top
Elxan Abdullayev: Uşaqlar yaxşı xarakter göstərdilər, hər birinə alqış düşür Report.az
Dünən, 21:46
- +

Elxan Abdullayev: "Uşaqlar yaxşı xarakter göstərdilər, hər birinə alqış düşür"

Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət millisi "Slovenia Nations Cup" yoldaşlıq turnirində İslandiya yığmasına qarşı keçirdiyi matçda xarakter göstərib.

"Report" xəbər verir ki, bunu yığmanın baş məşqçisi Elxan Abdullayev AFFA-nın mətbuat xidmətinə açıqlamasında deyib.

O, 2:1 hesabı ilə qalib gəldiyi görüşdə futbolçuların əzmkar mübarizə apardıqlarını bildirib:

"Toplanış çərçivəsində ilk oyunumuz idi. Gərgin mübarizəyə şahidlik etdik. İslandiya güclü rəqib idi. Buna baxmayaraq, uşaqlar yaxşı xarakter göstərdilər, hər birinə alqış düşür. İki gözəl qol vurduq. Nəticədən razı qalsam da, qarşılaşmanın gedişində bəzi səhvlər oldu. Bu səhvlərimizin üzərində işləyəcəyik. Futbolçularımızı təbrik edirəm, qarşıdakı matçlarda onlardan daha yaxşı mübarizə gözləyirəm".

Elxan Abdullayev beynəlxalq turnirdəki rəqibləri millimizin Avropa çempionatının seçmə mərhələsindəki rəqiblərinə bənzədib:

"İslandiya ilə oyunu artıq unudub, əvvəlcə Farer adaları, ardından isə Polşa ilə görüşə hazırlaşmalıyıq. Bildiyiniz kimi, noyabrdakı seçmə mərhələdə Çexiya, Şimali İrlandiya və Malta ilə qarşılaşacağıq. Yoxlama oyunları üçün də məhz bu komandaların üslubuna bənzər rəqiblər seçmişik. Ümumilikdə təşkilatçılıqdan çox razıyıq. Toplanış üçün çox yaxşı şərait yaradılıb".

Qeyd edək ki, U-19 turnir çərçivəsində növbəti oyunlarını sentyabrın 6-da Farer adaları, 9-da isə Polşanın müvafiq yaş qrupundan ibarət komandasına qarşı keçirəcək.

Azərbaycan U-19 millisi Futbol AFFA
Qarabağ FK

Son xəbərlər

Basketbol
Bu gün, 01:42

EuroBasket 2025: Türkiyə millisi 1/8 finalda İsveçlə qarşılaşacaq

Futbol
Bu gün, 01:25

Jül Kunde oyunların çoxluğundan və futbola olan marağın azalmasından danışıb

Futbol
Bu gün, 01:06

DÇ-2026: Qrup mərhələsi biletləri 60 dollardan, final biletləri 6710 dollara qədər

Futbol
Bu gün, 00:47

"Atletik" Emerik Laportu Qeydiyyatdan Keçirmək Üçün Alternativ Yollar Axtarır

Futbol
Bu gün, 00:31

Alehandro Qarnaço "Çelsi"də 49 nömrə altında çıxış edəcək

Tennis
Bu gün, 00:13

Feliks Oje-Alyassim "US Open 2025"-də sensasiya yaradaraq yarımfinala yüksəlib

Futbol
Dünən, 23:54

"Şamaxı" Nihat Mehralıyevi transfer etdi - RƏSMİ

Futbol
Dünən, 23:41

Paulu Bentu Özbəkistan milli komandasını çalışdırmaqdan imtina etdi

Futbol
Dünən, 23:26

Georgi Hacinin oğlu Yanis Haci "Alanyaspor"a keçir

Futbol
Dünən, 23:24

"Difai" "Şamaxı"nın sabiq futbolçusu Natiq Ağamalıyevi transfer etdi - RƏSMİ

Futbol
Dünən, 23:12

"Xankəndi" II Liqada çempionluğu hədəfləyir: Baş məşqçidən açıqlama

Futbol
Dünən, 22:58

Byarki Steynn Byarkasson: "Tam hazır olmasaq, Azərbaycan bizi cəzalandıra bilər"

Futbol
Dünən, 22:55

Elxan Abdullayev: Nəticədən razıyam, amma səhvlərin üzərində işləyəcəyik

Futbol
Dünən, 22:50

UEFA prezidenti klublararası dünya çempionatının iki ildən bir keçirilməsinə qarşı çıxıb

Futbol
Dünən, 22:35

"Barselona"lı Kunde Mbappe'nin liderlik keyfiyyətlərindən danışıb

Futbol
Dünən, 22:28

Otavio "Əl-Nəsr"dən "Əl-Qadisiyə"yə keçib

Boks
Dünən, 22:22

Mendez: Yalnız Həbib üç çəki dərəcəsində UFC çempionu ola bilərdi, İslam yox

Formula 1
Dünən, 22:10

"Racing Bulls" rəhbərliyi Ferstappenin komandaya keçidini qeyri-mümkün sayır

Futbol
Dünən, 22:10

"Qarabağ"ın Çempionlar Liqası rəqibi Laportu qeydiyyatdan keçirə bilməyib

Futbol
Dünən, 22:01

Bryunolfur Villyumsson: "Azərbaycanı məğlub etməliyik, başqa variant yoxdur"

Formula 1
Dünən, 21:56

Formula 1 yarış məsafəsini qısaltmağı düşünür

Futbol
Dünən, 21:49

Elxan Abdullayev U-19-un İslandiya üzərində qələbəsindən və oyunçuların xarakterindən danışdı

Tennis
Dünən, 21:38

Novak Cokoviç "US Open 2025"də azarkeşlərə görə hakimə təzyiq etdiyini açıqlayıb

Oxşar xəbərlər