top
Elxan Məmmədov yenə baxıb gülür - AFFA rəhbərliyinin vəzifə hərisliyinin acı nəticəsi İdman.biz
18 noyabr 2024, 10:18
- ↺ +

Elxan Məmmədov yenə baxıb gülür - AFFA rəhbərliyinin vəzifə hərisliyinin acı nəticəsi

Bir azdan bunların AFFA rəhbərliyində bir ili tamam olacaq, lakin nəinki bir iş görüblər, futbolumuzu əvvəlkindən də bərbad günə salmağı bacarıblar. Əvvəllər millimiz birtəhər, bəxti xuda da olsa, qələbələr qazana bilirdi, indi ona da həsrət qalmışıq. Aşağı yaş qrupları üzrə yığmalarımız da hərdənbir elit-raund üzü görürdü, amma indi böyüklərdən ibrət götürən balacalar da aşkar qapazaltı günə düşüblər.

Bunlar guya inqilab eləyib Elxan Məmmədovu devirmişdilər ki, futbolumuzu ağ günə çıxaracaqlar. Hərçənd, hələ İcraiyyə Komitəsinə zavod direktoru, bankir, təhsil işçisi, televiziya rəhbəri, güləş ustası və başqalarının təyinatları gerçəkləşəndə başadüşülən idi ki, bunların davası vəzifə üstədir, futbolun inkişafı heç kimə maraqlı deyil.

Səfərdə Estoniyaya məğlub olub, evdə bərabərə qalandan sonra yolumuzun ən aşağı liqaya doğru olduğuna heç bir şübhə qalmadı. Santuş hər uğursuz nəticədən sonra düz yolda olmağımızı desə də, özü də yaxşı başa düşür ki, onun dediyi düz yol ilə səhv istiqamətə gedirik. Amma neynəsin... Məşqçilik karyerasının qürub çağında olan portuqaliyalı mütəxəssis milyonlar əldən çıxmasın deyə, gələcək barədə yalançı vədlərlə vaxt qazanmalıdır.

AFFA-nın sabiq idarəçisi Elxan Məmmədov da baş verənlərə kənardan baxıb gülməkdədir. Hər uğursuzluq, hər məğlubiyyət göstərir ki, AFFA-da dəyişən heç nə yoxdur. Əvvəllər vəzifələr Elxan Məmmədovun yaxınları arasında paylaşdırılırdısa, indi də təzə dəstə hər şeyi ələ keçirib, heç kimi yaxın buraxmır. Əllərindən də bir iş gəlmir. Ortaya strategiya oyununu atıb günü-günə calamaqla məşğuldular.

Azərbaycan futbolu vəzifə hərisliyinin güdazına gedir. Ən dəhşətlisi odur ki, tapşırıqla İcraiyyə Komitəsində oturanlar əvvəllər milliyə tapşırıqla oyunçu çağırılmasını qınayırlar. Adama deyərlər ki, sizin əvvəlkilərdən fərqiniz nədir ki... Burada deyiblər, kor kora kor deməsə, bağrı çatlayar.

İki ildir ki, AFFA-nın əsas idarəçisi funksiyasını daşıyan Sərxan Hacıyevdən də səs-səmir yoxdur. Gənc dostumuz elə bilirdi ki, Elxan Məmmədova qarşı çıxmaqla qəhrəmanlıq eləyir. Lakin bununla bəlkə də özü bilmədən futbola yox, AFFA-nı ələ keçirmək üçün hər yola əl atan dəstəyə xidmət etmiş oldu. Nəticədə futbol düzəlmədi, birilərinin işi düzəldi.

Böyük ehtimalla, Elxan Məmmədov həm də Sərxan Hacıyevin düşdüyü duruma gülür. Yəqin ki, acı təbəssümlə. Dünənə qədər köməkçisi olan şəxsin əliylə vurulmaq hər adama təsir eləyər. Bu da Məmmədov üçün bir həyat təcrübəsi sayıla bilər.

Elxan Məmmədov gülür, biz isə ağlayırıq. Futbolumuzun gününə ağlayırıq, ölən ümidlərimizdən dolayı ağlayarıq. Təəssüf, biz dərdimizdən ağlayırıq, AFFA rəhbərliyi isə dost-tanışa gün ağlayır (Sportal.az)!

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 07:12

Arteta Noni Maduekenin inkişafını və əsas komandada yerini açıqladı

Futbol
Bu gün, 07:11

Inter Miami və Charlotte MLS-də 3:3 bərabərliklə bitirdi

Tennis
Bu gün, 06:13

Alkaras Paris Mastersdə ilk dəfə finala çıxdı

Futbol
Bu gün, 05:13

Nigeriyanın 17‑yaş qızlar futbol komandası ilk dəfə dünya çempionu oldu

Futbol
Bu gün, 04:12

Tenerife klubunun ölən futbolçusunun biryaşlı qızına 18 yaşına qədər maddi dəstək

Futbol
Bu gün, 03:02

Tottenham hakim səhvinə görə rəsmi şikayət verəcək

Futbol
Bu gün, 02:20

Real Madrid səfərdə Valencia'yı 3-0 məğlub edib;

Futbol
Bu gün, 02:00

PSJ Ilya Zabarny qolu ilə 1:0 qalib gəldi və liderliyini qorudu

Formula 1
Bu gün, 01:59

Lando Norris Braziliya Qran-prisinin sıralanma turunu birinci yerə tutdu

Güləş
Bu gün, 01:47

Dünya çempionu Sənan Süleymanov evləndi - VİDEO

Qarabağ FK
Bu gün, 01:29

“Qarabağ”dan ayrılan Abbas Hüseynov “Meat Food” mağazasının sahibi oldu

Futbol
Bu gün, 01:11

Rüfət Dadaşovun son dəqiqə qoluyla Dinamo 1-0 qalib gəldi

Güləş
Bu gün, 00:56

Nihad Süleymanlı gümüş medal qazandığını, finalda bir anlıq səhv etdiyini açıqladı

Futbol
Bu gün, 00:40

“Mançester Yunayted” Premyer Liqada aşağı zona sürükləndi

Güləş
Bu gün, 00:33

Neftçi İdman Klubu Zəfər Gününə həsr etdiyi güləş turnirində 60‑dan çox gənc idmançı yarışdı

Qarabağ FK
Bu gün, 00:01

8 Noyabr – Azərbaycanın Zəfər Günü: Şuşa azadiyyəsi və 44 günlük Vətən müharibəsinin qələbəsi

Futbol
Dünən, 23:40

Zirə 2:1 ilə Qəbələ'yi məğlub etdi – Video

Cüdo
Dünən, 23:29

Bakıda 215 cüdoçu yarışdı: ilk günün qalibləri müəyyənləşdi

Futbol
Dünən, 23:24

Transavia 7C oturacaqlarını Ronaldun adı ilə dəyişdirdi, ləğv etmədi

Futbol
Dünən, 23:09

“Atletiko”da Ademola Lukman üçün təlim kampı

Futbol
Dünən, 23:06

Rüfat Abdullazadə ilə Ironi Kiryat‑Smona Hapoel Haifayı 2‑0 məğlub etdi

Digər
Dünən, 22:54

Dünya Atletikası 2026-ci İlin Ədalətli Oyun Mükafatının Finalçılarını Açıqladı

Futbol
Dünən, 22:39

Rüfət Abdullazadə ilə Kiryat Şmona 2:0 Hapoel Hayfaya qalib gəldi

Qarabağ FK
Dünən, 22:32

“Kəpəz” rəhbərliyi Vətən müharibəsi veteranları ilə Zəfər Günündə görüşüb

Oxşar xəbərlər