top
Elxan Məmmədov: Mən bu vəzifəsini tutmaqdan, öz təcrübəmi... Sport24.az
02 noyabr 2024, 16:30
- +

Elxan Məmmədov: "Mən bu vəzifəsini tutmaqdan, öz təcrübəmi..."

AFFA-nın sabiq baş katibi və icraçı vitse-prezidenti Elxan Məmmədov FİFA-da təyin olunduğu yeni vəzifədə çalışmağa başlayıb. Sport24.az xəbər verir ki, təyinatı sentyabrın ortalarında gerçəkləşən funksioner noyabrın 1-dən qurumun üzv assosiasiyalarla əlaqələr üzrə baş direktoru kimi fəaliyyətinə start verib.

 

O, bu vəzifədə təşkilatı tərk edən Kenni-Jan Marini əvəzləyib. Məmmədovun müavini vəzifəsinə isə İsveçrə millisinin sabiq futbolçusu Gelson Fernandes təyin olunub.

 

Məmmədov buna qədər tutduğu FİFA-nın Avropa Milli Assosiasiyaları Departamentinin direktoru kimi də əvvəlki rol və öhdəliklərini qoruyacaq. Onun müavini də Afrika üzrə müvafiq işini davam etdirəcək.

 

FİFA-nın rəsmi saytı onların təyinatı ilə bağlı dərc etdiyi yazıda həmyerlimiz barədə məlumat verib: "2022-ci ilin mayında FİFA-da işə başlamazdan əvvəl Elxan Məmmədov AFFA-da öncə baş katib, sonra isə icraçı vitse-prezidenti kimi özü üçün doğma Azərbaycanda idman standartlarının yüksəldilməsində qabaqcıl rol oynayıb. Avropa Milli Assosiasiyaları Departamentin rəhbərlik etmək üçün FİFA-ya qoşulduqdan sonra isə o, quruma Avropadan üzv olan assosiasiyasında "FIFA Forward " proqramının həyata keçirilməsində əsas rol oynayıb. İsveçrə millisində 67 oyun keçirən Gelson Fernandes üç dünya çempionatında iştirak edib və zəngin futbolçu karyerasını bitirdikdən az sonra FİFA-da fəaliyyətə başlayıb. Onun ikili - İsveçrə və Kabo-Verde vətəndaşlığı var. Fernandes doğma klubu "Syon"un vitse-prezidenti vəzifəsindən ayrıldıqdan indiyədək FİFA-ya Afrikadan üzv olan 54 assosiasiyasında inkişafa cavabdeh olub".

 

FİFA-nın baş katibi Mattias Qrafström təyinatlara münasibət bildirib: "Elxan Məmmədovun əhəmiyyətli təcrübəsi və ömrü boyu futbola bağlı olması ilə Gelson Fernandesin meydanda və kənarda əldə etdiyi nailiyyətlərdən qazandığı baxışı ilə birləşərək, FİFA-ya üzv 211assosiasiyamız qarşısındakı öhdəliyimizi gücləndirəcək. Biz onlarla ehtiyaclarına uyğun olaraq davamlı inkişaflarını təmin etmək üçün əməkdaşlıq edirik. Eyni zamanda, biz Kenninin son dörd ildə "FIFA Forward"ın təsirini gücləndirmək üçün verdiyi mühüm töhfəni, o cümlədən qlobal futbol infrastrukturlarının və proqramlarının inkişafı üçün vacib olan bu proqramın üçüncü dövrəsinin işə salınmasını qəbul edirik. Bundan əlavə, onun Paris ofisimizin uğurlu şəkildə yaradılmasındakı əsas rolu bizə üzv assosiasiyalarımızla gündəlik daha yaxın olmağa imkan verdi. Mən Kenniyə hər şey üçün səmimi təşəkkür etmək istəyirəm və ona gələcək üçün ən yaxşısını arzulayıram."

 

Məmmədov da təyinatını şərh edib: "Mən bu vəzifəsini tutmaqdan, öz təcrübəmi milli və qitə səviyyəsində FİFA-ya üzv bütün 211 assosiasiyaya çatdırmaqdan, Kenni və bütün komanda tərəfindən görülən mükəmməl işi davam etdirməkdən məmnunam".

