim kimi Peşəkar Futbol Liqasının yaxşı komandası var. Bu komanda illərdi formalaşıb. Deməzdim ki, hansısa bir məsələdə çətinliklə üzləşdik. Əlbəttə, təşkilatçılıqdan danışırıqsa, bunun çətin tərəfləri var. Amma komandamız bu vəzifələrin öhdəsindən gəlmək üçün tam gücünü ortaya qoydu. Düşünürük ki, bu mövsüm təşkilati cəhətdən qarşılaşdığımız çətinliklərin öhdəsindən gəlməyə çalışdıq.

- Bəzən oyunların başlama saatı, günü, hətta yeri dəyişdi. Bu kimi hallar sizə və klublara hansı çətinlikləri yaşatdı?

- Peşəkar Futbol Liqasının Əsasnaməsinə uyğun olaraq addımlar atırıq. Çünki yazılan qaydaları izləmək bizim üçün əsas prioritetlərdəndi və çalışırıq ki, burda qeyd olunan məsələləri tam şəkildə həyata keçirək. Gün və saat dəyişikliklərinə gəlincə, komandalarımız avrokuboklarda çıxış edəndə tək öz adlarını yox, ölkəmizi təmsil edirlər və biz qaydalar əsasında onlar üçün münbit şərait yaratmağa çalışırıq ki, avrokuboklarda problem yaranmasın. Və bunu təkcə Peşəkar Futbol Liqasının bayrağı altında çıxış edən komandalara yox, gücümüz çatdığı qədər ölkəmizə aid hər kəsə dəstək üçün edirik. Məsələn, minifutbol üzrə Bakıda keçirilən dünya çempionatında yığmaya dəstək məqsədi ilə ölkə kubokunun finalının vaxtını dəyişdik. Yekunda xalqımız komandamızla birgə dünya çempionluğuna sevindi. Bu hadisə hər kəsi qürurlandırdı. Məncə, bunu Azərbaycanda çalışan bütün şirkətlər, qurumlar edər. Mövzu Azərbaycan idmanı və onun uğuru ehtimalıdısa, hər kəs əlindən gələni etməyə borcludu. Fürsətdən istifadə edib minifutbol yığmamızı təbrik edirəm. Avrokuboklara vəsiqə qazanmış klublarımıza da motivasiya olacağına və daha da yaxşı çıxış edəcəklərinə ümid edirəm. Deməzdim ki, oyunların saatının, yerinin dəyişdirilməsi halları çox oldu. İlləri müqayisə etsək, bunun minimum endiyini görərik.

- Kubok finalında nəzərdə tutduğuz səviyyədə futbol bayramı təşkil edə bildizmi?

- Biz PFL olaraq, mayın 31-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən oyuna xüsusi yanaşmışdıq, hazırlıq işlərinə 2-3 ay əvvəldən başlamışdıq. Düzdü, hələ o vaxt finalçılar bəlli deyildi. Amma istənilən halda açılış-bağlanış mərasimi, ilkin təşkilati məsələləri görmək üçün artıq tam gücümüzlə işə başlamışdıq. Finalın necə keçməsi ilə bağlı xoş sözlər eşitdik, xoş mesajlar aldıq, təbrik məktubları aldıq. Bütün bunlar bizim üçün əlavə motivasiyadı. Hazırda aldığımız xoş sözlər, gözəl təbriklər bizi gələn mövsümün finalına daha motivasiyalı, daha inamlı hazırlaşmağa sövq edir.

- Ümumilikdə azarkeş marağı sizi nə dərəcədə qane etdi?

