"Futbolda həmişə sürprizlər, geridönüşlər olur. Təbii ki, "Qarabağ" sürpriz yox, geridönüş etmək üçün mübarizə aparacaq". Bu sözləri Sport24.az-a açıqlamasında Elxan Abdullayev deyib.
54 yaşlı mütəxəssis "Dinamo"nun Bakıya gəzməyə gəlmədiyini, xorvatların bütün nüansları nəzərə alacağını da vurğulayıb: "Ortada "Makkabi" nümunəsi var. Yəhudilər doğma meydanda "Sabah"a 0:3 hesabı ilə məğlub oldular. Amma Masazırda təmsilçimizə başağırısı olmağı bacardılar və 6:3 hesabı ilə qələbə qazanmaqla oyunu penaltilər seriyasına daşıdılar. Odur ki, az da olsa, "Qarabağ"ın geridönüş etmək və mərhələ keçmək şansı var. Amma Xorvatiya klubuna da hörmət etmək lazımdı. Onlar Bakıya əli cibində gəzmək üçün gəlməyiblər. Qonaqlar "Qarabağ"ın 30 min azarkeşin dəstəyi altında necə oynayacağını göz önünə alıblar"
Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 20:45-də başlayacaq.
ABDULLA İSMAYILOĞLU