 

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Qarabağ FK
Bu gün, 11:39

Mateuş Koxalski, Azərbaycan liqasını “ekzotik liqa” adlandıraraq Avropada karyerasına davam etmək istədiyini bildirdi

Futbol
Bu gün, 10:14

“Araz‑Naxçıvan”ın yeni prezidenti: “Nəticə olmadan komanda düz getmir”

Futbol
Bu gün, 04:47

İngiltərə millisinin beş futbolçusu zədələr səbəbindən düşərgəni tərk etdi

Futbol
Dünən, 23:39

“Liverpool” Barcelona müdafiəçisini birdəfəlik transfer etmək istəyir

Futbol
Dünən, 23:24

Markizionun 17 yaşlı oğlu Davide Markizio “Yuventus”da 2028-ci ilə qədər peşəkar müqavilə imzaladı

Futbol
Dünən, 20:27

“Turan Tovuz” – “Fənərbağça” matçının başlama saatı 20:00, oktyabrın 3-də müəyyən edildi

Voleybol
Dünən, 19:58

U-18 çimərlik voleybol komandaları Avropa çempionatında iştirak etdi

Futbol
Dünən, 18:29

İspaniya milli futbol komandası baş məşqçisi Luis de la Fuente ilə müqavilə uzadıldı

Futbol
Dünən, 18:17

Manchester United beş oyunda Premyer Liqada rekord dərəcədə az xal topladı

Futbol
Dünən, 16:52

Neftçi futbolçusu Sessi D'Almeyda Benin millisinə dəvət olundu, Argentina ilə dostluq matçı keçiriləcək

Basketbol
Dünən, 16:31

Sumqayıt basketbol klubunun yeni baş məşqçisi Uğur Özdemir təyin edildi

Basketbol
Dünən, 16:02

“Neftçi” basketbol klubu Monteneqro hücumçusu Miliç Starovlah ilə müqavilə imzaladı

Futbol
Dünən, 15:48

“Araz-Naxçıvan” klubunun baş məşqçisi Zaur İsmayılov və məşqçi Cavid Hüseynovla yollarını ayırdı

Futbol
Dünən, 15:15

“Sumqayıt”ın iki futbolçusu milli komandalarına dəvət alıb

Cüdo
Dünən, 11:34

Nazim Umbayev Bakıda keçiriləcək cüdo dünya çempionatının hakimi seçildi

Futbol
Dünən, 11:16

Qadınlar Super Liqası 2026/2027 püşkatması: ilk tur cütlükləri və oyun tarixləri açıqlanıb

Boks
Dünən, 11:09

Avropa çempionatının 1/4 finalında Azərbaycan üç boksçusunun rəqibləri müəyyənləşdi

Basketbol
Dünən, 10:44

“Sumqayıt” basketbol komandası iki ABŞlı oyunçunu rəsmi olaraq transfer etdi

Qarabağ FK
Dünən, 10:26

“Neftçi” 1000-ci oyununu Qəbələyə 3:0 qalib gələrək 550-ci qələbəsi ilə qeyd etdi

Futbol
Dünən, 03:37

“Bavariya” prezidenti: “Lamin Yamal yaxşıdır, amma Harri Keyn Ballon d'Or-ə layiqdir”

Futbol
Dünən, 02:40

Barselona 18 yaşlı Alman futbolçu Lennart Karlı izləyir – qiyməti 100 milyon avro

Futbol
Dünən, 01:32

Zamiq Əliyev “Eqnatiya”nın 2:1 qələbəsində mühüm rol oynadı

Futbol
20 sentyabr 2026, 22:21

“Kəpəz”in baş məşqçisi: “Qalibiyyət üçün son nöqtəni qoymaqda çətinlik var, hələ də işlənməsi lazım olan məqamlar mövcuddur”

Futbol
20 sentyabr 2026, 22:13

Sumqayıt baş məşqçisi Kəpəzlə oyunda tribundan gələn səs-küyü “futbola qarşı hörmətsizlik” adlandırdı

Oxşar xəbərlər