- Azarkeş marağına gəlincə, premyer-liqada yüksək dinamikanın şahidi olmaqdayıq. Bunu biz yox, rəqəmlər deyir. Rəqəmlərə nəzər yetirsək, görərik ki, mövsümdən-mövsümə azarkeş sayında artım var. Əlbəttə, biz də istəyərdik stadionlarda daha çox azarkeş olsun. Bununla bağlı klublarla birgə çalışmalıyıq ki, azarkeşlərin stadiona gəlişi daha intensiv hal alsın. Müsbət dinamika var və bu, bizi sevindirən məqamlardandı. Biz də təşkilati işlərlə, eyni zamanda, üzərimizə düşən vəzifələrlə çalışrıq ki, azarkeşlərin rahatlığı tam təmin olunsun.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 04:13

Mançester Yunayteddə Əsas Namizəd Eddi Hau

Futbol
Bu gün, 03:09

Luiş Fiqu: "Mourinyo "Barselona" üçün möhtəşəm baş məşqçi olardı"

Futbol
Bu gün, 02:08

Mançester Yunayted kapitanı Bruno Fernandeşin evi Çempionlar Liqası matçı zamanı oğurluq edildi

Futbol
Bu gün, 01:29

“Arsenal” 2026-cı il dünya çempionu Aleks Baenanı transfer etmək istəyir

Futbol
Bu gün, 01:10

Klopp Bavariyanın müdafiə sistemini tam başa düşmür

Futbol
Bu gün, 00:51

PSJ, zədələnən Kvaratskheli yerinə Bayerin Ibrahim Maza transferini planlaşdırır

Futbol
Bu gün, 00:18

Levandovski “Qızıl top” namizədliyi üçün Lamin Yamal, Harry Kane və Michael Olise-ni təriflədii

Qarabağ FK
Dünən, 23:58

Premyer Liqanın IX turunda "Sabah" "Qarabağ"la, "Neftçi" isə "Turan Tovuz"la qarşılaşacaq

Futbol
Dünən, 23:39

Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi 147 klub rəhbərini 45 gün futboldan uzaqlaşdırdı

Digər
Dünən, 23:24

Azərbaycan Milli Olimpiya Komitəsinin nümayəndələri Krasnoyarskda keçirilən 14‑cü Beynəlxalq İdman Forumunda iştirak edir

Futbol
Dünən, 23:08

Barselona hələ rəsmi oyuna çıxmayan yarımmüdafiəçi Brayan Farinyasla müqaviləni uzatmaq niyyətindədir

Futbol
Dünən, 22:53

Simeone Kan İn Linin sağlamlığını qorumaq üçün matçda iştirak etməməsinə qərar verdi

Futbol
Dünən, 22:43

Bakıda keçiriləcək FIFA U-15 Dünya Çempionatı 78 ölkəyə tarix yazdıracaq

Futbol
Dünən, 22:39

Fiqu: 'Eğer birlikte oynasaydık, sol cinaha geçmeliydim'

Güləş
Dünən, 22:32

Azərbaycan Güləş Federasiyası Qazaxıstan İdman Universitetində əməkdaşlıq görüşü keçirdi

Futbol
Dünən, 22:31

Mövlən Paşayev “Şamaxı” Futbol Klubunun Strateji Müşaviri Təyin Olundu

Futbol
Dünən, 22:24

Hans-Diter Flikin El-Klasikoda Havi Espartı əsas heyətdə çəkdiyi gözləntisi

Futbol
Dünən, 22:20

Sabah Arena’da Masazır tribunası yaradılacaq

Digər
Dünən, 22:10

Messi gənc futbolçulara səsləndi: “Qazandığınızdan daha çox məğlub olacaqsınız” - VİDEO

Digər
Dünən, 22:08

Qadın futbol klubları arasında ilk dünya çempionatı ABŞ-də keçiriləcək

Digər
Dünən, 22:02

"Real" Arda Gülərlə 5 illik müqavilə imzalayıb;

Digər
Dünən, 21:56

“Sabah”da yeni transfer

Digər
Dünən, 21:55

Xaqan Əhməd ikinci qrossmeyster normasını yerinə yetirdi

Digər
Dünən, 21:44

Helmut Marko Rassellin dünya çempionu olmaq şansına inanmır

Oxşar xəbərlər