top
Elxan Abdullayev U-19-un İslandiya üzərində qələbəsindən və oyunçuların xarakterindən danışdı Idman.biz
03 sentyabr 2025, 21:49
- ↺ +

Elxan Abdullayev U-19-un İslandiya üzərində qələbəsindən və oyunçuların xarakterindən danışdı

19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Elxan Abdullayev Sloveniyada təşkil olunan "Slovenia Nations Cup" yoldaşlıq turniri çərçivəsində İslandiya yığması ilə keçirilən ilk oyundan sonra AFFA-nın mətbuat xidmətinə açıqlama verib.

İdman.biz bildirir ki, baş məşqçi U-19 millimizin 2:1 hesabı ilə qalib gəldiyi görüşdə futbolçuların əzmkar mübarizə apardıqlarını bildirib: "Toplanış çərçivəsində ilk oyunumuz idi. Gərgin mübarizəyə şahidlik etdik. İslandiya güclü rəqib idi. Buna baxmayaraq, uşaqlar yaxşı xarakter göstərdilər, hər birinə alqış düşür. İki gözəl qol vurduq. Nəticədən razı qalsam da, qarşılaşmanın gedişində bəzi səhvlər oldu. Bu səhvlərimizin üzərində işləyəcəyik. Futbolçularımızı təbrik edirəm, qarşıdakı matçlarda onlardan daha yaxşı mübarizə gözləyirəm".

Elxan Abdullayev beynəlxalq turnirdəki rəqibləri millimizin Avropa çempionatının seçmə mərhələsindəki rəqiblərinə bənzədib: "İslandiya ilə oyunu artıq unudub, əvvəlcə Farer adaları, ardından isə Polşa ilə görüşə hazırlaşmalıyıq. Bildiyiniz kimi, noyabrdakı seçmə mərhələdə Çexiya, Şimali İrlandiya və Malta ilə qarşılaşacağıq. Yoxlama oyunları üçün də məhz bu komandaların üslubuna bənzər rəqiblər seçmişik. Ümumilikdə təşkilatçılıqdan çox razıyıq. Toplanış üçün çox yaxşı şərait yaradılıb".

Qeyd edək ki, U-19 millimiz turnir çərçivəsində növbəti oyunlarını sentyabrın 6-da Farer adaları, 9-da isə Polşanın müvafiq yaş qrupundan ibarət komandasına qarşı keçirəcək.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 09:00

Sumqayıt "Şəfa" ilə qarşılaşacaq

Futbol
Bu gün, 08:43

150 milyon avro təklifinə baxmayaraq, Unai Simonun sadiqliyi

Futbol
Bu gün, 08:40

Tottenham qış transfer dövründə fransalı hücumçunu Krouppini komandaya qatmaq istəyir

Futbol
Bu gün, 08:28

Mançester Yunaytedin baş məşqçi vəzifəsi üçün namizədlər açıqlanıb

Futbol
Bu gün, 08:20

Paulo Fonseka “Sportinq” klubunun baş məşqçisinə təyin edildi

Futbol
Bu gün, 08:05

Raul Albiol UEFA B məşqçi lisenziyası alaraq məşqçiliyə başladı

Futbol
Bu gün, 07:50

Ten Haq yenidən Ronalduyu tənqid etdi: Son 7‑8 ildə nəticə vermir

Futbol
Bu gün, 06:43

“Udineze”də baş məşqçi Kosta Runyayç istefa etdi, yeni məşqçi namizədi Paolo Zanetti

Futbol
Bu gün, 05:37

"Sportinq" futbol klubunun baş məşqçisinin vəzifəsindən çıxarılması azarkeşlərin ağ bayraqlı etirazı nəticəsində

Futbol
Bu gün, 03:21

İstanbulda “Fənərbağça” azarkeş lideri Cem Gölbaşına qarşı silahlı hücum planı aşkar edildi, beş nəfər həbs edildi

Formula 1
Bu gün, 02:33

Ferstappen qalib gəldi, Antonelli isə dünya çempionluğunu qazandı

Futbol
Bu gün, 01:35

Valdas Dambrauskas “Sabah” komandasını tərk edib “Fənərbağça” klubuna baş məşqçi ola bilər

Cüdo
Bu gün, 01:18

İbrahim Talıbov, Dakarda Azərbaycan üçün ilk qızıl medal qazandı

Futbol
Bu gün, 01:06

Unay Emeri, Barselona qarşısında oynamağından əvvəl Aston Villa futbolçularına xəbərdarlıq etdi

Futbol
Bu gün, 00:51

Jose Mourinho Real Madrid‑in 3‑0 qələbəsindən sonra açıqlama verdi

Digər
Bu gün, 00:31

Konor McGregor son döyüşünü planlayır, karyerasını bitirəcək

Formula 1
Bu gün, 00:18

FIA, Antonelli'nin Meksika Grand Prix'sində çempionluk kubokunu təqdim etmə xahişini rədd etdi

Tennis
Bu gün, 00:06

Karlos Alkaras Vyanada ATP 500 turnirini qazandı, karyerasının 28-ci titulunu əldə etdi

Futbol
Dünən, 23:32

“Qızıl top” mükafatının nəticələrini əvvəlcədən təxmin edənlər 200 min dollar qazandı

Cüdo
Dünən, 23:26

Dakar 2026-da Azərbaycan judoçusu İbrahim Talıbovun ilk qızıl medalı

Futbol
Dünən, 22:57

Zamiq Əliyev Qələbəni Qorudu

Cüdo
Dünən, 22:53

Cüdo millisinin baş məşqçisi: Olimpiya çempionu yetişdirmək mənim üçün böyük uğurdur

Futbol
Dünən, 22:31

Arsenal, Liverpul'u səfərdə 1-0 məğlub edərək Premyer Liqada liderliyini möhkəmləndirdi

Futbol
Dünən, 22:27

Malişeva 0:0-dan sonra birincilik mövqeyini qoruyur

Oxşar xəbərlər